Ceyhun Bayramov mətbuat konfransı keçirdi VİDEO FOTO


Siyasət 27 Dek 2022 18:40:00 299 0

Ceyhun Bayramov mətbuat konfransı keçirdi  VİDEO  FOTO

27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2022-ci il üzrə xarici siyasətimizin əsas istiqamətləri və əldə olunmuş nəticələr ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci il ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlər ilə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafının diqqət mərkəzində saxlanıldığı qeyd olunub.

Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov, beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində səylərə verilən töhfələrdən bəhs edib.

Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolunun artdığını bildirən nazir Ceyhun Bayramov, qlobal enerji təhlükəsizliyinin təmini, regional nəqliyyat və kommunikasiyalar sahəsində fəaliyyətin inkişafı istiqamətində görülən işlər, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyəti barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.

Post-münaqişə dövründə diplomatik fəaliyyət, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin təşviqi istiqamətində görülən işlərdən geniş bəhs edən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, münaqişədən sonra regionda yaranmış vəziyyət haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işlərinin davam etdirildiyini bildirib.

Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyasının, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.

İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən "Şuşa İli" çərçivəsində tədbirlərin keçirildiyi, xarici siyasətin informasiya təminatı ilə əlaqədar "Diplomatiya Aləmi" jurnalının "Şuşa İli"nə həsr olunmuş xüsusi buraxılışının nəşr edilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin mətbuat turlarının təşkil edildiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesinin təşkil edildiyini, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfərin işə qəbul olunduğunu, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbulunun nəzərdə tutulduğunu bildirib.

Daha sonra, nazir Ceyhun Bayramov, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.


Xəbərə aid video

Meyxanaçı Samirə ərə gedir  VİDEO like
  • 27 Dek 18:28  
Şou-biznes Meyxanaçı Samirə ərə gedir VİDEO

Tanınmış meyxana ifaçısı Samirə Yusifqızı ailə qurmağa hazırlaşır.

arrow Ətraflı
Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm”  VİDEO like
  • 27 Dek 18:12  
Şou-biznes Zeynəb: “Ərim sosial şəbəkədən istifadə etsə, özümü öldürərəm” VİDEO

"Əvvəllər xanımlar bu qədər qısqanc deyildilər. Demək olar ki, qı

arrow Ətraflı
İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb  VİDEO like
  • 27 Dek 18:04  
Digərləri İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb VİDEO

İranın molla rejimi xalqın pulunu xaricə daşıyıb.

arrow Ətraflı
Canlı yayımda gərgin anlar  VİDEO like
  • 27 Dek 17:54  
Digərləri Canlı yayımda gərgin anlar VİDEO

Türkiyədə tanınmış aparıcı Esra Erol proqramında gərgin anlar yaşanı

arrow Ətraflı
"8 kənd Azərbaycana qaytarılmalıdır" like
  • 27 Dek 17:52  
Siyasət "8 kənd Azərbaycana qaytarılmalıdır"

Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır.

arrow Ətraflı
Tbilisidə Qarabağla bağlı aksiya keçirildi  FOTO like
  • 27 Dek 17:50  
Digərləri Tbilisidə Qarabağla bağlı aksiya keçirildi FOTO

Gürcüstanda fəaliyyət göstərən bir qrup ictimai fəalın təşəbbüsü v

arrow Ətraflı
Sinan Akçıl və Defne Samyeli sevgili olublar like
  • 27 Dek 17:48  
Şou-biznes Sinan Akçıl və Defne Samyeli sevgili olublar

Türkiyənin məşhur sənətçiləri - aparıcı, aktrisa Defne Samyeli və bə

arrow Ətraflı
Cadenza dəvət edir! like
  • 27 Dek 17:46  
Kriminal Cadenza dəvət edir!

Cadenza Contemporary Orchestra 28 dekabr saat 19:00-da Muzey Mərkəzində "

arrow Ətraflı
Qatil “Netflix” və BBCni məhkəməyə verəcək like
  • 27 Dek 17:40  
Dünya Qatil “Netflix” və BBCni məhkəməyə verəcək

Silsilə qətllərə görə Nepal həbsxanasında 19 il yatdıqdan sonra dekabr�

arrow Ətraflı
Mobil telefonun kilidini sındırmaq asanlaşdı  FOTO like
  • 27 Dek 17:32  
Dünya Mobil telefonun kilidini sındırmaq asanlaşdı FOTO

Hakerlər evdəki rəqəmsal məişət cihazlarını sındıra və şəxsi məlu

arrow Ətraflı
Saatlıda vəzifəli şəxsin dələduzluğu barədə cinayət işi açıldı like
  • 27 Dek 17:26  
Digərləri Saatlıda vəzifəli şəxsin dələduzluğu barədə cinayət işi açıldı

Saatlı Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sabiq dire

arrow Ətraflı
Tuncay Bərdəli özünə yenidən "toy etdi"  VİDEO like
  • 27 Dek 17:24  
Şou-biznes Tuncay Bərdəli özünə yenidən "toy etdi" VİDEO

Müğənni Tuncay Bərdəli özünə yenidən toy edib.

arrow Ətraflı
Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlandı like
  • 27 Dek 17:16  
Digərləri Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlandı

Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər açıqlanıb.

arrow Ətraflı
Murad Dadaşovun bu rəqsi gündəm oldu  VİDEO like
  • 27 Dek 17:10  
Digərləri Murad Dadaşovun bu rəqsi gündəm oldu VİDEO

Dünən "Xəzər Media Mərkəzi" kollektivi Yeni il şənliyi keçiri

arrow Ətraflı