Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Digərləri 06 Mar 2026 12:43:00 226 0
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndərib
Son.az xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov Leyla Əliyevaya Mərkəz haqqında məlumat verib.
Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə yaradılan Mərkəz Azərbaycanın multikulturalizm modelinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə təbliği istiqamətində mühüm layihələr həyata keçirir, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Hər il beynəlxalq səviyyəli konfranslar, elmi seminarlar, dəyirmi masalar və forumlar təşkil olunur. Bu tədbirlərdə müxtəlif ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər və ictimai xadimlər iştirak edərək multikulturalizm, dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq mövzularını müzakirə edirlər.
Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünə əsasən Mərkəz "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində "Multikulturalizmə giriş" əsas fənn kimi tədris edilir.
Qeyd olunub ki, Mərkəz Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, monoqrafiyalar, elmi məqalələr və metodik vəsaitlərin, tarixi xəritələrin çap olunmasına, BBMM-in təşkilatçılığı ilə keçirilən yerli və beynəlxalq konfransların materiallarının nəşrinə, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırır. Bu nəşrlər həm ölkə daxilində, həm də beynəlxalq akademik mühitdə təqdim olunur.
Sonra Mərkəzin fəaliyyətinə dair film nümayiş etdirilib. Leyla Əliyeva Mərkəzin nəşrləri ilə tanış olub.
Leyla Əliyeva Azərbaycanın multikultural dəyərlərinin qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Xüsusilə islamofobiya, antisemitizm və ksenofobiyaya həsr olunan konfransların keçirilməsini, Azərbaycanın xristianlıq irsinin dünyada tanıdılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Mərkəzin fəaliyyətində gənclərlə işin təşkil olunmasına verilən önəmin Azərbaycan multikulturalizminin tanıdılması istiqamətində mühüm rol oynadığını bildirib. Eyni zamanda, BBMM-in müxtəlif xalqlar arasında anlaşmanın və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Leyla Əliyeva Mərkəzin kollektivi ilə həmsöhbət olub, onlarla şəkil çəkdirib.
Qeyd edək ki, Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür.
Macarıstan Respublikasının Azərbaycandakı səfirliyi İranın Naxçıvan Mu
Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri üç pilots
MMüğənni həbs həyatı ilə bağlı xatirələrindən danışarkən göz ya�
8 Mart - Beynəlxalq Qadınlar Günü və Əmək Məcəlləsinə əsasən 9 mart
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qana Respublikasının P
Bu gün səhər saatlarında Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazis
Güzəştli ipoteka kreditləri üzrə növbəti seçim mərhələsi keçirilib.
Türkiyəli məşhur müğənni Çelik Ramazan ayında etdiyi xeyriyyə aksiyas�
Promobot adlı süni intellekt şirkəti üzünün istifadə olunmasına icazə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Res
Ötən gün İran tərəfindən Naxçıvan istiqamətində atılan pilotsuz uçu
Türkiyənin tanınmış pop ifaçılarından biri olan Serdar Ortaç uzun illə
Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) n�
