Paşinyan buna görə sülhə razı deyil:


Siyasət 27 Dek 2022 22:02:00 588 0

Paşinyan buna görə sülhə razı deyil:

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Ermənistan tərəfinin Qarabağın hüquqi mənsubluğuna dair məsələyə razılaşmadan boyun qaçırması hansı amillərlə bağlıdır?

- Ermənistanın Baş naziri Nikol Paşinyan məqsədi hakimiyyətini qoruyub saxlamaqdır. Bunun üçün Paşinyana lazım olan əsas prinsip Ermənistanın Qarabağ müharibəsində məğlub olmasının hansısa bir hüquqi sənədləşməsinin ortaya qoyulmamasıdır. Əgər bu ortaya qoyulsa, bütün ümidlərinin puça çıxdığını anlayan erməni xalqı Paşinyanın devrilməsinə müsbət yanaşa bilər. Ona görə də, Nikol məhz bu məsələdən mümkün qədər yayınmağa çalışır.

- Bu sənəd ortaya nə zaman qoyula bilər?

- Azərbaycanla Rusiya ümumi təşəbbüslərini birləşdirərək, mövqelərini yaxınlaşdırıraq Ermənistanı məhz belə bir sənədi imzalamağa məcbur edə bilərlər. Rusiyanın məqsədi isə burada Qarabağ məsələsini nəzarətdə saxlamaqdır. Eyni zamanda Zəngəzur dəhlizini nəzarətə götürmək kimi bir niyyət də var.

- Ermənistanın sona kimi israr etdiyi məsələ nədən ibarətdir?

- Ermənistan Zəngəzur dəhlizini Rusiyanın nəzarətinə vermək istəmir. Çünki Ermənistanın iqtisadiyyatı, sərhəd toxunulmazlığı Rusiyanın nəzarətindədir. Ölkəsində rus hərbi bazası var. Ona görə də Ermənistan maksimum dərəcədə çalışır ki, heç olmasa Zəngəzur dəhlizi məsələsində suverenliyini qoruyub saxlasın. Amma Rusiya Ermənistandan bu məsələdə güzəştə getməyi tələb edir.

- Azərbaycanın bu prosesdə mövqeyi necədir?

- Azərbaycan əslində bu məsələdə Rusiyaya kömək edir. Çünki vaxtilə Ermənistan Rusiya ilə müttəfiq olub Azərbaycan ərazilərini işğal etmişdi. Erməni tərəfi düşünürdü ki, Rusiya ilə müttəfiqlikdən fayda götürüb. Əslində bu onların ziyanına olan bir məsələ idi. Azərbaycan bu baxımdan öz maraqlarını reallaşdırır. Qarabağ və digər məsələləri də Azərbaycan öz istədiyi kimi həll edə biləcək.

- Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına qarşı Xankəndidə olan separatçıların təşkilatçılığı ilə aksiya keçirilib. Belə olan halda iki qrup arasında mümkün qarşıdurma ehtimalını necə dəyərləndirmək olar?

- Görünən odur ki, indiki halda onlar öz oyunlarını oynayırlar. Bu mənasız, səmərəsiz bir oyundur. Sadəcə olaraq mövqe nümayiş etdirirlər. Real iş görməyə isə imkanları yoxdur. Rus sülhməramlılar da onlara icazə veməyəcək ki, gəlib azərbaycanlılarla təmasa girsinlər. Bu ancaq sivil danışıqlar, mövqelərin aydınlaşması, uzlaşması, ortaq mövqeyin tapılması ilə mümkündür. Sözsüz ki, rus sülhməramlılarına ümumilikdə Rusiyaya bu hal sərf etmir. Çünki onlar istəmirlər ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında hansısa bir bağlantı olsun. Məqsədləri mümkün qədər ayrılıq salmaq, nifrət və qəzəb yaratmaqdan ibarətdir. Bu onların mövqeyidir. Digər bir məsələ erməni toplumun azərbaycanlı fəallar arasında olan insidentlə bağlıdır. Belə olan halda sülhməramlıların mövcudluğu ilə bağlı ortaya suallar çıxa bilər. Əgər təhlükəsizliyi təmin edə bilmirlərsə, rus sülhməramlıları nəyə lazımdır? Ona görə də bu hal ruslara sərf etmir. Hər iki ehtimal onlara sərf etmədiyinə görə, onlar maksimum dərəcədə çalışırlar ki, Azərbaycan Qarabağ erməniləri ilə görüşməsin, danışmasın.

- Beynəlxalq təşkilatların Şuşa-Xankəndi yolundakı aksiyaya birmənalı baxışı nədən qaynaqlanır?

- 80-ci illərin sonunda Qarabağda münaqişə başlayanda Moskvada özlərini demokrat adlandıranlardan soruşurduq ki, bu münaqişə başlayıb. Amma hüquqi cəhətdən, qanuni baxımdan Azərbaycan haqlıdır. Sual verirdik ki, nə üçün erməniləri müdafiə edirsiniz? Onlar gülüb deyirdilər ki, ermənilərin dostu olmaq xeyirli peşədir. İndiki şəraitdə Qərb dünyası üçün bu keçərli bir məsələdir. Görünən odur ki, indi onlar haqq ədalətə baxmırlar.

Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən like
  • 27 Dek 22:01  
Digərləri Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən

"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox t

arrow Ətraflı
Nəsuh tövbə nədir? like
  • 27 Dek 21:55  
Digərləri Nəsuh tövbə nədir?

Ən səmimi, ən xalis tövbəyə "nəsuh tövbə" deyirlər. Qurani-k

arrow Ətraflı
Allahın istiğfar ilə də belə, bağışlamadığı günah like
  • 27 Dek 21:50  
Digərləri Allahın istiğfar ilə də belə, bağışlamadığı günah

İnsan elədiyi hər bir günaha görə tövbə və istiğfar edərsə, Allah ba

arrow Ətraflı
Soyuq havada çox isti geyinmək like
  • 27 Dek 21:45  
Digərləri Soyuq havada çox isti geyinmək

Soyuq havada həddindən artıq isti geyim tromboz yaradır.

arrow Ətraflı
Peyğəmbəmbərlərin bəşəriyyət üçün faydaları və vədləri like
  • 27 Dek 21:40  
Digərləri Peyğəmbəmbərlərin bəşəriyyət üçün faydaları və vədləri

Peyğəmbərlər(ə) bəşərə müjdə verən və onları ilahi əzabdan qorxud

arrow Ətraflı
İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də like
  • 27 Dek 21:39  
Digərləri İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə biri də əlavə olunu

arrow Ətraflı
Putindən fərman: Bu ölkələrə neft satışı like
  • 27 Dek 21:36  
Dünya Putindən fərman: Bu ölkələrə neft satışı

Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən ed�

arrow Ətraflı
Metaztazların qarşısını alan acı bibər like
  • 27 Dek 21:35  
Digərləri Metaztazların qarşısını alan acı bibər

Qırmızı aci bibərdə olan kapsiasin maddəsi metastazların yaranmasının q

arrow Ətraflı
Qripə yoluxma riskini 100 dəfə aşağı salan like
  • 27 Dek 21:30  
Digərləri Qripə yoluxma riskini 100 dəfə aşağı salan

Həkim allerqoloq qripə yoluxmamağın sirrini açıqlayıb.

arrow Ətraflı
Alsheymer xəstəliyinin qan analizi kəşf olundu like
  • 27 Dek 21:25  
Digərləri Alsheymer xəstəliyinin qan analizi kəşf olundu

Yaponiyada Alzheimer xəstəliyinin əlamətlərini aşkar edə bilən qan testi

arrow Ətraflı
Vasif Məhərrəmlinin bacısından müğənni haqda şok açıqlama: like
  • 27 Dek 21:24  
Şou-biznes Vasif Məhərrəmlinin bacısından müğənni haqda şok açıqlama:

Müğənni Vasif  Məhərrəmlinin bacısının evdə qovulması xəbəri  gü

arrow Ətraflı
Türkiyədə dördgünlük iş həftəsi sınaqdan like
  • 27 Dek 21:23  
Digərləri Türkiyədə dördgünlük iş həftəsi sınaqdan

Türkiyədə ilk dəfə korparativ şirkət daxilində həftədə 4 günlük iş

arrow Ətraflı
"Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm” like
  • 27 Dek 21:22  
Digərləri "Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm”

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfər�

arrow Ətraflı
Üstünə buz parçası düşən uşağın like
  • 27 Dek 21:21  
Dünya Üstünə buz parçası düşən uşağın

Rusiyada iki yaşlı uşağın damdan üzərinə buz parçası düşməsi nətic

arrow Ətraflı