İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən


Kriminal 11 Fev 2023 16:00:00 271 0

İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi  Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən

Son.az Kulis.az-a istinadən aktrisa, Xalq artisti Nübar Novruzova haqqında on maraqlı faktı təqdim edir.

Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də Naxçıvanda anadan olub. Uşaqlıqdan aktrisa olmağı arzulasa da, ailəsi onun bu istəyi ilə razılaşmayıb. Naxçıvanda, orta məktəbdə oxuyanda onu Naxçıvan Televiziyasının ekranlaşdırdığı bir filmdə kiçik rola çəkirlər. Həmin filmdən sonra müəllimləri ona deyirlər ki, səndən gözəl aktrisa olar.

***

Nübar müəllimlərinin istəyi ilə sənədlərini İncəsənət İnstitutuna verir və qəbul olunur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirir.

O, 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilir. Az vaxt ərzində teatrın aparıcı aktrisası olur, baş rollarda müvəffəqiyyətlə çıxış edir. Aktrisanın ən uğurlu rolu Tariyel Vəliyevin quruluşunda hazırlanan "Geriyə yol yoxdur" tamaşası olur. Orada Kamal Xudaverdiyevin qızı rolunu canlandırır.

"Sən nə üçün yaşayırsan?", "Sən həmişə mənimləsən", "Aydın", "Oliver Tvistin macəraları", "Viktoriya", "Əcəl atı", "İtalyansayağı xoşbəxtlik", "Ağ ölüm", "Ana" tamaşalarında, "İmtahan", "Kuklalar", "Qəm pəncərəsi", "Qızıl uçurum", "Qəzəlxan" filmlərində maraqlı rollar ifa edib.

Bu tamaşadan sonra Nübar "Bir ailədə" adlı tamaşada oynayır və uğur qazanır. Xalq artisti Səməndər Rzayev bu tamaşadan sonra onu öpüb deyir: "Azərbaycan səhnəsinə yeni bir istedad gəlib".

***

Aktyor Gənc Tamaşaçılar teatrına işə düzələndə, oranın binası sökülür, təmirə başlanır. O, "Aktyor Evi"ndə, Mədəniyyət Sarayında məşqlər edir. Əsasən də, qastrollara gedir və gecə-gündüz işləyir. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində olduğundan teatrın bütün yükü onun üzərinə düşür. Ancaq onun əmri verilmir. Heç maaş da almır. Televiziya verilişlərinə çəkilir. Evi olmur, aldığı qonorarla kirayələrdə yaşayır. Düz bir il sonra isə maaş alır.

Nübar xanım çox gözəl olduğundan gəncliyində baş rollar ona həvalə olunur. Aktrisa həmin illəri xatırlayarkən deyir:

"1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Onda indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. Yaxınlaşan hər kəs məni "krasotka" deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim".

Aktrisa bir az gec ailə həyatı qurur və analıq məzuniyyətinə çıxır. Ana olmağa hazırlaşdığı günlərin birində səhnədə rolunu canlandıran zaman vəziyyəti pisləşir. Həkim müayinəsindən sonra məlum olur ki, aktrisanın bətnindəki uşaq tələf olub. Bir müddət sonra növbəti dəfə ana olmağa hazırlaşan aktrisa ağır qəza keçirir. Və ikinci övladını da itirir. Uzun illər analıq hissindən məhrum olan aktrisa bir də bu səadətə qırx yaşında çatır. Onun bir qızı dünyaya gəlir.

***

Övladı doğulandan sonra teatra qayıdanda ona qarşı birmənalı münasibət olmur. 45 yaşlı aktrisaya "niyə gəlmisən" sualını verirlər. Əvvəl oturduğu qrim otağında oturmasına imkan vermirlər.

***

Gənclik illərində teatrda hər kəsin həsrətində olduğu Kleopatra rolunu canlandırıb. Çəkiliş zamanı səbətdə üç ilan gətirirlər. Kənd qızı olmağına, at çapmağına baxmayaraq, Nübar xanım ilandan bərk qorxur. İlanları görəndə, onu əsməcə tutur, qorxuya düşür. Ancaq sonradan rolun təsirinə necə düşürsə, əl atıb ilanı götürür və sinəsinə qoyur. Aktrisa rolunu ifa edən zaman ilan onun sinəsini sancır, ancaq o, rolunu yarımçıq saxlamır, davam etdirir.

Bir dəfə isə Elçinin "Qar qız" tamaşasında o, Qar qızı canlandırır. Külək rolunu oynayan aktyor onu götürüb necə fırladırsa, Nübar xanım səhnə kənarındakı işıqların üstünə, ordan isə salona düşür. Əzilsə də, ayağa qalxıb roluna davam edir. Nübar xanımın sözlərinə görə, dünyasını dəyişən həmin aktyor bu hərəkəti başqa bir aktrisanın istəyi ilə yerinə yetirmişdi ki, Nübar zədə alsın.

***

Aktrisanın sözlərinə görə həsrətində olduğu rolların çoxunda iştirak etmək ona qismət olmayıb:

"Süküt divarı" adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər".

***

Xalq artisti, həmkarı Gülnar Salmanovanın yas mərasiminə qatılan zaman dediyi sözlərlə sanki həm də vəsiyyət edib:

"Dəyərli həmkarlarım Nuriyyə Əhmədova, Gülnar Salmanova vəfat etdi. Yəqin, növbə bizə çatıb. Mən vəfat edəndə heç kimin yas mərasimimə gəlməyini istəmirəm. Yanımda ancaq qızım olsun. Qızıma da tapşırmışam ki, gələnləri qapıdan qovsun. Baş daşı da qoyulmasını istəmirəm, məni sakitcə aparıb basdırsınlar".

Son.az 

Ərdoğan: 6 fevralda baş verən zəlzələ 1999cu ildəkindən 3 dəfə güclü olub like
  • 11 Fev 15:56  
Dünya Ərdoğan: 6 fevralda baş verən zəlzələ 1999cu ildəkindən 3 dəfə güclü olub

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ 1999-cu ildə baş verən fə

arrow Ətraflı
"PAŞA Holding"in qardaş Türkiyəyə yardımı Türkiyə mediasının diqqət mərkəzindədir like
  • 11 Fev 15:55  
Siyasət "PAŞA Holding"in qardaş Türkiyəyə yardımı Türkiyə mediasının diqqət mərkəzindədir

PAŞA Holding və onun törəmə şirkətlərinin qardaş ölkəyə yardımı T�

arrow Ətraflı
Gövhər Rzayeva: "Canlı efirdə geyinibsoyunurlar, birbirilərini söyürlər" like
  • 11 Fev 15:51  
Şou-biznes Gövhər Rzayeva: "Canlı efirdə geyinibsoyunurlar, birbirilərini söyürlər"

"Dünya malı ilə çox fəxr edirlər, amma bilsinlər ki, bu səninki dey

arrow Ətraflı
“Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...” like
  • 11 Fev 13:27  
Şou-biznes “Atamın oxunmayan mahnılarından birini Manaf Ağayevə verdim, oxudu, amma...”

"Bu gün atamın sənətini layiqincə davam etdirirəm. İşim-gücüm, s�

arrow Ətraflı
SOCARın keçmiş vitseprezidenti vəfat edib like
  • 11 Fev 12:24  
Digərləri SOCARın keçmiş vitseprezidenti vəfat edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofi

arrow Ətraflı
Anasının güllərini yeyərək 94 saat SAĞ QALDI like
  • 11 Fev 12:21  
Dünya Anasının güllərini yeyərək 94 saat SAĞ QALDI

Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet

arrow Ətraflı
Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib like
  • 11 Fev 12:12  
Digərləri Balakən, Beyləqan və Zərdab rayonları Türkiyəyə yardım göndərib

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərər�

arrow Ətraflı
Türkiyəyə göndərilən gödəkçənin cibindən görün nə çıxdı like
  • 11 Fev 11:59  
Dünya Türkiyəyə göndərilən gödəkçənin cibindən görün nə çıxdı

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə yardı

arrow Ətraflı
Küçədə cərimə yazılan şəxsi ələ saldı, like
  • 11 Fev 11:48  
Kriminal Küçədə cərimə yazılan şəxsi ələ saldı,

Küçədə tanımadığı şəxsə və polisə yaxınlaşaraq içkili halda zara

arrow Ətraflı
Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedir like
  • 11 Fev 11:45  
Siyasət Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedir

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəl

arrow Ətraflı
Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür... like
  • 11 Fev 11:27  
Siyasət Vardanyanın Xankəndidən Moskvaya həmişəlik qaçdığının əlamətləri görünür...

Elşad Həsənov: "Ruben Vardanyanın Qarabağda nəsə yaradacağı, nəs�

arrow Ətraflı
Ukrayna ordusu son sutkada Rusiyanın daha like
  • 11 Fev 11:26  
Dünya Ukrayna ordusu son sutkada Rusiyanın daha

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini məhv edib.

arrow Ətraflı
Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir like
  • 11 Fev 10:57  
Digərləri Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir

Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını il

arrow Ətraflı