Avropa Liqası: Qarabağ APOEL-i qəbul edir


İdman 24 Okt 2019 09:45:00 316 0

Avropa Liqası: Qarabağ APOEL-i qəbul edir

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu Qarabağ doğma meydanda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

Azərbaycan çempionu bu oyunda ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, Kipr təmsilçisi ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki APOEL ilk turda Lüksemburq Düdelange-ına 3:4, daha sonra İspaniya nəhəngi Sevilla-ya 0:1 hesabıyla uduzub. Ağdam klubu isə doğma meydanda Sevilla-ya uduzubsa (0:3), Düdelange səfərində qalib gəlib – 4:1.

Bu oyun Qarabağ üçün təkcə qrupdan çıxmaq yox, həm də bu mövsüm APOEL-dən aldığı ağır məğlubiyyətin əvəzini çıxmaq baxımından vacib əhəmiyyət daşıyır.  UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ağdam klubu məhz bu komanda ilə qarşılaşmışdı. Amma səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı.

Bu gün qrupun digər oyununda Sevilla doğma meydanda Dudelange ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası

A qrupu

20:55. Qarabağ - APOEL

Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.