Tehranda küçələr də YANIR
Digərləri 08 Mar 2026 10:21:00 126 0
İranın paytaxtı Tehran şəhərində ABŞ-İsrail hücumları nəticəsində neft anbarlarında güclü partlayışlar baş verib. Hadisədən sonra anbarlardan yüksələn alovların şəhərin müxtəlif yerlərindən göründüyü bildirilib.
Bu xəbəri də oxu: Gəncədə ağır QƏZA: Xəsarət alanlar var
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı yayılan görüntülərdə yanan neft anbarlarından qalxan alovların geniş əraziyə yayıldığı müşahidə olunur.
Sosial mediada paylaşılan kadrlarda həmçinin Şəhran neft anbarı ərazisindən sızan və yol boyunca yanan yanacağın görüntüləri də yer alıb.
Məlumata görə, şəhərin şimal-qərbində yerləşən Cənnət Abad rayonunun Kulsar küçəsində alovların yüksəlməsi nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
"Fars" Xəbər Agentliyinə danışan İran Neft Nazirliyinin adının açıqlanmasını istəməyən rəsmisi hücumlarda Tehran və Kərəc şəhərlərində yerləşən üç neft anbarının hədəf alındığını təsdiqləyib.
İran Milli Neft Emalı və Paylama Şirkəti isə açıqlamasında bildirib ki, hücumdan əvvəl Tehran və Əlborz əyalətindəki anbarlardakı ehtiyatlar minimum səviyyəyə endirilib və yanacaq tədarükü digər mənbələr hesabına təmin olunur.
Əməkdar artist Xumar Qədimovanın arxiv görüntüləri gündəm olub.
Xalq artisti Röya Ayxanın illər öncəyə aid arxiv kadrları sosial şəbək
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda böyük marağa s
Sosial şəbəkələrdə yayılan bir nişan mərasimi görüntüsü qısa zaman
Son günlər sosial şəbəkələrdə maraqlı bir mövzu gündəmə gəlib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Səhər yeməyi gözəl bir günün açarı ola bilər. 42 ölkədən 155 mində
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən
Türkiyəli məşhur müğənni Hande Yener barədə cinayət işi açılıb.
Azərbaycan ilə Türkiyə arasında münasibətlər artıq uzun illərdir ki, m
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 8 Mart - Beynəl
ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Mux
