Dron hücumunda yaralananların kimliyi AÇIQLANDI
Digərləri 05 Mar 2026 14:56:00 134 0
Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Bu xəbəri də oxu: Mərkəzi Bankın yeni qaydaları: Kredit kartı almaq çətinləşir
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Babək rayon Nəhrəm qəsəbə sakini 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını
Novruz bayramı təkcə ənənələrdən ibarət deyil, həm də biznes sahəsi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.
Xərçəngdən sağaldığını açıqlayan müğənni Cansever yenidən xəstə
“Məni təhqir edəni tapıb gətirdilər, 63 yaşı vardı"
Məlum olduğu kimi, bu gün günorta saatlarında Naxçıvana İran ərazisind�
Bu gün İran PUA-larının Naxçıvan Beynəlxalq Hava Limanına düşməsi bi
5 mart tarixində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor
Dövlət Vergi Xidmətinin (DVX) yeni yaradılan Data Analitika İdarəsinə rə
Xəbər verdiyimiz kimi, bu gün İran dronları Naxçıvan aeroportuna zərbəl
İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zo
Eldost Bayram uzun müddət sonra yenidən televiziya ekranlarında görünüb.
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfin
Son.az-ın əldə etdiyi məlumata görə, onlar Naxçıvan Muxtar Respublika X�
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ərazisindən Naxçıvan
