Hindistanın Cimisi varsa, Azərbaycanın da Çinası var...


Şou-biznes 27 Dek 2022 18:44:00 321 0

Hindistanın Cimisi varsa, Azərbaycanın da Çinası var...

Bu gün onun yubileyidir...

Son.az moderator.az-a istinadən xəbər verir ki, dekabrın 27-sində budəfəki söhbətimin qəhrəmanının 60 yaşı tamam olur. Elə bu münasibətlə də onun ömür yoluna işıq tutmaq, haqqında bildiklərimi sizinlə bölüşmək istəyirəm...

On yaşından televiziyanın uşaq verilişlərində iştirak edib. Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Əliağa Ağayev kimi sənətkarlarla ünsiyyətdə olub. Sonradan istedadlı olduğunu görən əməkdar artist Ofelya Məmmədzadə onu musiqili komediya teatrının direktoru Balağa Qasımovun yanına aparıb. Teatrda boş ştat olmadığı üçün, direktor onu xora işə götürüb. Beləcə, dörd il xorda çalışa-çalışa tamaşalarda da müxtəlif rollar alıb. 1989-cu ildə Cahangir Novruzov teatra baş rejissor gələndə onu aktyor truppasına keçirərək, əsas rolları verməyə başlayıb...

Deyir ki,- "1990-cı ildə teatrımız durğunluq dövrünü yaşayırdı. Hamımız teatrdan getmək istəyirdik. 1991-ci ildə bizə Qəzənfər Topçiyev adlı bir müdir qoydular. Onun teatra gəlməsi ilə Ofelya Aslan, Ofelya Məmmədzadə, Nəsibə Zeynalova, Məsumə Rzayeva, mən və bir neçə aktyor teatrdan uzaqlaşdıq. Elə bil ki, aktyorları incitməyə, küsdürməyə gəlmişdi. Mən Dövlət Gənclər Teatrına- Hüseynağa Atakişiyevin yanına üz tutdum. Onunla uzun müddət işlədim. 2001-ci ildə ANS telekanalına "Yeriniz məlum"u aparmağa dəvət etdilər. Ora böyük korifeyləri çağırırdım. Maraqlı əhvalatlar, söhbətlər edirdik. Bir gün mənə dedilər ki, Hacıbaba Bağırov gəlmir verilişə. Dedim ki, bu saat zəng edərəm, gələr. Onu yığdım, dedim ki, "Hacıbaba müəllim, necəsiniz, nə var-nə yox? Verilişə baxırsan?". Dedi ki, bəli, baxıram. Dedim, səni verilişə dəvət edirəm, dedi ki, bir şərtlə sənin verilişinə gəlirəm ki, sən teatra qayıdasan. Dedim, mənim vaxtım yoxdu, çəkilişdəyəm. Dedi, aktyora teatr lazımdı. Dedim ki, teatrda işləyirəm də. Dedi, "səni o teatrda görmürəm. Sən burda uzun müddət işləmisən, sonra buranı tərk eləmisən". Dedim ki, "sizə qədər Səyavuş Aslan deyirdi ki, qayıt ata ocağına, mən də ona dedim ki, gəlmirəm". Amma komandanın yanında biabr olmamaq üçün Hacıbaba müəllimə "yaxşı" dedim. Nə isə, getdim. Qapıdan içəri girəndə masanın üstündən bıçağı götürüb atdı ayağımın altına. Dedi ki, sən də bura gələrsənmiş... 

Gördüm, ərizəm artıq hazırdır. Dedi ki, bir dənə bura qol çək, mən də çəkdim. Qaytdı ki, sevinirəm, sən ata ocağına qayıtdın, sən teatra lazımsan. Özünün oynadığı iki rolu verdi mənə. Yusif Əkbərovun rejissoru olduğu "Bir günlük siğə", bir də Anarın "Aldın payını, çağır dayını" əsəri əsasında hazırlanmış eyniadlı tamaşalardakı rollarını. İki il onunla işlədim. 2006-cı ildə rəhmətə getdi..."

Yəqin ki, bugünkü qəhrəmanımı tanıdınız. Bəli, yaratdığı obrazları, duzlu-məzəli söhbətləri ilə geniş auditoriya qazanmış aktiyor, əməkdar artist Çingiz Əhmədov haqqında danışıram. Çingiz Əli-Əşrəf oğlu 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1983-1991-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1991-2003-cü illərdə Dövlət Gənclər Teatrında işləyib. 2003-cü ildə yenidən Musiqili Komediya Teatrına qayıdıb. Bununla yanaşı bir sıra televiziya verilişlərinin aparıcısı kimi tanınıb. Hal-hazırda Spece Tv-də çalışır. 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Bir neçə ildir ki, Prezident mükafatı alır...

Ceyhun Bayramov mətbuat konfransı keçirdi  VİDEO  FOTO like
  • 27 Dek 18:40  
Siyasət Ceyhun Bayramov mətbuat konfransı keçirdi VİDEO FOTO

27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Na

arrow Ətraflı
Meyxanaçı Samirə ərə gedir  VİDEO like
  • 27 Dek 18:28  
Şou-biznes Meyxanaçı Samirə ərə gedir VİDEO

Tanınmış meyxana ifaçısı Samirə Yusifqızı ailə qurmağa hazırlaşır.

arrow Ətraflı
Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm”  VİDEO like
  • 27 Dek 18:12  
Şou-biznes Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm” VİDEO

"Əvvəllər xanımlar bu qədər qısqanc deyildilər. Demək olar ki, qı

arrow Ətraflı
İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb  VİDEO like
  • 27 Dek 18:04  
Digərləri İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb VİDEO

İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb.

arrow Ətraflı
Canlı yayımda gərgin anlar  VİDEO like
  • 27 Dek 17:54  
Digərləri Canlı yayımda gərgin anlar VİDEO

Türkiyədə tanınmış aparıcı Esra Erol proqramında gərgin anlar yaşanı

arrow Ətraflı
"8 kənd Azərbaycana qaytarılmalıdır" like
  • 27 Dek 17:52  
Siyasət "8 kənd Azərbaycana qaytarılmalıdır"

Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır.

arrow Ətraflı
Tbilisidə Qarabağla bağlı aksiya keçirildi  FOTO like
  • 27 Dek 17:50  
Digərləri Tbilisidə Qarabağla bağlı aksiya keçirildi FOTO

Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü v

arrow Ətraflı
Sinan Akçıl və Defne Samyeli sevgili olublar like
  • 27 Dek 17:48  
Şou-biznes Sinan Akçıl və Defne Samyeli sevgili olublar

Türkiyənin məşhur sənətçiləri - aparıcı, aktrisa Defne Samyeli və bə

arrow Ətraflı
Cadenza dəvət edir! like
  • 27 Dek 17:46  
Kriminal Cadenza dəvət edir!

Cadenza Contemporary Orchestra 28 dekabr saat 19:00-da Muzey Mərkəzində "

arrow Ətraflı
Qatil “Netflix” və BBCni məhkəməyə verəcək like
  • 27 Dek 17:40  
Dünya Qatil “Netflix” və BBCni məhkəməyə verəcək

Silsilə qətllərə görə Nepal həbsxanasında 19 il yatdıqdan sonra dekabr�

arrow Ətraflı
Mobil telefonun kilidini sındırmaq asanlaşdı  FOTO like
  • 27 Dek 17:32  
Dünya Mobil telefonun kilidini sındırmaq asanlaşdı FOTO

Hakerlər evdəki rəqəmsal məişət cihazlarını sındıra və şəxsi məlu

arrow Ətraflı
Saatlıda vəzifəli şəxsin dələduzluğu barədə cinayət işi açıldı like
  • 27 Dek 17:26  
Digərləri Saatlıda vəzifəli şəxsin dələduzluğu barədə cinayət işi açıldı

Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq dire

arrow Ətraflı
Tuncay Bərdəli özünə yenidən "toy etdi"  VİDEO like
  • 27 Dek 17:24  
Şou-biznes Tuncay Bərdəli özünə yenidən "toy etdi" VİDEO

Müğənni Tuncay Bərdəli özünə yenidən toy edib.

arrow Ətraflı
Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlandı like
  • 27 Dek 17:16  
Digərləri Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlandı

Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

arrow Ətraflı