"Orada insanlar acından ölür, amma teatra gedir"
Şou-biznes 04 Mar 2026 18:48:00 170 0
"İnsanlar həyatda gözəl obraz oynayırlar. Heç aktyorlar səhnədə belə deyil. Bu, utanc hissinin itməsindən irəli gəlir. Bu da cəmiyyət üçün faciədir. Dünən eyib sayılan, bu gün deyil. Sosial şəbəkədə nələr görürük. Utanc hissi o qədər götürülüb ki, adi baxırsan".
Bu xəbəri də oxu: Xatirə efirdə dediyi söz anasının xoşuna gəlmədi
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahevrdiyeva "Künc-bucaq" yutub layihəsində danışıb. Aktrisa sosial şəbəkədəki açıq-saçıqlığı tənqid edib.
Aktrisa "Yarımştat" tamaşasında canlandırdığı "Tomka" obrazından söz açıb. O, bildirib ki, yaddaqalan obrazı onun yaradıcılığına zərbə vurub:
"Tomka maçı" ilə məni çox tanıdırlar. İndi də kimsə görəndə, deyir, "Tomka maçı". Amma sənətimə zərbə vurdu. Ondan sonra mənə bu tip rollar verdilər, komediya obrazına çağırdılar. Mən isə dramatik aktrisayam. Rejissorlar hazır materialla oynamağı xoşlayırlar. Rejissorun gücü dəyişdirmə bacarığının olmasıdır. Xaricdə aktyor üçün ssenari yazılır. Bizdə isə bu yoxdur. Bu da insanı ruhdan salır".
Teatrdan danışan N.Allahverdiyeva insanların marağının aşağı olmasından gileylənib:
"Bizdə teatra münasibət yoxdur. Gürcüstanda teatra bilet tapmaq mümkün deyil. Deyirlər ki, bir ay əvvəl satılır. Orada insanlar acından ölür, amma teatra gedir. Biz tamaşaçı gəlişindən ilham almalıyıq. Kameraya oynamaq asandır. Küçədən keçəni gətirib filmə çəkirlər, normal da alınır. Amma onu teatra gətirsən, oynaya bilməz".
Aktrisa seriallara çəkilməməsi haqda "Serallarımız heç cürə yüksələ bilmir. Tamaşaçıya mesajı ötürə bilmir. Ssenarilər zəifdir. Məişət dili işlənir. Dramatik hadisələri yüngülləşdirmək olmaz. Məişət dili komediya janrına aiddir" sözlərini əlavə edib. (axşam.az)
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv o
Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnərək qətlə yetirilib.
Efir qadağası tətbiq olunan sənət adamlarının siyahısına yeni adların
Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalm
Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Rus
Azərbaycan musiqi sənətində mühüm hadisə kimi dəyərləndirilən möhtə
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə İranın ali rəhbəri Əli Xa
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndiril
İran baş verən hadisələrə görə bir çox məhsuların ixracına qadağa q
Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 8 Mart - Beynəlxalq Qadınlar
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin
Xalq artisti Gülyanaq Məmmədova qatıldığı televiziya proqramında duyğus
