Qadağan edilmiş bu məhsulların ölkəyə gətirilməsi kəskin artıb
Digərləri 02 Mar 2026 19:12:00 120 0
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.
Bu xəbəri də oxu: Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa...
Dövlət Gömrük Komitəsindən (DGK) Son.az-a bildirilib ki, xüsusilə internet üzərindən sifariş edilən arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük təşkil edir.
"Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü təsir edən maddələrin olması müəyyən edilib. Qeyd olunmalıdır ki, vətəndaşlar bu məhsulların tərkibi barədə məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları əldə edib ölkəyə gətirir. "Şəxsi istifadə" adı altında bəyan edilən bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi istehlakçıların sağlamlığı üçün təhlükə yaradır. DGK vətəndaşların diqqətinə çatdırır ki, naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet platformaları vasitəsilə təqdim olunan "arıqladıcı", "enerji artırıcı", "müalicəvi" adı altında satılan məhsulların qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət məsuliyyəti də yaradır", - deyə komitənin yaydığı məlumatda qeyd olunub.
Birləşmiş Ərəb Əmirliklərində qalıb Bakıya qayıda bilməyənlər aras
Aparıcı Leyla Quliyeva anası Raziyə Sultanova ilə bağlı paylaşım edib.
İrandan Azərbaycan sərhədi ilə Azərbaycan və xarici ölkə vətəndaşlar
İmişli və İsmayıllı rayonlarının inzibati ərazisində ov qaydalarını
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin həyat yoldaşı Mənsurə
Azərbaycanda qida sənayesi üçün əlamətdar hadisə kimi qiymətləndirilə
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Küveytin xarici işlər
Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yax
Türkiyədə uğurlu karyerası ilə tanınan azərbaycanlı aktrisa Nəsrin Cav
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Fed
Müğənni Zeynəb Həsəni növbəti dəfə efirdə səsləndirdiyi fikirlərl
Kredit borcunu bağlayanlar ödədikləri sığortanın bir hissəsini geri ala
