Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə… "Qorxma, arxandayam"


Kriminal 19 Fev 2023 11:00:00 246 0

Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə…  "Qorxma, arxandayam"

Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş Əhmədə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyunun 23-də baş verib. Həmin gün saat 15 radələrində Bərdə şəhərində Günellə bacısının sevgilisi olmuş Əhmədin arasında mübahisə yaranıb.

Mübahisə zamanı Günel şalvarının arxa cibində gəzdirdiyi bıçaqla Əhmədin sinə nahiyəsinə bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Günelin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

"Bacımla münasibətləri olub"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Günel ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anasının himayəsində böyüyüb: "Mən uşaq olarkən atamla anam ayrılıblar. Uşaqlıqdan epilepsiya və astma xəsətliyindən əziyyət çəkmişəm. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində tələbəsiyəm. Bacım Əsmər də epilepsiya xəstəliyindən əziyyət çəkib.

Zərərçəkmiş Əhmədi bacım Əsmərin vasitəsi ilə tanımışam. Onların arasında sevgi münasibətləri olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, Əhməd bacısı Əsmərin etibarından sui-istifadə edib, bacısını aldadaraq hamilə buraxıb: "Sonra isə Əhməd bacımı abort etdirib. Əhməd ilə bacımın son zamanlar aralarında xeyli münaqişələri olub".

"İzləməyə başladım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü Bərdə şəhərində bacısı ilə görüşüb: "Bərdəyə Gəncə şəhərindən gəlmişdim. Bacıma Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. O mənə şəxsi münasibətlərindən ötrü bir nəfərlə görüşəcəyini bildirdi. Onun davranışından mənə yalan danışdığını anladım. Bacım məndən evimizə getməyimi istədi və özünün sonra gələcəyini bildirdi. Ona "hə" desəm də arxasınca düşdüm, özündən xəbərsiz bir müddət bacımı izlədim.

Təxminən saat 15 radələrində bacımdan xəbər çıxmadığını gördüm, onunla telefon əlaqəsi saxladım. Bərdə şəhərində köhnə poliklinikanın binasının yanında olduğunu bildirdi. Həmin yerə getdim, kənardan bacımı göz qoydum".

"Əsməri söyüb alçaldırdı"

Günelin sözlərinə görə, əvvəllər Əhmədi görmədiyi üçün öncə bacısı ilə söhbət edənin kim olduğunu bilməyib: "Sonradan təxmin etdim ki, bu, Əhməddir. Çünki bacmı qabaqlar Əhmədin zahiri görkəmi barədə danışmışdı. Gördüm ki, Əhməd bacımla eqoist rəftar edir. Onlara yaxınlaşanda Əhməd bacımı nalayiq ifadələrlə təhqir edir, söyürdü.

Bacımı nalayiq küçə söyüşləri ilə alçaldan Əhməddən hansı səbəbdən onu təhqir etdiyini soruşdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Əhmədlə mübahisələri yaranıb: "O mənim oradan uzaqlaşmağımı istədi və məni də təhqir etməyə başladı. Təhqirlərin qarşısında özümü saxlaya bilmədim. Üzərimdə olan bıçaqla Əhmədin sinə nahiyyəsinə bir dəfə zərbə vurdum. Lakin zərbə elə də güclü deyildi.

Bacım mənə hərəkətimə görə iradını bildirdi. Birlikdə hadisə yerindən uzaqlaşaraq getdik. Yolda bıçağı zibilliyə tulladım. Ağdam rayonuna yaşadığımız evə getdik. Anam bizim halımızı gördü, Əsmərdən nə baş verdiyini soruşdu. Əsmər olanları anama danışdı".

"Cinsi əlaqədə oldum"

Zərərçəkmiş şəxs qismində ifadə verən Əhmədin sözlərinə görə, ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır və evlidir: "Əsməri təxminən iki ildir tanıyıram. Aydan adlı qız vasitəsi ilə tanış olduq və münasibətlərimiz başladı. Sonrakı günlərdə Əsmərlə cinsi əlaqədə oldum".

Əhməd qeyd edib ki, 2022-ci ilin aprel ayında Əsmərin hamilə qalmasını öyrənib: "Əsmərdən uşağı abort etdirməsini istədim, razılaşdı. Bundan sonra Əsmərdən uzaqlaşmağa başladım və ondan ayrıldım. Amma Əsmər yenə mənimlə telefon əlaqəsi saxlayır, barışmaq istədiyini deyirdi".

Əhməd bildirib ki, Bərdə şəhərində işlədiyi lombardda olarkən Əsmər ona yaxınlaşıb və söhbət etmək istədiyini bildirib: "Əsmərlə küçəyə çıxdım və söhbət edə-edə köhnə poliklinikanın binasının yanına getdik. Aramızda baş verənlərlə bağlı söhbətlər etdik və mübahisə yarandı.

Bu vaxt gözləmədiyim bir anda sonradan tanıdığım Əsmərin bacısı Günel bizə yaxınlaşdı. Mənə hansı səbəbdən Əsmərlə kobud danışmağımı soruşdu".

Əhmədin ifadəsinə görə, Günellə mübahisələri yaranıb: "Günel üzərində olan bıçaqla sinə nahiyəmə bir zərbə vurdu. Sonra Əsmər ilə oradan getdilər. Mən sinəmdən qan axdığını gördüm və cibimdə olan dəsmalı çıxararaq yaramın üzərinə sıxdım.

Özümü itirmədim, dostum Bahadura zəng etdim və hadisə barədə məlumat verdim. Ondan yanıma gəlməsini istədim. Sonra qardaşıma zəng vurdum. Az sonra dostum yanıma gəldi və məni xəstəxanaya çatdırdı".

"Bildirdi ki, mənimlə ailə həyatı quracaq"

İş üzrə adı keçən Əsmərin sözlərinə görə, Əhmədi Aydan adlı tanışının vasitəsi ilə tanıyıb və onun Əhmədlə münasibətləri başlayıb: "O, özünü mənə subay kimi qələmə verdi. Mənimlə evlənəcəyini bildirdi. Əhmədlə cinsi əlaqələrimiz olduq. Yenə bildirdi ki, mənimlə ailə quracaq, mənim arxamdadır. Sonrakı günlərdə də Əhməd ilə bir neçə dəfə görüşdük".

Əsmər qeyd edib ki, 2022-ci ilin aprelində Əhməddən 3 aylıq hamilə qaldığını öyrənib: "Mənim Əhmədlə münasibətlərimiz barədə ailə üzvlərimin xəbərləri yox idi. Qorxumdan ailəmə heç bir məlumat verməmişəm. Əhməd mənə bildirdi ki, evli olduğuna görə təcili uşağı abort etdirməliyəm. İlk öncə razılaşmadım. Əhməd məndən israrla təcili abort etdirməyimi istədi.

Onun israrı ilə uşağı tələf etmək üçün dərman həbi qəbul etdim. Məndə qanaxma oldu. Halım pisləşdikdə Əhməd məni həkimə apardı və uşağı abort etdirdi. Bundan sonra məndən uzaqlaşmağa başladı. Eşitdim ki, Əhməd çox yerdə arxamca danışıb. Başıma gələnlər haqda artıq ailə üzvlərimə məlumat verdim".

"Bacım özünü saxlaya bilmədi"

Əsmər qeyd edib ki, Bərdə şəhərində olarkən bacısı Günellə görüşüb: "Bacım Gəncə şəhərindən gəlmişdi. Ona Ağdam rayonuna yaşadığımız evə getməyi təklif etdim. Şəxsi münasibətlərimdən ötrü bir nəfərlə görüşəcəyimi bildirdim. Fikrim Əhmədin işlədiyi ünvana gedib, onunla münasibətlərimiz barədə söhbət etmək idi. Bacım mənimlə razılaşaraq getdi.

Əhmədin iş yerinə getdim. Onu çölə dəvət etdim və söhbət edə-edə köhnə poliklinikanın binasına tərəf getdik. Bu zaman aramızda mübahisə yarandı. Əhməd mənimlə çox eqoist rəftar etdi.

Gözləmədiyim anda bacım bizə yaxınlaşdı. Günel Əhmədə hansı səbəbdən mənimlə kobud danışmasını soruşdu. Onların arasında mübahisə yarandı. Əhməd bacımı təhqir etməyə başladı. Buna görə də bacım özünü saxlaya bilmədi və onu bıçaqla vurdu".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Günelin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Günel 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.

Son.az 

Rusiyanın “Proqres MS21” gəmisi Sakit okeanda batırılıb like
  • 19 Fev 10:53  
Dünya Rusiyanın “Proqres MS21” gəmisi Sakit okeanda batırılıb

Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxar�

arrow Ətraflı
Arvadını və 30 yaşlı kişini öldürdü like
  • 19 Fev 10:45  
Kriminal Arvadını və 30 yaşlı kişini öldürdü

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il t�

arrow Ətraflı
Məşhurn DJdən İNSANLIĞA SIĞMAYAN davranış like
  • 19 Fev 10:36  
Dünya Məşhurn DJdən İNSANLIĞA SIĞMAYAN davranış

Capital FM-də çalışan və Britaniyanın ən məşhur DJ-lərindən biri kimi

arrow Ətraflı
Lənkəranda qadını öldürdü, like
  • 19 Fev 10:14  
Kriminal Lənkəranda qadını öldürdü,

Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndi

arrow Ətraflı
ABŞın Suriyadakı bazasına raket zərbəsi endirilib like
  • 19 Fev 10:08  
Dünya ABŞın Suriyadakı bazasına raket zərbəsi endirilib

ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib.

arrow Ətraflı
Şimali Koreya “Hvason15” qitələrarası ballistik raketi buraxıb like
  • 19 Fev 10:01  
Dünya Şimali Koreya “Hvason15” qitələrarası ballistik raketi buraxıb

Şimali Koreya ordusu şənbə günü 989 kilometr məsafə qət edən "Hva

arrow Ətraflı
Əliyev Münhendə elan etdi: Laçın və Zəngəzur dəhlizləri… like
  • 19 Fev 09:47  
Siyasət Əliyev Münhendə elan etdi: Laçın və Zəngəzur dəhlizləri…

Əliyev bildirir ki, Bakı Münhendə keçirilən görüşdə "həm Zəngə

arrow Ətraflı
Bir fotosu ilə məşhurlaşan Sərvər Türkiyədə fəaliyyətə başladı like
  • 19 Fev 09:42  
Digərləri Bir fotosu ilə məşhurlaşan Sərvər Türkiyədə fəaliyyətə başladı

Bir fotosu ilə məşhurlaşan və medianın gündəminə düşən Sərvər Bə�

arrow Ətraflı
Biləsuvarda qəza: like
  • 19 Fev 09:28  
Digərləri Biləsuvarda qəza:

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazi

arrow Ətraflı
Bakıda dəhşətli qətl: like
  • 19 Fev 09:11  
Kriminal Bakıda dəhşətli qətl:

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində

arrow Ətraflı
Ekoaksiyanın 70ci günü: like
  • 19 Fev 09:05  
Siyasət Ekoaksiyanın 70ci günü:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Prezident: Biz azadlıq uğrunda müharibə edirdik like
  • 19 Fev 08:52  
Siyasət Prezident: Biz azadlıq uğrunda müharibə edirdik

Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik.

arrow Ətraflı
Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil like
  • 19 Fev 08:48  
Siyasət Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil

Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.

arrow Ətraflı
"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?" like
  • 19 Fev 04:44  
Şou-biznes "Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balaye

arrow Ətraflı