Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı: "Arxın içində..."


Kriminal 05 Fev 2023 09:35:00 237 0

Özünü polis kimi təqdim etdi, qızı çöllüyə apardı: "Arxın içində..."

Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidana (adlar şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Paşa 19 dekabr 2021-ci ildə, saat 19 radələrində Gəncə şəhərindəki Heydər Əliyev prospektində "Maxi market" adlanan mağazanın yaxınlığında yerləşən avtobus dayanacağında 2011-ci il təvəllüdlü Fidanın dayanacaqdan asılmış şəhid fotoşəklinə baxdığını görüb.

O, Fidana yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim edib, şəhidin fotoşəklini nə üçün qopartmaq istədiyini bəhanə edib və onunla getməyəcəyi təqdirdə tutacağı hədəsi ilə aldadıb.

Paşa Fidanı həmin yerdən yaşadığı Goranboy rayonu, Azad kəndinə aparıb. Sonra həmin kəndlə qonşu kənd olan Samuxun Alıuşağı kəndi ərazisində, "Torpaq yolu" adlanan yerə gətirib. Orada Fidana qarşı zor tətbiq edib. Qızın qışqırdığını görüb, əli ilə onun ağız nahiyəsindən tutaraq "qışqırma, qışqırsan, səni burada öldürüb gedəcəm, çaqqallar yeyəcək səni" deyib.

Daha sonra Paşa həm özü soyunub, həm də Fidanı soyundurub. Fidanla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyən zaman həmin ərazidən keçən qatarın gəldiyini görüb və dayanıb.

Paşa qatar keçdikdən sonra Fidanı beli üstə torpaq yerə yıxıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Paşanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

"Adımı ona yalan dedim, məqsədim..."

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Paşa ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 19 dekabr 2021-ci ildə saat 18-19 radələrində evdən çıxıb və Dəmiryolu vağzalının yaxınlığında yerləşən "Gürcü xəngəli" verilən kafeyə gedib:

"Həmin kafedə əvvəllər xidmətçi işləmişdim. Kafedəki tanışlarla görüşüb söhbət etdim, çay içdim, sonra yaşadığım evə qayıtmaq qərarına gəldim. Heydər Əliyev prospekti ilə üzü Xətai prospekti istiqamətində piyada gedən zaman "Maxi" marketə çatmamış dayanacaqda adını sonradan bildiyim Fidanı gördüm.

Fidan dayanacaqda şəhidlərin şəkli ilə oynayırdı. Ona yaxınlaşıb şəhid şəklini əli ilə qurdalamamasını, şəkilləri cırmamasını dedim. Fidan şəklə eləcə baxıb oynadığını dedi. Adını soruşanda Fidan olduğunu bildirdi. Yaşını da soruşdim, cavab verdi ki, 11 yaşı var. Mən də adımın Cavid olduğunu söylədim.

Adımı yalan deməyimə səbəb hədə-qorxu gəlib, onunla cinsi əlaqədə olmaq fikrinə düşməyim idi. Səbəbini bilməsəm də, beynimdə belə bir fikir yarandı. İstədim ki, bunu edim..."

"Onda gəl bizə gedək"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fidanla cinsi əlaqədə olmaq istiqamətdə söhbət edib, aldatmaq, ya da başqa bir yolla onunla cinsi əlaqədə olmaq istəyib:

"Fidana "sən utanmırsanmı, şəhidlərin şəklini elə edirsən, sənin valideynlərin yoxdumu" dedim. Bildirdi ki, nənəsigildən gəlir, öz evlərinə gedir. Evlərinin harada olduğunu soruşdum. "ASAN" xidmət mərkəzindən bir az yuxarıda qaldığını dedi. Bu vaxt bir ağsaqqal kişi gəldi və məndən siqaret istədi. Ona siqaret verdim. Kişi yanımda dayanaraq birini də istədi. Ona yenə siqaret verdim. Kişi yanımda dayandığından məcbur olub getdim.

Yoluma davam edən zaman təxminən marketin qabağında Fidan arxamca gəldi. Dedi ki, pulun varsa, mənə pul ver, evimizə gedim. Mən də Fidana bir manatlıq və bir neçə qəpik pul verdim. Gedəndə Fidan dalımca gəlməyə başladı. Ona "gəl səni aparım evinizə" dedim.

Fidan mamasının evdə olmadığını, evdən qaçdığını dedi. Ona ya evlərinə, ya da nənəsinin evinə aparmağı təklif etdim. Heç birinə getmək istəmədiyini dedi. Bildirdim ki, gəl onda səni bizə aparım. Fidan mənimlə getməyə razılaşdı".

"Tapanca ilə olan şəklimi göstərdim"

Paşanın ifadəsinə görə, bu söhbətləri edən zaman onlar "Maxi" marketdən üzü yuxarı, yəni Xətai prospektinə tərəf gediblər: "Prospektlə gedən zaman yolda polis əməkdaşlarını gördük. Fidana dedim ki, polislərə deyim, səni evinizə aparsın. Mən ona özümün polis olduğumu demişdim. Fidan da ağlayaraq polislərə deməməyimi xahiş etdi. Fidana dedim ki, onda ağlama, gül... Biz yola davam elədik. Fidan arxadan gəlirdi, mən də öndən gedirdim.

Bir az gedəndən sonra Fidan susuz olduğunu dedi. "Oba" marketə girib, su aldım. Fidan marketin qarşısında gözləyirdi. Xətai prospektini keçib "ASAN" xidmət tərəfə gəldik. Dayanacağı keçəndən sonra öz yaşadığım evə getmək üçün yolu digər tərəfə, yəni "Dəyirmanın dairəsi" adlanan dairəyə tərəf keçdim. Fidan da arxamca yolu keçərək gəlməyə başladı.

Biz "Dəyirmanın dairəsi"ni keçib "Pribor" adlanan yerə tərəf getməyə davam etdik.

Fidan arxamca gələn zaman məndə yenə fikir yarandı ki, onu kəndin arxa tərəfində "Torpaq yolu" adlanan yerə aparıb, onunla qeyri-təbii yolla cinsi əlaqədə olum. "İmperial" şadlıq sarayını keçəndən sonra Fidanın sıxıldığını gördüm. Ac olub-olmadığını soruşdum. "Şah" dönərdən bir dönər aldım. Lakin Fidan bir dişlək alıb sonra yemədi. Sonra "Pribor" adlanan yerə getdik.

Cəlilabadda ağır yol qəzası olub, like
  • 05 Fev 09:24  
Digərləri Cəlilabadda ağır yol qəzası olub,

Cəlilabadda ağır yol qəzası baş verib.

arrow Ətraflı
XankəndiLaçın yolunda sülhməramlıların 2 avtomobili maneəsiz keçib like
  • 05 Fev 09:20  
Siyasət XankəndiLaçın yolunda sülhməramlıların 2 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
“Ermənistan verilən fürsətdən istifadə etməlidir” like
  • 05 Fev 09:16  
Siyasət “Ermənistan verilən fürsətdən istifadə etməlidir”

"Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tə

arrow Ətraflı
ABŞ Çinin hava şarını vurdu like
  • 05 Fev 09:12  
Dünya ABŞ Çinin hava şarını vurdu

ABŞ hava məkanına daxil olan Çinin hava şarını vurub.

arrow Ətraflı
Aksiyanın 56cı günü: like
  • 05 Fev 09:08  
Siyasət Aksiyanın 56cı günü:

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərb

arrow Ətraflı
"Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür" like
  • 05 Fev 09:04  
Siyasət "Moldova Azərbaycanı qaz ehtiyacını ödəmək üçün prioritet mənbə kimi görür"

Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet mənb

arrow Ətraflı
“WhatsApp”da yenilik like
  • 05 Fev 05:22  
Digərləri “WhatsApp”da yenilik

"WhatsApp" istifadəçiləri bundan sonra şəxsi mesajlarda və qrup

arrow Ətraflı
"iPhone"nun bu modelləri iOS 17 yeniləməsini almayacaq like
  • 05 Fev 04:44  
Digərləri "iPhone"nun bu modelləri iOS 17 yeniləməsini almayacaq

Apple bəzi köhnə "iPhone" modellərində iOS 17 yeniləməsi üçü

arrow Ətraflı
Avtomobil sürməyə yeni başlayanlar mütləq bu VİDEOya baxsın like
  • 05 Fev 02:44  
Digərləri Avtomobil sürməyə yeni başlayanlar mütləq bu VİDEOya baxsın

Avtomobil sürənlərin əsas çətinliklərindən biri onu park etməkdir.

arrow Ətraflı
Rəqqas bürclər  Məclislərin bəzəyi beşlik like
  • 05 Fev 01:22  
Digərləri Rəqqas bürclər Məclislərin bəzəyi beşlik

Rəqs etmək heç də hamının bacardığı özəllik deyil. Bəzi insanlar bun

arrow Ətraflı
Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu  VİDEO like
  • 05 Fev 00:44  
Digərləri Azərbaycanda nadir hadisə: körpə iki dişlə doğuldu VİDEO

Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı v�

arrow Ətraflı
Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun like
  • 05 Fev 00:01  
Digərləri Günün qoroskopu: ədalətli, soyuqqanlı, təmkinli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik” like
  • 04 Fev 23:59  
Siyasət “Azərbaycan və Qazaxıstanla güclü mexanizmləri həyata keçirdik”

"Ölkəmiz, millətimiz və bölgəmiz üçün imkanları dəyərləndirmə

arrow Ətraflı
Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan like
  • 04 Fev 23:57  
Siyasət Ukraynalıları öldürməyə gedən Dövlət Dumasının deputatı qorxusundan

Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu g�

arrow Ətraflı