"Bu barədə iddialar tamamilə əsassızdır"
Siyasət 30 Dek 2022 16:22:00 367 0
30 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Estoniya Respublikasının xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın Ermənistanla münasibətlərin bərpa olunması, sülh sazişi təklifləri və bir sıra təşəbbüslər irəli sürməsinə baxmayaraq, prosesə Ermənistan tərəfindən maneçilik törədildiyini diqqətə çatdırıb. Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulması, bu xüsusda erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycan ərazilərinə qeyri-qanuni daxil olması, Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minalar daşınmaqla mina təhdidlərini davam etdirməsi misal çəkilib.
Bununla yanaşı, 30 ilə yaxın işğal dövründə davam etmiş və son illərdə daha da intensivləşmiş Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və buna qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyası barədə məlumat verilib. Təbii sərvətlərin qeyri-qanuni istismarının və bununla əlaqədar yaranmış ekoloji fəsadların qarşısının alınması istiqamətində Azərbaycan tərəfindən danışıq aparılması niyyətinə baxmayaraq, proses əleyhinə təxribatlar törədilməklə maneələr yaradılmasının qəbuledilməz olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin "blokada"ya alınması, bölgədə "humanitar fəlakət" yaratması barədə iddialarının tamamilə əsassız olduğu, nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib. Erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətləri barədə aktivistlərin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə maneçilik törətməsi faktları vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat və təc
Bu ilin 11 ayı ərzində "Piyadaların iştirakı ilə baş verən yol-nə
Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
Xalq artisti tarzən Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib.
Türkiyə Respublikasının 159 illik tarixə malik "Ziraat Maliyyə Qrupu&
Yaponiyada ayıların yaşayış mühitini dəyişməsi, onların əhalisi azala
Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub.
Müğənnilər Sevil və Sevinc Səfərovalar müzakirə yaradacaq açıqlama ve
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasib�
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşay
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiya
Dövlət bağçalarına müəllim və tərbiyəçilər imtahanlar qəbul olunsal
Azərbaycana qarşı qərəzli bəyanat verən Nikolay Platoşkin Moskva Humanit
Prezident İlham Əliyev İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi
"Ermənistan-Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh m�