İçərişəhər dayanıqlı tarixi şəhər modeli kimi: inkişaf strategiyası və dövlət dəstəyi


Digərləri 02 Mar 2026 11:01:00 212 0

İçərişəhər dayanıqlı tarixi şəhər modeli kimi: inkişaf strategiyası və dövlət dəstəyi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu bu gün yalnız Azərbaycanın çoxəsrlik tarixinin simvolu deyil, eyni zamanda mədəni irsi, müasir idarəetməni və iqtisadi dayanıqlılığı birləşdirən dinamik şəhər məkanıdır.

Bakının qədim hissəsi olan İçərişəhərin strateji rolu, əsas çağırışları və inkişaf perspektivləri barədə Qoruğun İdarə Heyətinin sədri Rüfət Mahmud Trend-ə verdiyi müsahibədə məlumat verib.

O, milli irsin qorunmasında dövlətin roluna xüsusi diqqət çəkib. Onun sözlərinə görə, tarixi-mədəni abidələrin mühafizəsi istiqamətində strateji və ardıcıl dövlət siyasəti həyata keçirilir.

"Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa işlərinə, tarixi mühitin qorunmasına və mədəni infrastrukturun inkişafına prioritet əhəmiyyət verilir. Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasına və bərpa layihələrinin icrasına Birinci vitse-prezident Mehriban Əliyeva mühüm töhfə verir. Sistemli dövlət dəstəyi İçərişəhərin dünya əhəmiyyətli obyekt kimi uzunmüddətli inkişafı üçün möhkəm institusional və maliyyə bazası yaradır", - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Onun sözlərinə görə, İçərişəhər artıq sadəcə Bakının tarixi mərkəzi deyil, kompakt lakin yüksək konsentrasiyalı mədəni-iqtisadi klasterdir. Təxminən 22 hektarlıq ərazidə paytaxta turist marağının əhəmiyyətli hissəsi formalaşır: Bakıya gələn qonaqların dörddə birinə qədəri səfər proqramına mütləq şəkildə İçərişəhəri daxil edir. Son bir ildə ziyarətçi sayı 8-12 % artıb, turistlərin orta qalma müddəti uzanıb, tədbir aktivliyi güclənib. Lakin Rüfət Mahmudun sözlərinə görə, əsas məsələ rəqəmlər deyil, onların keyfiyyətidir - İçərişəhər tədricən "cəlbedici məkan" modelindən dayanıqlı şəhər mərkəzi modelinə transformasiya olunur.

"Surətlə inkişaf edən meqapolis şəraitində tarixi mərkəz balans funksiyasını yerinə yetirir - bu, insan miqyaslı, piyada yönümlü, lokal biznesin və mədəni yaddaşın qorunduğu bir məkandır. Müasir memarlıqla tarixi mühitin sinergiyası dayanıqlı şəhər modelini formalaşdırır", - deyə o bildirib.

Qoruq rəhbərliyi İçərişəhərə ilk növbədə "canlı tarixi şəhər" kimi yanaşır, onu açıq səma altında muzey formatında deyil, yaşayış məkanı kimi görür. Prioritet yalnız fasadların qorunması deyil, həm də rezidentlərin həyat keyfiyyətinin yüksəldilməsidir. "Tarixi toxumanın qorunması prinsiplərinə riayət etməklə mühəndis infrastrukturunun modernləşdirilməsi aparılır, obyektlərin istismar və idarəetmə mexanizmləri təkmilləşdirilir, dam örtükləri və müasir memarlıq müdaxilələri üzrə vahid reqlamentlər hazırlanır. Eyni zamanda nəqliyyat rejimi optimallaşdırılır və piyada mühitinin prioritetliyi gücləndirilir", - deyə Rüfət Mahmud qeyd edib.

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ  Qiymət like
  • 02 Mar 10:58  
Digərləri Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ Qiymət

Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.

arrow Ətraflı
Bu ərazilərdə 5 saat işıq OLMAYACAQ like
  • 02 Mar 10:52  
Digərləri Bu ərazilərdə 5 saat işıq OLMAYACAQ

Martın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) �

arrow Ətraflı
Yaxın Şərqdəki gərginlik turizmə necə TƏSİR EDİR? like
  • 02 Mar 10:48  
Digərləri Yaxın Şərqdəki gərginlik turizmə necə TƏSİR EDİR?

Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən son hərbi-siyasi gə

arrow Ətraflı
Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub like
  • 02 Mar 10:41  
Digərləri Prezident İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış olub

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Eksp

arrow Ətraflı
ABŞ qırıcı təyyarəsi Küveytdə vuruldu like
  • 02 Mar 10:34  
Dünya ABŞ qırıcı təyyarəsi Küveytdə vuruldu

İran Küveyt səmasında ABŞ-a məxsus F-15 qırıcı təyyarəni vurub.

arrow Ətraflı
Bu ərazidə qar 37 smə çatıb  FAKTİKİ HAVA like
  • 02 Mar 10:28  
Digərləri Bu ərazidə qar 37 smə çatıb FAKTİKİ HAVA

Martın 2-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda ötən ay zəhərlənmədən bu qədər insan ölüb like
  • 02 Mar 10:25  
Digərləri Azərbaycanda ötən ay zəhərlənmədən bu qədər insan ölüb

2026-cı ilin fevral ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə

arrow Ətraflı
Ofelya Şabanova övladını İTİRDİ like
  • 02 Mar 10:15  
Şou-biznes Ofelya Şabanova övladını İTİRDİ

Müğənni Ofelya Şabanova son açıqlaması ilə diqqət mərkəzinə düşüb

arrow Ətraflı
"İranın gələcək lideri postuna üç namizəd var" like
  • 02 Mar 10:12  
Dünya "İranın gələcək lideri postuna üç namizəd var"

ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri postu üçün üç uyğu

arrow Ətraflı
Azərbaycanda universitet tələbəsi dünyasını dəyişdi like
  • 02 Mar 09:57  
Digərləri Azərbaycanda universitet tələbəsi dünyasını dəyişdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəs

arrow Ətraflı
Uşaqların təhlükəsizliyi: Qadağadan quruculuğa yeni mərhələ like
  • 02 Mar 09:50  
Digərləri Uşaqların təhlükəsizliyi: Qadağadan quruculuğa yeni mərhələ

27 fevral 2026-cı il Azərbaycan dövlət quruculuğu tarixində elə bir tarix

arrow Ətraflı
Balaəlinin bu VİDEOsu gündəm oldu like
  • 02 Mar 09:45  
Şou-biznes Balaəlinin bu VİDEOsu gündəm oldu

Meyxanaçı Balaəli Maştağalının yaratdığı yeni səhnə obrazı sosial �

arrow Ətraflı
Maşınla vurulan gənc qız vəfat ETDİ like
  • 02 Mar 09:31  
Digərləri Maşınla vurulan gənc qız vəfat ETDİ

Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib.

arrow Ətraflı
Niyə məhz Neandertal kişilər və Homo sapiens qadınlar? like
  • 02 Mar 08:08  
Digərləri Niyə məhz Neandertal kişilər və Homo sapiens qadınlar?

Uzun illərdir elm adamları müasir insanların genomunda Neandertallardan mira

arrow Ətraflı