Azərbaycan beynəlxalq məhkəməyə müraciət etdi:


Siyasət 05 Yan 2023 20:34:00 359 0

Azərbaycan beynəlxalq məhkəməyə müraciət etdi:

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib.

Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir.

Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Minaların Ermənistanın Üçtərəfli Bəyanatla bütün hərbi əməliyyatları dayandırmağa, qüvvələrini Azərbaycandan çıxarmağa və azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasına razılığından sonra yerləşdirdiyinə dair sübutlar mövcuddur. Sözügedən minaların yarıdan çoxu azərbaycanlı məcburi köçkünlərin qayıtmalı olduğu mülki ərazilərdə aşkar edilib. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir.

Mülki ərazilərin minalarla hədəfə alınması nəinki günahsız mülki şəxslərin həyatına təhdid yaradır, Azərbaycanın hələ də əldə olunmasına sadiq qaldığı sülh sazişini təhlükə altında qoyan bir təxribatdır. Cəmi üç həftə əvvəl Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 azərbaycanlı, o cümlədən bərpa işlərində iştirak edən 4 mülki şəxs yaralanıb, bir azərbaycanlı isə həlak olub.

Azərbaycan, mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Azərbaycan tərəfi beynəlxalq insan hüquqları hüququnu pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.

Son.az 

“İnsan dərindən sevəndə anlatmağa söz tapmır" like
  • 05 Yan 20:29  
Şou-biznes “İnsan dərindən sevəndə anlatmağa söz tapmır"

"Hamı ilə münasibətim çox yaxşıdır. Bir xarakterim var. Əgər kims

arrow Ətraflı
12 yaşlı ilə görüşə gedən şəxsə qızın atası şok yaşatdı like
  • 05 Yan 20:18  
Dünya 12 yaşlı ilə görüşə gedən şəxsə qızın atası şok yaşatdı

İngiltərədə internetdə gənc qızları hədəf alan şəxs şok yaşayıb.�

arrow Ətraflı
İbrahim azərbaycanlı iş adamı ilə dost olan Hadise üçün bunu edibmiş like
  • 05 Yan 20:07  
Şou-biznes İbrahim azərbaycanlı iş adamı ilə dost olan Hadise üçün bunu edibmiş

Seren Serengil İbrahim Tatlısesin "Söylemezsem olmaz" proqramına H

arrow Ətraflı
İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı like
  • 05 Yan 19:56  
Digərləri İranda etirazçıları dəstəkləyən məşhur aktrisa ilə bağlı

İran rəsmiləri hökumətə qarşı keçirilən nümayişlərdə aksiya iştir

arrow Ətraflı
“Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi” like
  • 05 Yan 19:45  
Şou-biznes “Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi”

"2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ai

arrow Ətraflı
Bu il devalvasiya olacaq? like
  • 05 Yan 19:39  
Digərləri Bu il devalvasiya olacaq?

"2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər �

arrow Ətraflı
Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər? like
  • 05 Yan 19:34  
Şou-biznes Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər?

Türkiyəli aktyor Enis Arıkan xüsusi parti ilə 40 yaşını qeyd edib.

arrow Ətraflı
Putin Ukraynada bütün cəbhəboyu like
  • 05 Yan 19:14  
Siyasət Putin Ukraynada bütün cəbhəboyu

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat

arrow Ətraflı
“Daha böyük yanğın gözlənilir” like
  • 05 Yan 19:12  
Digərləri “Daha böyük yanğın gözlənilir”

Dekabrın əvvəlində tanınmış ekstrasens Zirəddin Rzayev Lent.az-a verdiy

arrow Ətraflı
"Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim" like
  • 05 Yan 19:01  
Şou-biznes "Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim"

Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər ə

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 05 Yan 18:57  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 66 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
İranda daha bir gəncə ölüm hökmü çıxarıldı like
  • 05 Yan 18:50  
Digərləri İranda daha bir gəncə ölüm hökmü çıxarıldı

İranda daha bir gənc üçün ölüm hökmü oxunub.

arrow Ətraflı
Ən çox satılan avtomobil 41 ildir dəyişməz qalır like
  • 05 Yan 18:28  
Şou-biznes Ən çox satılan avtomobil 41 ildir dəyişməz qalır

"Ford F-Series" avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satı

arrow Ətraflı
Xocavənddə silahsursat tapıldı like
  • 05 Yan 18:21  
Digərləri Xocavənddə silahsursat tapıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad

arrow Ətraflı