Sülhməramsızların Laçın alveri Hamının və hər şeyin


Siyasət 02 Fev 2023 10:20:00 297 0

Sülhməramsızların Laçın alveri  Hamının və hər şeyin

Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin (RSK) komandanlığının alverə qurşanması ilə bağlı dəfələrlə yazmışıq.

Artıq Ermənistan mediası da rusiyalı sülhməramlıların "biznes"indən bəhs etməyə başlayıb.

Belə ki, RSK və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobilləri vasitəsilə Gorus-Laçın yolu ilə qaçaqmal daşınır.

İrəvandakı "Hraparak" qəzetinin yazdığına görə, RSK komandanlığı Gorus-Xankəndi yolunda Azərbaycanın eko-aktivistlərinin və vətəndaş cəmiyyəti mənsublarının keçirdikləri aksiyadan "bəhrələnir". Ermənistandan Xankəndinə mal, məhsul, ərzaq, yanacaq və s. daşımaq istəyən erməni iş adamlarından, habelə qarabağlı ermənilərə xeyriyyə-humanitar yardımlar aparmaq fkrinə düşən şəxslərdən "daşınma" üçün pul tələb olunur.

Məbləğ fərqlidir. Belə ki, rusiyalı sülhməramlılar RSK və ya BQXK avtomobillərində "yük"ü daşımaq üçün 20 min erməni dramından (51,8 dollar) tutmuş, 300 min drama qədər (765 dollar) pul tələb edirlər.

Məbləğ daşınacaq yükün dəyərindən və həcmindən asılıdır.

Ermənistan erməniləri ilə yanaşı, Xankəndindəki ermənilər də rusiyalı sülhməramdlıların bu "alver"indən şikayətlənirlər.

İrəvanlı vəkil Roman Yeritsyan yanvarın 29-da sosial şəbəkələrdəki profillərində yazmışdı ki, rusiyalı sülhməramlılar Xankəndindəki iş adamlarından 35 milyon dramlıq yükü daşımaq üçün "böyük məbləğdə" rüşvət alıblar.

"Pulu almaqla yanaşı, onlar həmin yükün bir qismini də oğurlayıblar. Sonra onlar "problemi həll etmək", yəni oğurlanmış yükü geri qaytarmaq üçün yenə 3 milyon dram rüşvət tələb etdilər. Rədd cavabı alanda isə dedilər ki, oğurlanmış malların bir qismi məhv edilib, yerdə qalanı da yararsız vəziyyətə düşüb", - R.Yeritsyan yazmışdı.

Rusiyanın sülhməramlı kontingentinin (RSK) belə rüsvayçı əməlləri, rüşvətxorluğu və "biznes"ə qurşanması ilə bağlı məlumatlar yenilik sayıla bilməz.

Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin Gorus-Xankəndi yolu ilə hərəkət edən avtomobillərindən qaçaqmalçılıq üçün istifadə etməsi çoxsaylı suallar doğurur.

BQXK Birinci Qarabağ Müharibəsi zamanı və sonrakı erməni işğalı dönəmində səlahiyyətlərini çox pis icra etməklə yanaşı, açıq-aşkar şəkildə ermənilərin mövqelərindən çıxış edirdi.

Azərbaycanlı əsir və girovların vəziyyətləri ilə bağlı "monitorinq"lərdə təşkilatın mənsubları sadəcə, "hadisə yerinə baş çəkmək" və "görüşlər keçimək"lə işlərini bitmiş hesab ediblər.

Dəhşətli, ağlasığmaz işgəncələrə məruz qalan, ermənilərin vəhşi davranışları ilə qarşılaşan azərbaycanlı hərbi əsirlərin vəziyyətlərinin yaxşılaşdırılması, sonra da onların azad edilməsi və ya mübadilə olunması ilə bağlı proseslərdə də BQXK yarıtmaz fəaliyyət göstərmişdi.

44 günlük Vətən Müharibəsi dönəmində isə BQXK Azərbaycana qarşı az qala düşmən mövqe tutmuşdu.

İndisə BQXK Xankəndinə, habelə rusiyalı sülhməramlıların müvəqqəti operativ nəzarətində olan digər Azərbaycan ərazilərinə humanitar yüklərin Tərtər və ya Bərdə rayonlarının ərazisindən daşınaraq aparılması təkliflərini absurd inadla qəbul etmir.

BQXK bütün yüklərin və ümumiyyətlə, fəaliyyət marşrutunun Ermənistan ərazisindən olmasını təkid edir.

Gorus-Laçın yolu ilə RSK və BQXK avtomobilləri vasitəsilə qaçaqmalçılıq məsələsi mütləq şəkildə, özü də ən qısa zamanda həllini tapmalıdır.

Problem təxirəsalınmaz həlli tələb edir. Çünki kim təminat verə bilər ki, həmin avtomobillər vasitəsilə Ermənistandan Xankəndinə silah-sursat və ya hərbi amunisiya daşınmayacaq?!

Görülməsi mümkün tədbirlər arasında Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin, o cümlədən gömrük postunun yaradılması da olmalıdır.

Belədə hazırda RSK-nın yerləşdiyi ərazilərin Azərbaycanın kontrolunda olmayan, nəzarətsiz məkan kimi qalmasına yönəlmiş cəhdlərin qarşısı alınar.

Orxan Hun Son.az

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir like
  • 02 Fev 10:17  
Digərləri Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya azyaşlıları işlədir

Tehran Bələdiyyəsinə hakim kəsilmiş mafiya 15 yaşdan kiçik uşaqları i�

arrow Ətraflı
Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb like
  • 02 Fev 09:27  
Digərləri Ötən ay sərhədi pozan 33 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən 2023-cü ilin yanvar ayı ərzində dö

arrow Ətraflı
Yanacaq daşıyan maşınlar Xankəndidən Laçın istiqamətinə maneəsiz keçiblər  FOTO like
  • 02 Fev 09:24  
Siyasət Yanacaq daşıyan maşınlar Xankəndidən Laçın istiqamətinə maneəsiz keçiblər FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus

arrow Ətraflı
Qanqren like
  • 02 Fev 08:59  
Digərləri Qanqren

Qanqren (yun. gangraina) - toxumanın, orqanın və ya bədənin bir hissəsinin

arrow Ətraflı
Ukraynanın şərqində şiddətli döyüşlər gedir like
  • 02 Fev 08:58  
Siyasət Ukraynanın şərqində şiddətli döyüşlər gedir

Ukraynanın şərqində şiddətli döyüşlər davam edir. Düşmən Liman isti

arrow Ətraflı
Donbas uğrunda şiddətli döyüşlər like
  • 02 Fev 08:57  
Siyasət Donbas uğrunda şiddətli döyüşlər

Rusiyanın hücum əməliyyatında və Donbas uğrunda ağır döyüşlərin pik

arrow Ətraflı
Bronxoostruktiv sindrom like
  • 02 Fev 08:55  
Digərləri Bronxoostruktiv sindrom

Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv

arrow Ətraflı
Bakıda mənzildən like
  • 02 Fev 08:54  
Digərləri Bakıda mənzildən

Bakıda mənzildən meyit tapılıb.

arrow Ətraflı
Rusiya BMTdən bunu like
  • 02 Fev 08:53  
Siyasət Rusiya BMTdən bunu

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə fevralın 8-də iclasın

arrow Ətraflı
Dünyada dörd həftə ərzində ölənlərin sayı like
  • 02 Fev 08:52  
Dünya Dünyada dörd həftə ərzində ölənlərin sayı

Yanvarın 2-dən 29-na kimi 20 milyona yaxın insan koronavirus infeksiyasına y

arrow Ətraflı
Dölyanı maye like
  • 02 Fev 08:51  
Digərləri Dölyanı maye

Dölyanı maye - amnion maye. Bu maye dölü əhatə edən mayedir və amnion m

arrow Ətraflı
Bu, Rusiyanın daimi taktikasıdır like
  • 02 Fev 08:50  
Siyasət Bu, Rusiyanın daimi taktikasıdır

Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçıların təxr

arrow Ətraflı
Britaniya Ukraynaya qoşun göndərə like
  • 02 Fev 08:48  
Siyasət Britaniya Ukraynaya qoşun göndərə

Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.

arrow Ətraflı
İran terrorçular üçün 4 milyard ayırdı like
  • 02 Fev 08:47  
Siyasət İran terrorçular üçün 4 milyard ayırdı

İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq,

arrow Ətraflı