Qaydalarını pozan dövlət qulluqçuları


Siyasət 22 Fev 2016 20:52:38 516 1

Qaydalarını pozan dövlət qulluqçuları

Ötən il ərzində "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 404 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 321-i mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanl

Ölkə.Az-ın məlumatına görə, bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatında bildirilib.

Ümumilikdə hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 404 intizam tənbeh tədbirindən 357-i töhmət, 27-i vəzifə maaşının azadılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilən 321 intizam tənbeh tədbirindən 285-i - töhmət, 27-i – vəzifə maaşının azaldılması, 7-i həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 2-i – dövlət qulluğundan azad edilmə olub.