Xidmət rəisindən bu ərazilərlə bağlı ictimaiyyətə çağırış
Digərləri 21 Avq 2024 20:03:00 473 0
Son günlər işğaldan azad edilmiş ərazilərə səfər edənlər tərəfindən tullantıların ətraf mühitə atılması, orada qalaqlanması ilə bağlı sosial şəbəkələrdə təəssüfedici görüntülər yayılır.
Bu xəbəri də oxu: Azərbaycanda müəllim vəfat etdi FOTO
Son.az xəbər verir ki, bu kimi hallara münasibət bildirən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə belə davranışın yolverilməz olduğunu deyib.
Xidmət rəisi tullantıların nəzərdə tutulmayan əraziyə atılmasının inzibati məsuliyyət yaratması haqda xəbərdarlıq edib:
"Bəzi vətəndaşlarımız bu ərazilərə səfər edərkən istər qanunvericiliyə, istərsə də mənəvi dəyərlərimizə zidd olaraq tullantıları getdikləri, dincəldikləri ərazilərə atırlar. Bu kimi xoşagəlməz halları nəzərə alaraq, bir daha diqqətə çatdırıram ki, bu, həm inzibati qayda pozuntusu, həm də mənəvi dəyərlərimizə zidd olan hərəkətdir".
O bildirib ki, artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və "Təmiz şəhər" ASC ilə birgə Xocalıda yerləşən Əsgəran qalasının ətrafının tullantılardan təmizlənməsinə başlanılıb:
"Fürsətdən istifadə edib bu məsələdə vətəndaşlıq mövqeyi göstərərək məlumatları vaxtında ictimailəşdirən şəxslərə təşəkkür edirik. Çünki bütün əraziləri nəzarətdə saxlamaq, bütün ərazilər barədə dərhal məlumat əldə etmək fiziki olaraq mümkün deyil. Ona görə vətəndaşlıq mövqeyi çox vacibdir və bu işin daha operativ təşkilinə kömək edir.
Buna görə də məhz vətəndaşlıq mövqeyi ilə çıxış edən şəxslərə çox minnətdarıq. Bir daha fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, bu gözəl əraziləri çirkləndirməsinlər. Onları bu haldan çəkinməyə, təbiətə münasibətdə daha həssas olmağa çağırırıq".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Siz ilk növbədə öz ərazi bütövlüyünüzə və məqsədinizə köklənmə
Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə AB-nin baş diplomatı Jozep Bo
Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının daşınmaz əmlak almasına
Xerson vilayətinin Qolaya Pristan şəhərini Ukrayna Silahlı Qüvvələrinin
Macarıstan hakimiyyəti Avropa Komissiyasının Rusiya və Belarus vətəndaşl
Azərbaycan, bu gün Ermənistan xaric bütün qonşularla mehriban, sıx mütt�
Rusiya Prezidenti Vladimir Putin Qroznıda ona hədiyyə verilən Qurani-Kərimi
Rusiya hökuməti xarici vətəndaşlar Rusiya Federasiyasında müvəqqəti ya�
Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rejissor qızı Fatimə İbr
Amerikalı müğənni Lana Del Rey Türkiyənin keçmiş FTB agenti Erdal kaya i
Avropa Dərman Agentliyi bəzi dərmanların monitorinqini apardıqlarını aç�
Xankəndi şəhərində həyata keçirilməsi planlaşdırılan investisiya layi
Yay aylarında temperatur yüksəldikcə tərləmə artır və orqanizmdə su, d
Müğənni Vüsal Əliyev maraqlı bir xatirəsini paylaşıb.