"32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı” - Neftçi-dən ayrılan futbolçu


İdman 18 Okt 2019 21:28:00 414 0

"32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı” - Neftçi-dən ayrılan futbolçu

“Azərbaycanda üç ay yarım keçirdim. Karyeramda dəyişikliklər etmək istəyirdim".

Goal.az xəbər verir ki, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Canluka Sansone deyib.

İtaliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında "ağ-qaralar"dan tez ayrılmasının səbəbini açıqlayıb: “Neftçi-də çalışan italiyalı baş məşqçi Roberto Bordin mənə zəng vurub, kömək göstərməyimi xahiş etdi. Mən də razılaşdım. Amma geri tez qayıtdım. Çünki orada asan deyildi. Fərqli mədəniyyəti hiss edirdim. Həm də 32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı”.

Qeyd edək ki, hazırda D seriyası təmsilçisi Audase-da çıxış edən Sansone 2019-cu ilin fevralından mayına qədər Neftçi-də oynayıb və 11 matçda 2 qol vurub.