Müller İngiltərə klubunu arzulayır


İdman 18 Okt 2019 11:31:00 343 0

Müller İngiltərə klubunu arzulayır

Bayern Munich futbolçusu Tomas Müller komadasını dəyişmək barədə düşünür.

Goal.az-ın məlumatına görə, almaniyalı yarımmüdafiəçinin yeni komandası da müəyyənləşib.

Ulduz futbolçu qış fasiləsində Manchester United-ə keçmək arzusundadır. 30 yaşlı oyunçu bununla bağlı "qırmızı şeytanlar"la təmasa keçib. Bayern Munich-də əsas heyətə düşməkdə çətinlik çəkən Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisi ilə danışıqları davam etdirir.

Onun Manchester United-in maraq dairəsində olması bu keçidin baş tutma ehtimalını artırır.