Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla... Şok təfərrüat VİDEO


Kriminal 08 Fev 2023 22:44:00 228 0

Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla...  Şok təfərrüat  VİDEO

İmişli rayonunda 1991-ci il təvəllüdlü Cavid (adlar şərti verilib - red.) iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Son.az teleqraf.com-a istinadla xəbər verir ki, Cavid 2022-ci ilin mart-aprel aylarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketdə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif vaxtlarda mobil telefonla porno sayta daxil olub.

Marketə ərzaq almağa gələn 2013-cü il təvəllüdlü Südabə və 2011-ci il təvəllüdlü Aytənə saytda yerləşdirilmiş pornoqrafik məzmunlu, yəni seksual xarakterli filmləri izlətdirib.

Habelə 12 may 2022-ci ildə zərərçəkmiş qızlara qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsləri mütəmadi olaraq onun işlətdiyi mağazaya alış-veriş üçün gəlib-gedəndən tanıyıb: "Təxminən 2022-ci ilin aprel ayında dükanda oturanda porno video izləyərkən beş uşaq, o cümlədən Südabə və Aytən dükana daxil oldular. Həmin vaxt telefonum qarşımdakı stolun üzərində idi. Dərhal videodan çıxmağa çalışsam da, hiss etdim ki, onlar videonu görüblər. Uşaqlar heç bir söz demədən ev üçün lazım olan ərzaqlar istədilər. Mən də onların istədiyi ərzaqları verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Südabə nağd pul verməyib və borcu atasının adına yazmağı bildirib: "Uşaqlar dükandan çıxaraq getdilər. Bundan təxminən bir neçə gün sonra, günorta saatlarında Südabənin anası Bahar və Aytənin anası Lətifə dükana gəldilər, uşaqların məndən narazı olduqlarını dedilər. Mən səbəbini soruşdum, uşaqlara əxlaqsız video göstərdiyimi bildirdilər. Mən isə bu hadisənin tamamilə ehtiyatsızlıqdan baş verdiyini izah etdim və uşaqların valideynlərindən üzr də istədim. Qadınlar dükanda səs-küy saldıqda izahım yarımçıq qaldı".

Cavid bildirib ki, bundan təxminən bir saat keçdikdən sonra Aytənin atası Vüqar dükana gəlib: "Mən hadisə necə olubsa, ona danışdım. Vüqar da belə şeyin təsadüfi olduğunu başa düşdü, bir qutu siqaret alaraq getdi. Daha sonra Südabənin nənəsi Validə mənə zəng edərək belə işlərin ayıb olduğunu bildirdi. Mən də hadisənin tamamilə təsadüfi olduğunu, belə vəziyyəti heç özümün də arzulamadığımı dedim.

Validə mənə vəziyyəti oğlu İslama izah etməyimi məsləhət gördü. Mən də İslamla görüşüb söhbət etmək üçün İmişli rayon bazarına getdim. Orada İslama dükanda porno video izləyərkən uşaqların dükana gəldiyini, ehtiyatsızlıqdan onların gördüyünü bildirdim. Ondan üzr istədim. İslam da açıqlamamı səmimi qəbul etdi, heç bir problemin olmadığını bildirdi".

Cinayət işi üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, Cavidi kəndinin kənarında yerləşən mağazadan tanıyıb: "Hadisədən əvvəl dükana evdə mənə tapşırılan ərzaqları almaq üçün getmişəm. Dükana girəndə Cavidin telefona baxdığını gördüm. Ona alacağım ərzaqların adlarını dedim. Cvavid isə bunun əvəzində mənə telefonda baxdığı əxlaqsız bir videonu göstərdi, videoya axıracan baxmağımı istədi.

Mən baxmaq istəmədiyimi desəm də, o məni videoya axıracan baxmağa məcbur etdi. Yenə də etiraz etdim. Bundan sonra Cavid göstərdiyi video barədə gedərək kiməsə deyəcəyim halda atamı və anamı öldürəcəyini bildirdi. Bundan qorxaraq dükandan çıxıb evə qayıtdım. Anam nə üçün heç bir şey almadığımı soruşdu. Yalandan Cavidin yasda olduğunu və dükanın işləmədiyini dedim".

Zərərçəkmiş qeyd edib ki, bu hadisədən sonra bir daha oraya getməyib: "Sonuncu dəfə, yəni mayın 12-də bizə qonaq gəldi. Həmyaşıdlarımla birgə özümüzə su almaq üçün həmin dükana getdik.

Cavidə istədiyimiz ərzaqları dedikdən sonra o, əyləşdiyi yerdən qalxaraq bizim yanımızdan keçərkən sarğı nahiyəmə əli ilə toxundu. Dükandan çıxaraq evə qayıtdım. Yenə də qorxduğum üçün bu barədə nə valideynlərimə, nə də başqa heç kimə bir söz demədim. Yalnız qohumum və mənimlə həmyaşıdım olan xalam qızı Səbinəyə bu barədə danışdım. Səbinə də bunu anasına dedi. Səbinənin anası belə bir hadisənin olduğunu eşidərək mənim anama bildirdi. Bundan sonra atam da xəbər tutdu".

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb.

Cavid 8 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.

Türkiyədə daha bir zəlzələ baş verib like
  • 08 Fev 22:40  
Dünya Türkiyədə daha bir zəlzələ baş verib

Türkiyənin Ərzurum şəhərində 4,6 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Zelenski Kralla görüşdü like
  • 08 Fev 22:35  
Dünya Zelenski Kralla görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsin

arrow Ətraflı
Elçin Lənbəranskini buna görə döydülər like
  • 08 Fev 22:30  
Kriminal Elçin Lənbəranskini buna görə döydülər

Tanınmış bloger Elçin Lənbəranskinin döyülməsi haqqında məlumat yayı

arrow Ətraflı
Aİ Türkiyə və Suriya üçün donorlar konfransını təşkil edəcək like
  • 08 Fev 22:24  
Dünya Aİ Türkiyə və Suriya üçün donorlar konfransını təşkil edəcək

Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər görən Türkiyə və Sur

arrow Ətraflı
Növbəti güclü zəlzələ İstanbulda olacaq  professor like
  • 08 Fev 22:17  
Dünya Növbəti güclü zəlzələ İstanbulda olacaq professor

Alimlər yaxın illərdə Türkiyənin 17 milyona yaxın əhalisi olan ən böy�

arrow Ətraflı
Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı like
  • 08 Fev 22:05  
Siyasət Paşinyan nəqliyyat kommunikasiyalarının açılmasından danışdı

"Regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması Ermən

arrow Ətraflı
Türkiyədə 20 mindən çox şəxs like
  • 08 Fev 22:00  
Dünya Türkiyədə 20 mindən çox şəxs

Bu zamana qədər 20 mindən çox şəxs dağıntıdan xilas edilib.

arrow Ətraflı
Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər like
  • 08 Fev 21:43  
Siyasət Erməni daşnaklar Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı olduqlarını bildirdilər

"Ermənistan cəmiyyəti Ermənistan-Türkiyə münasibətlərinin normalla

arrow Ətraflı
Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sığınacaqlar yaradılıb like
  • 08 Fev 21:38  
Dünya Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sığınacaqlar yaradılıb

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tu

arrow Ətraflı
Zelenski bu gün Parisə gedəcək, Şolts da gəlir like
  • 08 Fev 21:33  
Dünya Zelenski bu gün Parisə gedəcək, Şolts da gəlir

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Fransanın paytaxtı Parisə səfə

arrow Ətraflı
Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq like
  • 08 Fev 21:10  
Digərləri Bakıya güclü qar bu saatdan yağmağa başlayacaq

Fevral ayının 9-u səhər saatlarından Bakıya qar yağacağı gözlənilir.

arrow Ətraflı