Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək


Digərləri 03 Mar 2026 13:13:00 122 0

Tıxac probleminə SON: Bu ərazidə yeni yol və tunellər tikiləcək

Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layihələr həyata keçiriləcək "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın hədəflərindən olan infrastrukturun təkmilləşdirilməsi, alternativ nəqliyyat həllərinin təşviqi və ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün mühüm addımlar atılır.

Son.az xəbər verir ki, məlum olduğu kimi, Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da ağırlaşdırıb. Təkcə bu ərazidə 300 000-dən çox insan yaşayır.

Hazırda Xırdalan sakinlərinin M1- Bakı-Sumqayıt yoluna bir neçə giriş-çıxışı mövcud olsa da, bu, yaranmış böyük tələbatı qətiyyən ödəmir, eyni zamanda, M1 yolunu yükləyir. Ərazi ətrafından keçən dəmir yolu xətti və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni yolların salınmasına fiziki olaraq mane olur. Məhz bu məhdudiyyətlər səbəbindən sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və əlavə olaraq Xırdalan şəhəri daxilində də sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli olurlar.

Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4 - Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq.

Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.

Qeyd edilən irimiqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq. Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 - Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.

Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027-2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.

Aysel Son.az 

Qəbiristanlığa qızıl tabutda gətirildi like
  • 03 Mar 13:06  
Dünya Qəbiristanlığa qızıl tabutda gətirildi

Meksika narkotik kartelinin lideri "El Menço" ləqəbli Ruben Oseqer

arrow Ətraflı
"Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı" like
  • 03 Mar 12:50  
Dünya "Həmin sazişi ləğv etməsəydim, dünya tamam başqa cür olardı"

"Əgər mən Obamanın İranla bağladığı dəhşətli nüvə sazişini (

arrow Ətraflı
Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq  PROQNOZ like
  • 03 Mar 12:46  
Digərləri Soyuqlar bitmir, 10 dərəcə şaxta olacaq PROQNOZ

Martın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu

arrow Ətraflı
Paşinyan Akopyanla buna görə ayrılıb... like
  • 03 Mar 12:45  
Dünya Paşinyan Akopyanla buna görə ayrılıb...

Ermənistanın baş naziri Nikol Paşinyan və keçmiş həyat yoldaşı Anna Ak

arrow Ətraflı
Elektron siqaret çəkənlər cərimələnəcək  MƏBLƏĞ like
  • 03 Mar 12:37  
Digərləri Elektron siqaret çəkənlər cərimələnəcək MƏBLƏĞ

Elektron siqaretlərin istifadəsi məqsədilə saxlanılmasına görə cərimə

arrow Ətraflı
Ayın 1dən bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK like
  • 03 Mar 12:31  
Digərləri Ayın 1dən bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə sat

arrow Ətraflı
Uşaqlar reklamlarda yalnız bu halda istifadə oluna bilər like
  • 03 Mar 12:27  
Digərləri Uşaqlar reklamlarda yalnız bu halda istifadə oluna bilər

Reklamlarda uşaqların görüntüsü yalnız valideyn, yaxud onları əvəz ed�

arrow Ətraflı
Milli Məclis Ombudsman fəaliyyətini yekdilliklə təsdiqlədi like
  • 03 Mar 12:21  
Siyasət Milli Məclis Ombudsman fəaliyyətini yekdilliklə təsdiqlədi

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil

arrow Ətraflı
İranda quru əməliyyatları başladı  Xüsusi təyinatlılar gecə... like
  • 03 Mar 12:16  
Dünya İranda quru əməliyyatları başladı Xüsusi təyinatlılar gecə...

Mossad və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatları keçir

arrow Ətraflı
Avtobusda yer verməyən protez ayaqlı gəncin üzərinə OTURDU like
  • 03 Mar 12:15  
Digərləri Avtobusda yer verməyən protez ayaqlı gəncin üzərinə OTURDU

Türkiyənin Sakarya şəhərində ictimai nəqliyyatda baş verən hadisə sosi

arrow Ətraflı
Novruz ərəfəsi maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər... like
  • 03 Mar 12:12  
Digərləri Novruz ərəfəsi maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər...

Bir zamanlar adam əlindən tərpənmək olmayan maşın bazarında hazırda dur

arrow Ətraflı
30 yaşlı hərbçimiz həlak OLDU like
  • 03 Mar 12:04  
Digərləri 30 yaşlı hərbçimiz həlak OLDU

Xocalı rayonunda ağır yol qəzası baş verib.

arrow Ətraflı
İrandakı vəziyyət uzansa, dollar bahalaşcaq?  Ekspertlərdən proqnoz like
  • 03 Mar 12:00  
Digərləri İrandakı vəziyyət uzansa, dollar bahalaşcaq? Ekspertlərdən proqnoz

"Əgər İran Hörmüz boğazını bağlasa, bu, dünya neft tədarükünə

arrow Ətraflı
Məşhur müğənninin narkotik testinin cavabı açıqlandı like
  • 03 Mar 11:56  
Şou-biznes Məşhur müğənninin narkotik testinin cavabı açıqlandı

Türkiyədə davam edən narkotik araşdırması çərçivəsində məşhurlar �

arrow Ətraflı