“Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi”


Şou-biznes 05 Yan 2023 19:45:00 1211 0

“Uşaq dünyaya gələndən sonra ərimin keçmiş həyat yoldaşı bizdən əl çəkdi”

"2020-ci ildən başım övladıma qarışıb. Son iki il mənim üçün ailə həyatımla, ən əsası da övladımla bağlı önəmli, yaddaqalan illər oldu. Ərimin keçmiş həyat yoldaşı ilə bağlı problemlərimiz bitdi. Çox şükür! Uşağımız dünyaya gələndən sonra qadın nə yoldaşımı, nə də ki, məni narahat etmir. Özü də başa düşdü ki, nə var, nə yox".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Türkiyədə yaşayan aktrisa Cəmilə Tağızadə deyib. 

"Sənətə günü bu gün qayıdaram. Amma övladımın böyüməsini gözləyirəm. Çünki mənsiz qala bilmir. Yoldaşım da icazə verir, mənə qadağası yoxdur. Sənətimi atmamışam, davam etdirəcəm, sadəcə bir az zamana ehtiyacım var. Bir il bəs edər məncə. Aktrisalıq fəaliyyətimi Türkiyədə davam etdirəcəm. Bu həyatda mümkün olmayan heç nə yoxdur. Yetər ki, insan özü istəsin, çaba göstərsin" deyə aktrisa bildirib.

Cəmilə Tağızadə bildirib ki, sənətdə hər şey maddiyatdan asılıdır.

"Bəzən deyirlər ki, sənətdə mütləq adamın olmalıdır. Bu sözlə razı deyiləm. Vaxtilə Azərbaycanda ən çox çəkilən aktrisalardan biri də mən idim. Mənim nə adamım, nə də tapşıranım var idi! Öz istedadımla, gücümlə, biliyimlə bu sahəyə gəlmişdim. Məncə bunlar hamısı bəhanələrdir. Bəli, elə aktyor, aktrisalarımız var ki, daim onlar çəkilir. Buna görə bir çox rejissorlarımızı qınaya bilərəm. Eyni simalar nə qədər olar?! Teatrlarımızda bir bilsəniz ki, nə qədər yeni üzlər, yeni simalar var. Rejissorları da bir yandan qınamaq düzgün deyil. Çünki istehsalçı şirkət öz filmində tanınmış, məşhur simanı görmək istəyir. Kim istəməz ki, Bred Pit olan filmi izləməsin?! Bütün dünya praktikasında bu belədir. Kim daha çox tələb olunursa, izlənilirsə o da çəkilir. Bizdə elə aktrisalar var ki, dostluqla, tanışlıqla, tapdığı sponsorla özünü baş rolda çəkdirir. Bu tək Azərbaycanda deyil, hər yerdə belədir. Türkiyənin yeşilçam ulduzu Türkan Şorayı da vaxtilə Rüçhan adlı iş adamı qabağa çəkib, ulduz etmişdi. Kimin pulu varsa o həmişə öndədir. Mən də buna qarşıyam. Bizdə yaxşı rejissorlar da, prodüsserlər də var, sadəcə tək problem maliyyədir. Maliyyə problemi aradan qaldırılsa, biz də yüksək səviyyəli filmlər çəkib, nüfuzlu festivallara çıxararıq" deyə aktrisa bildirib.

Bu il devalvasiya olacaq? like
  • 05 Yan 19:39  
Digərləri Bu il devalvasiya olacaq?

"2023-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi son günlər �

arrow Ətraflı
Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər? like
  • 05 Yan 19:34  
Şou-biznes Dostları tanınmış sənətçinin ad günündə nələr etdilər?

Türkiyəli aktyor Enis Arıkan xüsusi parti ilə 40 yaşını qeyd edib.

arrow Ətraflı
Putin Ukraynada bütün cəbhəboyu like
  • 05 Yan 19:14  
Siyasət Putin Ukraynada bütün cəbhəboyu

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya 6 yanvar saat

arrow Ətraflı
“Daha böyük yanğın gözlənilir” like
  • 05 Yan 19:12  
Digərləri “Daha böyük yanğın gözlənilir”

Dekabrın əvvəlində tanınmış ekstrasens Zirəddin Rzayev Lent.az-a verdiy

arrow Ətraflı
"Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim" like
  • 05 Yan 19:01  
Şou-biznes "Namiqlə duetdən sonra Arif Babayevin gözünə görsənmədim"

Əməkdar artist Könül Kərimova meyxanaçı Namiq Qaraçuxurlu ilə illər ə

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 05 Yan 18:57  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 66 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
İranda daha bir gəncə ölüm hökmü çıxarıldı like
  • 05 Yan 18:50  
Digərləri İranda daha bir gəncə ölüm hökmü çıxarıldı

İranda daha bir gənc üçün ölüm hökmü oxunub.

arrow Ətraflı
Ən çox satılan avtomobil 41 ildir dəyişməz qalır like
  • 05 Yan 18:28  
Şou-biznes Ən çox satılan avtomobil 41 ildir dəyişməz qalır

"Ford F-Series" avtomobil ailəsi 2022-ci ildə ABŞ-da ən çox satı

arrow Ətraflı
Xocavənddə silahsursat tapıldı like
  • 05 Yan 18:21  
Digərləri Xocavənddə silahsursat tapıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad

arrow Ətraflı
Kəlbəcərdə şaxtalı havanın yaratdığı buzdan dağ like
  • 05 Yan 18:17  
Digərləri Kəlbəcərdə şaxtalı havanın yaratdığı buzdan dağ

Kəlbəcər rayonunun ərazisini yüksək keçən soyuq və dağ tundra iqlimi t

arrow Ətraflı
Azərbaycanda transmilli cinayətkar dəstənin üzvü tutuldu like
  • 05 Yan 18:10  
Digərləri Azərbaycanda transmilli cinayətkar dəstənin üzvü tutuldu

Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisin�

arrow Ətraflı
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb like
  • 05 Yan 18:09  
Siyasət Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı imzalayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə

arrow Ətraflı
Eşq həyatı ilə gündəmə gələn aktyor yeni ili qadınlarla qarşıladı like
  • 05 Yan 18:06  
Şou-biznes Eşq həyatı ilə gündəmə gələn aktyor yeni ili qadınlarla qarşıladı

Tez-tez eşq həyatı ilə gündəmə gələn Leonardo DiKaprio yenidən xanıml

arrow Ətraflı
Anabala birləşib özlərinə meyit biznesi qurublarmış like
  • 05 Yan 17:55  
Dünya Anabala birləşib özlərinə meyit biznesi qurublarmış

ABŞ-nin Kolorado ştatında dəfn şirkəti cəsədləri yandırmaq əvəzinə

arrow Ətraflı