BMTdə "Laçın yolu savaşı": Paris Bakıya


Siyasət 30 Dek 2022 23:56:00 294 0

BMTdə "Laçın yolu savaşı": Paris Bakıya

BMT-nin Təhlükəsizlik Şurasında Fransa və Ermənistan bütün səylərinə, cəhdlərinə rəğmən Laçın yolundakı situasiya ilə bağlı qətnamənin qəbuluna nail ola bilmədilər.

Dekabrın 21-də Fransa və Ermənistan BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısının çağırılmasına nail olaraq Laçın yolunda azərbaycanlı eko-fəalların aksiyasının "qətiyyətlə pislənməsinə və yolun dərhal açılmasına" nail olmaq istəyirdilər.

Bir qədər əvvəl, Sentyabrda Ermənistan BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT-dəki daimi nümayəndəsinin məktubu"nu daxil etmək istəmiş, erməniləri də təbii ki, Fransa dəstəkləmişdi.

Daha sonra Paris-İrəvan dueti 2022-ci ilin sentyabrındakı olayların TŞ-də müzakirəsini tələb etmişdilər.

Halbuki, BMT TŞ-nin erməni işğalına son qoyulması ilə bağlı 4 (!) qətnaməsinin mövcudluğuna rəğmən, bu qurum bir toplantı da keçirərək Ermənistanın işğalını pisləməməmişdi.

Hadisələrin onillər boyu bu məcrada cərəyan etməsinin əsas səbəbkarlarından biri də Fransa olmuşdu.

İndisə Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvü və müvəqqəti sədri kimi Ermənistanın "maraq"larına tam cavab verən qətnamə layihəsi hazırlamışdı.

Sənəddə Laçın yolundakı dinc aksiya "humanitar fəlakət, blokada" kimi təqdim olunurdu.

Proses başlandı və 10 gün davam etdi.

Fransanı bu prosesdə bilavasitə prezident Emmanuel Makron administrasiysının mənsubları və Makronun xarici siyasət məsələləri üzrə müşavirləri təmsil edirdilər.

Halbuki rəsmi Bakı dəfələrlə Parisə xəbərdarlıq edərək belə yaramaz və mənhus, dünya hüququnun prinsiplərinə zidd fəaliyyətdən əl çəkməyə çağırmışdı.

Fəqət, Paris Bakını eşitmədi.

Fransa əmin idi ki, BMT TŞ-də aşkar ermənipərəst bəyanatın qəbuluna, sonra da sənədin qətnaməyə "çevrilməsi"nə nail olacaq.

Ermənistan da buna əmin idi: rəsmi İrəvan son günlərdə fasiləsiz olaraq bəyan edirdi ki, ən ümdə məqsədlərindən biri BMT TŞ-də "müvafiq qətnamənin qəbulu"dur.

Laçın yolundakı situasiyanı Parislə İrəvan beynəlxalq təşkilatlarda, xüsusilə də BMT TŞ-də öz xeyrinə interpretasiya etməyə can atırdılar.

Lakin Parislə İrəvanın məkrli oyunu alınmadı.

Əvvəlcə Rusiya Federasiyası qəzəbləndi, çünki İrəvanın Moskvaya "sədaqət andı"nı təkrarlayaraq Qərbin göstərişlərini yerinə yetirməkdən ibarət primitiv "geosiyasi oyun"ları Kremli yetərincə bezdirib.

Digər tərəfdən, Fransa və Ermənistanın belə davranışının üçtərəfli bəyanata, yekun sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesə və ümumiyyətlə, bölgədə sülhün bərqərar olmasına istiqamətlənən danışıqlara zidd olduğunu ABŞ da anladı.

BMT TŞ-nin sədri Fransa bütün cəhdlərinə rəğmən, istədiyinə nail ola bilmirdi.

Laçın yolundakı vəziyyətlə bağlı sənədin mətnindən Bakının təkidi ilə əvvəlcə "Dağlıq Qarabağ" ifadəsi götürüldü.

Daha sonra sənədə əlavə olundu ki, "humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sayğı əsasında göstərilə bilər".

Sonda da "Azərbaycanın ərazi bütövlüyünə dəstək" ifadəsi sənədə əlavə edildi.

Beləliklə, 7-ci redaktədən sonra sənədin məzmunu faktiki olaraq tam dəyişdi və Fransa sənədin yeni redaksiyasından İMTİNA ETDİ!

Rəsmi Parislə ermənilər indi isterikadadırlar: Azərbaycan diplomatları BMT TŞ-də müstəsna peşəkarlıq göstərərək sənədin ilkin, aşkar ermənipərəst məzmununun tam dəyişdirilməsinə nail oldular.

Bu isə BMT-də Bakının Paris üzərində qələbəsi sayıla bilər, sayılmalıdır da.

Beləliklə, 2022-ci ilin sonu Fransa diplomatiyası üçün BMT-də Azərbaycana tam diplomatik məğlubiyyətlə nəticələndi.

Mübarizədə ölkəmizi Birləşmiş Ərəb Əmirlikləri, Britaniya, Rusiya və Albaniya dəstəklədilər.

Onlara minnətdarıq.

Əslində, sənədin ilkin redaksiyası qəbul edilsə belə, rəsmi Bakının siyasətinə, ölkəmizin diplomatiyasına ZƏRRƏ QƏDƏR təsir etməyəcəkdi.

Buna rəğmən, Parisi diplomatik müstəvidə məğlub etmək bizim üçün prinsip məsələsi idi.

Orxan Hun Son.az

Ukrayna 10 ayda tərəfdaşlarından 31 milyard aldı like
  • 30 Dek 23:48  
Dünya Ukrayna 10 ayda tərəfdaşlarından 31 milyard aldı

2022-ci ilin 10 ayı ərzində Ukrayna Qərb tərəfdaşlarından 31 milyard dol

arrow Ətraflı
“Rusiya çıxılmaza düşüb”  Zelenski like
  • 30 Dek 23:41  
Dünya “Rusiya çıxılmaza düşüb” Zelenski

"Hər raket hücumu ilə Rusiya özünü dərin çıxılmaza salır".

arrow Ətraflı
Avropada isti hava fonunda qazın qiyməti düşməyə davam edir like
  • 30 Dek 23:34  
Dünya Avropada isti hava fonunda qazın qiyməti düşməyə davam edir

Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1

arrow Ətraflı
Naxçıvanda bir şəhid ailəsi və beş qazi mənzillə təmin olunub  FOTO like
  • 30 Dek 23:21  
Digərləri Naxçıvanda bir şəhid ailəsi və beş qazi mənzillə təmin olunub FOTO

Dekabrın 30-da, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il

arrow Ətraflı
Əgər Rusiya BMTdən çıxarılarsa...  Polyanski like
  • 30 Dek 23:14  
Dünya Əgər Rusiya BMTdən çıxarılarsa... Polyanski

Rusiyanı BMT-dən çıxarmağın heç bir qanuni yolu yoxdur - bu, hansısa ş�

arrow Ətraflı
İsraildən Azərbaycana misilsiz dəstək like
  • 30 Dek 23:13  
Siyasət İsraildən Azərbaycana misilsiz dəstək

"Bu gün təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəf

arrow Ətraflı
Düşmən gözü ilə baxan qüvvələr var  Prezidentin nümayəndəsi like
  • 30 Dek 23:00  
Digərləri Düşmən gözü ilə baxan qüvvələr var Prezidentin nümayəndəsi

"Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarş�

arrow Ətraflı
Xankəndi yolunda hazırki vəziyyət like
  • 30 Dek 22:53  
Digərləri Xankəndi yolunda hazırki vəziyyət

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismar�

arrow Ətraflı
Qadın dəm qazından zəhərləndi like
  • 30 Dek 22:47  
Digərləri Qadın dəm qazından zəhərləndi

Naftalan şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
TürkiyəSuriya yaxınlaşması: Əsəd Ərdoğanla görüşdən imtina edib? like
  • 30 Dek 22:33  
Dünya TürkiyəSuriya yaxınlaşması: Əsəd Ərdoğanla görüşdən imtina edib?

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd

arrow Ətraflı
Putin Yeni ilə görə onları təbrik etməyəcək like
  • 30 Dek 22:26  
Dünya Putin Yeni ilə görə onları təbrik etməyəcək

Rusiya Prezidenti Vladimir Putin hazırkı Avropa liderlərindən yalnız Serbiy

arrow Ətraflı
Moskvada 50yə yaxın aviareys like
  • 30 Dek 21:59  
Dünya Moskvada 50yə yaxın aviareys

Rusiyanın paytaxtı Moskvadakı üç hava limanında - Vnukovo, Domodedovo və

arrow Ətraflı
Aygün Faiqin 50 yaşını BELƏ TƏBRİK ETDİ  VİDEO like
  • 30 Dek 21:52  
Şou-biznes Aygün Faiqin 50 yaşını BELƏ TƏBRİK ETDİ VİDEO

Xalq artisti Aygün Kazımova həmkarı və yaxın dostu Xalq artisti Faiq Ağay

arrow Ətraflı