Bronxoostruktiv sindrom
Digərləri 02 Fev 2023 08:55:00 250 0
Bronxoostruktiv sindrom bronx keçiriciliyinin pozulmasıdır. Xronik obstruktiv bronxitdə obstruksiya geridönən və davamlı komponentə malik olur. Geridönən komponent bronxların saya əzələlərinin yığılması, bronxial vəzlərin hipersekresiyası və bronxların selikli qişasının ödemi ilə şərtlənir. Xəstəlik zamanı bronxial vəzlərin destruksiyası, peribronxial fibroz, bronxiolların formasının dəyişməsi ilə özünü göstərir. Tənəffüs yollarının mexaniki xassələrinin pozulması onların nəfəsvermədə yaprıxmasına səbəb olur. Bu sindromun qayıtma əlaqəsi prinsipinə görə inkişafı öskürmə səbəbli pozğunluqları gücləndirir, yerli müdafiəni aşağı salır. Bu zaman həmin hissədə dairə qapanır və xəstəlik sağalmaz olur. Xəstəliyin əmələ gəlməsində virus və bakteriyanın rolu ikincili xarakter daşıyır. Yüksək özlü bəlğəmin toplanması, müdafiə qüvvələrinin azalması, bronxial keçiriciliyin pozulması xəstəlik irəlilədikcə infeksiyanın aşağı yayılmasına və xəstəliyin kəskinləşməsinə səbəb olur. Xəstəlik tədricən inkişaf edir, müalicə olunmadıqda kəskinləşir və xroniki hala keçir. Bronxoostruktiv sindromda xəstələrin şikayətləri aşağıdakılardan ibarət olur: - səhərlər bəlğəmli öskürək - isti otaqdan soyuğa çıxdıqda öskürək - selikli-irinli bəlğəm - arterial hipertenziya - qanhayxırma - fiziki iş zamanı təngnəfəslik - nəfəsvermədə çətinləşmə - temperatur - tez yorulma - yorğunluq. Xəstəliyə diaqnozun qoyulmasında rentgenoloji müayinənin, bronxoqrafiyanın, kompyuter tomoqrafiyanın və anamnezin nəticələri əsas götürülür. Müalicə antibiotiklərdən, vitaminlərdən istifadə etməkdən və qıcıqlandırıcı faktorlardan uzaq durmaqdan ibarətdir.
Mənbə: milli.az
Dünya
Dünyada dörd həftə ərzində ölənlərin sayı
Ətraflı
Yanvarın 2-dən 29-na kimi 20 milyona yaxın insan koronavirus infeksiyasına y
Siyasət
Bu, Rusiyanın daimi taktikasıdır
Ətraflı
Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçıların təxr
Siyasət
Britaniya Ukraynaya qoşun göndərə
Ətraflı
Böyük Britaniya hökuməti Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
Siyasət
İran terrorçular üçün 4 milyard ayırdı
Ətraflı
İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq,
Siyasət
İspaniya Ukraynaya zirehli transportyorlar
Ətraflı
İspaniyanın Müdafiə Nazirliyi fevralın 6-da Ukraynaya 20 ədəd M113 zirehl
Siyasət
“Gürcüstan hakimiyyəti Saakaşvilini açıq şəkildə öldürür”
Ətraflı
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgə
Siyasət
Ermənistan darmadağın ola bilər
Ətraflı
III Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq qırmızı xətt �
Siyasət
Rusiya Qərbin tanklarını vuran hərbçilərə
Ətraflı
Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2"
Digərləri
Niyazi Mehdi: “Milləti irəli aparan çirkinlərdi, niyə hirslənirsiz?.." –
Ətraflı
Teleqraf.com-un suallarını fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi
Siyasət
Daha beş gəmi Ukrayna limanlarını
Ətraflı
Fevralın 1-də Ukrayna limanları qarğıdalı, buğda və soya ilə beş quru