Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi SİYAHI
Digərləri 04 Mar 2026 16:45:00 140 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq.
Bu xəbəri də oxu: İtkin düşən kişi axtarılır
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq bəzi qida məhsullarının istifadəsinə məhdudiyyətlər müəyyən edilib. Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib. Qadağan olunan məhsullar sırasında termiki emaldan keçməmiş ət, quş əti və balıq məhsulları, sub məhsullar və onlardan hazırlanan qidalar, vəhşi heyvan və çöl quşlarının əti, qabığı çirkli və zədələnmiş yumurta, həmçinin ev şəraitində hazırlanmış qidalar yer alır. Bundan başqa, pasterizə olunmamış süd və süd məhsulları, palma, pambıq və raps yağları, hidrogenləşdirilmiş yağlar və marqarinlər (bəzi hallarda istisna olmaqla), fritür yağlarında qızardılmış qidalar, eləcə də sirkə, xardal, qıtıqotu, acı bibər və müxtəlif ədviyyələrin istifadəsi də qadağan olunub. Eyni zamanda, acı souslar, ketçup və mayonez, qazlı və enerji içkiləri, qəhvə, konsentrat və ekstraksiya edilmiş meyvə şirələri, kvas, çips və oxşar qəlyanaltılar, saqqız, karamel və kremli qənnadı məhsulları da təhsil müəssisələrində satıla bilməz. Siyahıya həmçinin göbələklər və onlardan hazırlanan məhsullar, ərik tumunun ləpəsi və araxis, quru qida konsentratlarından hazırlanmış yeməklər, tez hazırlanan qidalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylar da daxildir. Qeyd olunub ki, təhsil müəssisələrinin rəhbərləri və qida təchizatçıları müəyyən edilmiş normalara ciddi riayət etməlidirlər. Məktəblərdə qidalanmanın təşkili və məhsulların keyfiyyətinə nəzarət məqsədilə AQTA tərəfindən mütəmadi monitorinqlər keçiriləcək. Yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək. AQTA valideynlərə də müraciət edərək bildirir ki, təhsil müəssisələrinin bufetlərində qadağan olunmuş məhsullarla rastlaşdıqları halda Agentliyin "1003" Çağrı Mərkəzinə məlumat versinlər.
Xalq artisti Gülyanaq Məmmədova qatıldığı televiziya proqramında duyğus
Hatayda raket parçalarının düşdüyü hadisədən sonra Türkiyə xarici iş
Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartın
Sosial şəbəkələrdə Bakının mərkəzində - paytaxt sakinlərinin "T
Market arabaları azyaşlı uşaqlar üçün təhlükəlidir.
İrandan atılan ballistik raket Türkiyə hava məkanına doğru hərəkət ed�
Warner Bros.-un "Taxt Oyunları" dünyasında baş verən hadisələ
Görüntüsü göz oxşayır, dadı ləzzətlidir, lakin zərərləri də az dey
"Uşaq doludursa, deməli sağlamdır" fikri tibbi baxımdan həmişə
Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə gedənlər ü
Xəbər verdiyimiz kimi, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar R
"Uşaqlar üçün pəhriz cədvəli hazırlamaq bəzən valideyn üçün &q
Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və �
Aparıcı Lətafət Ələkbərova "Öz aramızda" verilişində şəxs
Aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayır
