Pike və Dembele Kataloniyadakı tətilə qoşulacaq


İdman 18 Okt 2019 14:09:00 355 0

Pike və Dembele Kataloniyadakı tətilə qoşulacaq

Barcelona futbol komandasının müdafiəçisi Jerar Pike və hücumçu Usman Dembele Kataloniyada etiraz edənlərə həmrəylik əlaməti olaraq bugünkü məşqi şənbə gününə təxirə salıblar.

Goal.az AS nəşrinə istinadən xəbər verir ki, Pike və Dembele diskvalifikasiyaya görə İspaniya Premyer Liqasının 9-cu turunun səfər matçında Eibar komandası ilə sabah keçiriləcək oyunu buraxmalı olacaqlar. Usman Dembele əvvəlki oyunda qırmızı kart alaraq meydandan qovulub.

İspaniya La Liqasında X turun Barcelona - Real Madrid matçı dekabrın 18-nə təxirə salınıb. Buna səbəb Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalardır.

Xatırladaq ki, bu gün Kataloniya muxtar vilayətində ümumxalq tətili keçiriləcək. Küçələrə yüz minlərlə nümayişçinin çıxacağı gözlənilir.