Böyükhesablı məğlubiyyətə görə maaşdan imtina etdilər


İdman 28 Okt 2019 12:50:00 419 0

Böyükhesablı məğlubiyyətə görə maaşdan imtina etdilər

İngiltərə Premyer Liqasında doğma meydanda Leicester-ə 0:9 hesabı ilə məğlub olan Southampton nümunəvi addımla diqqət çəkib. 

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın məşqçilər korpusu və futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər.

Onlar əməkhaqqılarının müəyyən hissəsini xeyriyyə fonduna bağışlamaq qərarına gəliblər. Klub həmin məbləği yoxsullara kömək edən fonda köçürəcək.

Xatırladaq ki, Southampton öz meydanında 9 cavabsız top buraxaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Leicester isə səfərdə 9 qol vuran ilk klub kimi İngiltərə Premyer Liqasının tarixinə düşüb.