Nizami Kino Mərkəzində məşhur kinorejissor Oleq Kovalovla görüş keçirildi


Kriminal 10 Fev 2023 14:41:00 208 0

Nizami Kino Mərkəzində məşhur kinorejissor Oleq Kovalovla görüş keçirildi

Nizami Kino Mərkəzində toplaşanlar müasir Rusiya kinematoqrafiyasının tanınmış nümayəndəsi Oleq Kovalovla tanış olmaq və dinləməklə yanaşı, onun yeni filmini seyr etmək imkanı qazandılar.

Kino Evinin yığcam zalına toplaşan yerli rejissorlar, ssenaristlər, eləcə də  kinosevərləri əvvəlcə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor  Şəfiqə Məmmədova salamladı. O, belə bir ideyanın gözlənilmədən yarandığını və bu gün rejissor Oleq Kovalovun "Tyomnaya noç" ("Zülmət gecə") filminin ilk təqdimat-premyasının ardınca oxşar layihələrin ittifaq tərəfindən planlı şəkildə həyata keçirəcəyini bildirdi.

Təqdimatın ideya müəllifi, kinorejissor, kinoşünas Ayaz Salayev toplaşanların diqqətinə 45 il əvvəl bir yerdə təhsil aldığı, tələbə yoldaşı Oleq Kovalovun elə o dövrdə artıq xüsusi dəst-xətti ilə seçilən rejissor, hətta pedaqoq olduğunu diqqətə çatdırdı. Oleq Albertoviç Kovalovun dünya incəsənətinə, onun boyakarlıq kimi sahəsinə yaxından bələd olduğunu söyləyən A.Salayev kinorejissoru tam cəsarətlə müasir rus mədəniyətinin aparıcı simalarından biri kimi səciyyələndirdi.

Sonra söz "Tyomnaya noç" filminin quruluşçu-rejissoru Oleq Kovalova verildi. Özünə, zalda əyləşən həmkarlarına və kinosevərlərə "Bu film niyə çəkildi?", - sualını ünvanlayan tanınmış rejissorun cavabı kifayət qədər maraqlı və düşündürücü idi: "Bu filmdə nasizmin yaranması, təşəkkül tapması və bu prosesin qarşısının alınmasının nə qədər çətin və əzablı olmasını göstərməyə çalışmışam. Ötən əsrin 30-cu illərin alman kinematoqrafiyasına istinadlar edilən, ekspressionizm janrında lentə alınan bu film hitlerəqədərki Almaniyanın həm ictimai-siyasi mənzərəsini, həm də sosial-mental durumunu özündə əks etdirir". Bu konteksdə tələbə yoldaşı və dostu Ayaz Salayevin öz vaxtında səs salmış "Yarasa" filmini xatırladan tanınmış rejissor "Tyomnaya noç"un soyuq ekspressionizmə meylli olduğunu, həmin 30-cu illərdə Almaniyada dərc olunan jurnallardan kəsilmiş fotoşəkillərin də yer aldığı ekran əsərində xronikadan da yararlandığını dilə gətirdi.

"Tyomnaya noç"un ilk tənqidçisinin filmin ssenari müəllifi və həyat yoldaşı Natalya Skoroxodun olduğunu bildirən O.Kovalov çıxışının sonunda Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, paytaxt Bakıya yenidən vurulduqlarını söylədi.

Daha sonra sənətkarlar və kinosevərlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaratdığı bu gözəl imkandan bəhrələnərək, böyük maraqla "Zülmət gecə"yə tamaşa etdilər.

İsrail İrana xəbərdarlıq etdi like
  • 10 Fev 14:28  
Dünya İsrail İrana xəbərdarlıq etdi

İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat g

arrow Ətraflı
Nazilə: "Yatdığın yerdə yer yarılır içinə girirsən, bu, dəhşətdir" like
  • 10 Fev 14:25  
Şou-biznes Nazilə: "Yatdığın yerdə yer yarılır içinə girirsən, bu, dəhşətdir"

"İki gündür boğuluram. Həkimdən soruşdum ki, bəlkə zobum var, ona

arrow Ətraflı
Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb like
  • 10 Fev 14:19  
Digərləri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci "Yüksəl

arrow Ətraflı
"Sergey Şoyqu vəzifəsindən azad edilə bilər" like
  • 10 Fev 14:14  
Digərləri "Sergey Şoyqu vəzifəsindən azad edilə bilər"

"Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu vəzifəsindən

arrow Ətraflı
Hatayda 103 saatdan sonra 3,5 yaşlı qızcığaz xilas edilib like
  • 10 Fev 14:05  
Dünya Hatayda 103 saatdan sonra 3,5 yaşlı qızcığaz xilas edilib

Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində yaranan dağıntılar

arrow Ətraflı
“Bəyənmədiyiniz “xruşşovka” binalar da zəlzələdə dağılmadı” like
  • 10 Fev 14:03  
Şou-biznes “Bəyənmədiyiniz “xruşşovka” binalar da zəlzələdə dağılmadı”

"Sovetin bəyənmədiyiniz "xruşşovka" evləri belə bizdə 7 b

arrow Ətraflı
Antakya şəhəri artıq yoxdu like
  • 10 Fev 13:52  
Digərləri Antakya şəhəri artıq yoxdu

Antakya şəhəri artıq yoxdur. Türklər zəlzələnin şəhəri və sivilizas

arrow Ətraflı
KİV: "Ermənistanın müdafiə naziri istefaya göndəriləcək" like
  • 10 Fev 13:30  
Dünya KİV: "Ermənistanın müdafiə naziri istefaya göndəriləcək"

Ermənistanın müdafiə naziri Suren Papikyan istefaya göndəriləcək.

arrow Ətraflı
Xilasedicilərimiz daha 2 can qurtardı like
  • 10 Fev 13:20  
Digərləri Xilasedicilərimiz daha 2 can qurtardı

Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsini

arrow Ətraflı
Yağış yağanda yol keçilməz olur like
  • 10 Fev 13:19  
Digərləri Yağış yağanda yol keçilməz olur

3 kəndi birləşdirən yol bərbad vəziyyətdədir. Yağış yağanda yol ümu

arrow Ətraflı
Şəbnəm Tovuzlu sinəsinə etdirdiyi tatunu göstərdi: like
  • 10 Fev 13:08  
Şou-biznes Şəbnəm Tovuzlu sinəsinə etdirdiyi tatunu göstərdi:

Şəbnəm Tovuzlunun xarici görünüşündə etdirdiyi dəyişiklik diqqətdə

arrow Ətraflı
Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı like
  • 10 Fev 13:00  
Digərləri Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-l

arrow Ətraflı
Paytaxtda ara məsafəsinə riayət edilmədən binalar tikilir like
  • 10 Fev 12:57  
Digərləri Paytaxtda ara məsafəsinə riayət edilmədən binalar tikilir

Bu bir reallıqdır ki, paytaxtımızda ara məsafələrinə riayət edilmədən

arrow Ətraflı
Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək? like
  • 10 Fev 12:52  
Dünya Zəlzələ Türkiyə iqtisadiyyatına necə təsir edəcək?

Kahramanmaraşda 10 vilayətə təsir edən və minlərlə binanın, istehsal m�

arrow Ətraflı
Sıfıra vurulan investisiya like
  • 10 Fev 12:48  
Siyasət Sıfıra vurulan investisiya

11 noyabr 1986-cı il. Parisdə Sena çayının sol sahilində, Sorbon universit

arrow Ətraflı