İsraildən Azərbaycana misilsiz dəstək
Siyasət 30 Dek 2022 23:13:00 386 0
"Bu gün təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəfdaş kimi Azərbaycan İsraillə çiyin-çiyinədir. Bu təərfdaşlıq İsrailin regional təhlükəsizliyinin təməlidir".
Son.az bildirir ki, İsrailin Knessetinin (ölkə parlamenti) 30 deputatı, o cümlədən baş nazir Binyamin Netanyahunun yeni hökumətindəki 9 nazir və 2 nazir müavini Azərbaycanın Milli Məclisinə ünvanladığı müraciətdə belə deyilir.
Sənədi imzalayanlar arasında İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, din məsələləri naziri Mixael Malkieli və təhsil naziri Yoav Kiş də var.
Sözügedən müraciət Azərbaycanın İsraildə səfirlik açma qərarına reaksiyadır.
Milli Məclisə müraciəti Knessetdəki 8 partiyanın mənsubu olan deputatlar imzalayıblar. Onların arasında iqtidardakı "Likud" Partiyası ilə yanaşı, müxalifətçilər də çoxdur.
Bu isə İsraildə siyasi sensasiya sayılır, çünki indiyədək İsraildə əsas siyasi qüvvələrin nümayəndələri heç vaxt bu formada birmənalı, konkret və qətiyyətli şəkildə Azərbğaycana kollektiv dəstək verməmişdilər.
"Azərbaycan parlamentinin deputatları, bizim əziz dostlarımız! Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı ilə bağlı təbriklərimizi qəbul edin. Bu qərar ölkələrimiz arasındakı əməkdaşlığın inkişafında cürətli addım, Azərbaycan torpağında azərbaycanlı və yəhudi xalqları arasındakı çoxəsrlik dostluğun təbii davamıdır", - sənəddə vurğulanır.
Müraciətdə daha sonra deyilir: "Bizim ümumi düşmənimiz xalqlarımızı təhdid edən İran tiraniyasıdjır. Öz vətəndaşlarını qəddarlıqla qətlə yetirən və dünyada terrorizmə dəstək verən ayətulla rejimi Azərbaycan xalqını dünyada sayğı ilə qarşılanan dünyəvi hakimiyyətə qarşı qaldırmaq cəhdi ilə antisemit təbliğatdan istifadə edir. İrandakı diktatura güc nümayiş edərək Azərbaycanı hədələyir, "Hizbullah"ın Azərbaycanda bölməsini yaratmağa çalışır. Lakin bütün bu cəhdlər mənasızdır. Azərbaycan bir daha sübut etdi ki, şantajla hədələri eyninə almır. İran SEPAH-ının Azərbaycan sərhədində təlimlər keçirməsindən bir ay sonra Azərbaycan ölkəmizdə səfirlik açmaq qərarını bəyan etdti. Məhz bu anda istəyirik ki, Azərbaycan xalqı bilsin: İsrail və yəhudi xalqı sizə çox böyük önəm verir. Strateji tərəfdaşlığımızı davam etdirmək niyyətindəyik".
Müraciətdə o da vurğulanır ki, İsrail knessetinin deputatları Fransa Senatının 15 noyabr tarixli, Azərbaycana qarşı sanksiyalara və Avropa İttifaqını Azərbaycandan neftlə təbii qaz almağı dayandırmağa çağıran qətnaməsindən çox təəssüfləniblər.
"Bu qətnamə hazırda mütərəqqi müsəlman əhalisi olan, İsraillə və Qərblə sıx əlaqələr qurmuş Azərbaycanın zəifləməsində maraqlı olan İranın marağındadır.
Ümid edirik ki, Senat qərarına yenidən baxacaq", - sənəddə bildirilir.
Müraciəti Knesset üzvlərinin tam əksəriyyəti dəstəkləyir. Fəqət imzaların toplanması prosesi texniki səbəblərdən bundan sonra təxminən bir ay çəkəcəkdi.
İsrailin yeni hökuməti isə sənədi Yeni İlin əvvəlində, İsraildə Azərbaycan səfirliyinin açılması ərəfəsində Milli Məclisə yollamaq istəyib.
Orxan Hun Son.az
"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarş�
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�
Naftalan şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd
Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiy
Rusiyanın paytaxtı Moskvadakı üç hava limanında - Vnukovo, Domodedovo və
Xalq artisti Aygün Kazımova həmkarı və yaxın dostu Xalq artisti Faiq Ağay
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsəno
2023-cü ildən etibarən Tvitterdə hesabın qadağan edilməsi və ya məhdudl
Müğənni Nazənin Salayeva plastik əməliyyatdan sonra ilk dəfə üzə çıx
Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçü
Prezident İlham Əliyev sosial media hesablarında Dünya Azərbaycanlıların�
"Bu gün elə aparıcılarımız var ki, sənətçi sözü ilə sənətkar
Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı ap