Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı


Siyasət 05 Yan 2023 21:42:00 206 0

Azərbaycan Beynəlxalq Məhkəməyə Ermənistanla bağlı

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Müraciətdə deyilir:

"Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.

Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır. Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub.

Azərbaycan, mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək".

Həcc ziyarətinə getmək istəyənlərin like
  • 05 Yan 21:41  
Dünya Həcc ziyarətinə getmək istəyənlərin

Bu il Həcc ziyarətinə getmək istəyən Səudiyyə Ərəbistanında yaşayan

arrow Ətraflı
Xüms və zəkat like
  • 05 Yan 21:40  
Digərləri Xüms və zəkat

İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdis

arrow Ətraflı
Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya like
  • 05 Yan 21:39  
Dünya Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya

Rusiyalı rejissor, RSFSR xalq artisti Nikita Mixalkov koronavirusa yoluxaraq a�

arrow Ətraflı
İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında like
  • 05 Yan 21:37  
Siyasət İranda baş örtüyü tələbi ləğv olunur? Dini liderin açıqlamasında

İran ali rəhbərinin yanvarın 4-də qadınların baş örtüyü mövzusunda �

arrow Ətraflı
Samoqon yoxsa araq?  Qaraciyər üçün ən təhlükəli like
  • 05 Yan 21:35  
Digərləri Samoqon yoxsa araq? Qaraciyər üçün ən təhlükəli

Qaraciyərdə sirroza kimi gətirib çıxaran alkoqol içkilər - samoqon və ar

arrow Ətraflı
Plastik qabların ziyanı like
  • 05 Yan 21:30  
Digərləri Plastik qabların ziyanı

Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyə

arrow Ətraflı
Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir like
  • 05 Yan 21:25  
Digərləri Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir

Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�

arrow Ətraflı
Islamda məhrəmnaməhrəm münasibətləri like
  • 05 Yan 21:20  
Digərləri Islamda məhrəmnaməhrəm münasibətləri

Ayə və hədislərdən istifadə edərək bu nəticəyə gəlinir ki, bir-birin

arrow Ətraflı
Piylənməyə qarşı peyvənd hazırlanıb like
  • 05 Yan 21:15  
Digərləri Piylənməyə qarşı peyvənd hazırlanıb

İnsan orqanizmində hipotalamusda və mədədə hazırlanan xüsusi "qreli

arrow Ətraflı
Namaza qarşı etinasızlığın cəzası nədir? like
  • 05 Yan 21:10  
Digərləri Namaza qarşı etinasızlığın cəzası nədir?

Həzrət Rəsulullahın (s.ə.v) qızı Həzrət Fatimə (s.ə) atasından soru�

arrow Ətraflı
Bu qidalar trombun qarşısını like
  • 05 Yan 21:05  
Digərləri Bu qidalar trombun qarşısını

İnsanların yaşı artıqca damarlarda tromb yaranma riski daha da artır. Bəz

arrow Ətraflı
Sonsuzluğun daha bir səbəbi like
  • 05 Yan 21:01  
Digərləri Sonsuzluğun daha bir səbəbi

Norveqiyalı tədqiqatçılar belə hesab edirlər ki, qadınlarda artıq fiziki

arrow Ətraflı
“Son vaxtlar məni Rəhimə bənzədirlər” like
  • 05 Yan 20:51  
Şou-biznes “Son vaxtlar məni Rəhimə bənzədirlər”

Müğənni Ramal İsrafilovun növbəti açıqlaması maraqla qarşılanıb.

arrow Ətraflı
Azərbaycan beynəlxalq məhkəməyə müraciət etdi: like
  • 05 Yan 20:34  
Siyasət Azərbaycan beynəlxalq məhkəməyə müraciət etdi:

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının m

arrow Ətraflı
“İnsan dərindən sevəndə anlatmağa söz tapmır" like
  • 05 Yan 20:29  
Şou-biznes “İnsan dərindən sevəndə anlatmağa söz tapmır"

"Hamı ilə münasibətim çox yaxşıdır. Bir xarakterim var. Əgər kims

arrow Ətraflı