İlin ən yaxşılarına namizədlər açıqlandı


İdman 30 Okt 2019 17:51:00 1350 0

İlin ən yaxşılarına namizədlər açıqlandı

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2019-cu ilin ən yaxşılarına namizədləri müəyyənləşdirib. 

Goal.az xəbər verir ki, namizədlər 7 nominasiya üzrə açıqlanıb.

İlin klubu adına Liverpool, Ajax və Lyon namizəd olub.

İlin məşqçisi adı uğrunda Camal Belmadi (Əlcəzair yığması), Yurgen Klopp (Liverpool), Massimiliano Alleqri (Juventus), Erik Ten Haq (Ajax) və Fernando Santos (Portuqaliya yığması) mübarizə aparacaq.

Mino Rayola, Xorxe Mendes və Federiko Pastorello ən yaxşı menecer, Andrea Berta (Atletico), Maykl Eduards (Liverpool), Erik Abidal (Barcelona), İqli Tare (Lazio) və Mark Overmars (Ajax) isə ən yaxşı idman direktoru adına iddia edirlər.

2019-cu ilin ən uğurlu kəşfi olmağa 5 futbolçu namizəddi. Bunlar Ceydon Sanço (Borussia Dortmund), Erlinq Haland (Salzburg), Ansu Fati (Barcelona), Kay Haverts (Bayer) və Joao Feliksdi (Atletico).

Marta, Aleks Morqan (hər ikisi Orlando Pride), Ada Heqerbert, Lüsi Bronz, Amandine Henri (hamısı Lyon), Sari van Venendal (Atletico) və Meqan Rapinoe (Reygn) ilin qadın futbolçusu olmaq iddiasındadı.

Nəhayət, 2019-cu ilin ən yaxşı kişi futbolçusu 7 nəfərdən biri seçiləcək. Maraqlıdı ki, bunlardan 4-ü Liverpool-un formasını geyinir. Sadio Mane, Alisson Beker, Vircil van Deyk, Məhəmməd Salah (hamısı Liverpool), eləcə də Kriştiano Ronaldo (Juventus), Bernardo Silva (Manchester City) və Lionel Messi (Barcelona) arasında seçim aparılacaq.

Qeyd edək ki, qaliblər dekabrın 29-da müəyyənləşəcək.