"Azərbaycan Ordusunun hərbi qüdrəti..."


Siyasət 30 Dek 2022 21:45:00 277 0

"Azərbaycan Ordusunun hərbi qüdrəti..."

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Son.az bildirir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər.

Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, əzmli və iradəli olmağınızı arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində dövlətimizin iqtisadi dayaqları formalaşdırılaraq, müstəqilliyimiz əbədi və dönməz olmuşdur. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasında böyük töhfələr verilib.

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsi zamanı Böyük Zəfərin qazanılmasında rəşadətli Azərbaycan Ordusunun şəxsi heyəti misilsiz qəhrəmanlıq, fədakarlıq nümunələri göstərərək 30 ilə yaxın müddətdə düşmən işğalında olan torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, cəsarətli, qətiyyətli addımları nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı artıracaqsınız.

Hərbi anda sədaqətə, çətin və şərəfli xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bötövlüyünün qorunması naminə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları hər iki bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, Xalqa, Dövlətə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!"

Tvitterdə növbəti ildən yenilik tətbiq olunacaq like
  • 30 Dek 21:39  
Digərləri Tvitterdə növbəti ildən yenilik tətbiq olunacaq

2023-cü ildən etibarən Tvitterdə hesabın qadağan edilməsi və ya məhdudl

arrow Ətraflı
Əməliyyat olunan Nazənin like
  • 30 Dek 21:32  
Şou-biznes Əməliyyat olunan Nazənin

Müğənni Nazənin Salayeva plastik əməliyyatdan sonra ilk dəfə üzə çıx

arrow Ətraflı
Bakı aeroportu Yeni il abhavası bəxş edir  FOTO like
  • 30 Dek 21:25  
Digərləri Bakı aeroportu Yeni il abhavası bəxş edir FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətə yollanan sərnişinlər üçü

arrow Ətraflı
Prezidentdən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım  FOTO like
  • 30 Dek 21:18  
Siyasət Prezidentdən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım FOTO

Prezident İlham Əliyev sosial media hesablarında Dünya Azərbaycanlıların�

arrow Ətraflı
"Özüm haqda eşidirəm ki, deyirlər ki, toya getmir" like
  • 30 Dek 20:58  
Şou-biznes "Özüm haqda eşidirəm ki, deyirlər ki, toya getmir"

"Bu gün elə aparıcılarımız var ki, sənətçi sözü ilə sənətkar

arrow Ətraflı
Leyla Əliyevanın iştirakı ilə Bakıda ağaclar qeydiyyata alınır  FOTO like
  • 30 Dek 20:52  
Siyasət Leyla Əliyevanın iştirakı ilə Bakıda ağaclar qeydiyyata alınır FOTO

Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı ap

arrow Ətraflı
Sərnişinlər təyyarədə əlbəyaxa oldular  VİDEO like
  • 30 Dek 20:26  
Dünya Sərnişinlər təyyarədə əlbəyaxa oldular VİDEO

Banqkokdan Kəlküttə istiqamətinə uçan təyyarənin sərnişinləri göyər

arrow Ətraflı
Tanınmış müğənni xəstəlikdən bu hala düşdü  VİDEO like
  • 30 Dek 20:18  
Şou-biznes Tanınmış müğənni xəstəlikdən bu hala düşdü VİDEO

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən müğənni Nurlan Əzizbəyli

arrow Ətraflı
AQTAnın səlahiyyəti azaldıldı like
  • 30 Dek 20:08  
Digərləri AQTAnın səlahiyyəti azaldıldı

Nazirlər Kabineti "Karantin elan olunan ərazilərdə fitosanitar tədbirl

arrow Ətraflı
Türkiyədə daha bir dəhşətli hadisə  5 ölü, 2 yaralı  FOTO like
  • 30 Dek 20:04  
Digərləri Türkiyədə daha bir dəhşətli hadisə 5 ölü, 2 yaralı FOTO

Türkiyədə daha bir dəhşətli hadisə yaşanıb.

arrow Ətraflı
Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu  VİDEO like
  • 30 Dek 19:30  
Şou-biznes Məşədibabanın oğlunun Rəşad Dağlı ilə bağlı yazdığı şeir trend oldu VİDEO

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın həbsdə olan

arrow Ətraflı
"Azərbaycan bu siyahıda yer alacaq" like
  • 30 Dek 19:24  
Digərləri "Azərbaycan bu siyahıda yer alacaq"

Prezident İlham Əliyev İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qan

arrow Ətraflı
Cadenza orkestri  “Kiçik dəniz küçəsi” konserti keçirildi  FOTO like
  • 30 Dek 19:20  
Kriminal Cadenza orkestri “Kiçik dəniz küçəsi” konserti keçirildi FOTO

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestri (Cadenza Contemporary Orchestr

arrow Ətraflı
Daha 48 nəfərin diplomu tanınmadı like
  • 30 Dek 18:58  
Digərləri Daha 48 nəfərin diplomu tanınmadı

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı dekabr ayı

arrow Ətraflı