Dövlət Proqramı məzunları üçün karyera sərgisi keçirilib
Digərləri 28 Fev 2026 18:01:00 159 0
ADA Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" məzunları üçün "Qlobal təhsildən milli inkişafa" adlı karyera sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.
Bu xəbəri də oxu: Ölkə məktəblərində bu qidaların satışı qadağan edildi SİYAHI
Son.az xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev iştirak ediblər.
Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli dövlətimizin insan kapitalına verdiyi önəmi xüsusi vurğulayıb. O qeyd edib ki, xaricdə təhsilə dair Dövlət Proqramı ölkəmizdə rəqabətədavamlı kadr potensialının formalaşdırılmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkətverici qüvvələrindən hesab olunur.
ADA Universitetinin prorektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə məzunlara müraciət edərək onların beynəlxalq mühitdə əldə etdikləri akademik nailiyyətlərin yerli qurumların fəaliyyətinə yeni və mütərəqqi yanaşmalar gətirəcəyinə əminliyini ifadə edib.
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda təqribən 400-500 min sənədsi
Müğənni Ofelya Şabanova televiziya proqramında səsləndirdiyi fikirlərlə
"Rəngarəng" verilişinin növbəti buraxılışında müğənni Qumr
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Böyük Britaniya və Fransad
Son günlər sosial şəbəkələrdə dünya liderlərinin siyasətə gəlməzd�
Xeyriyyəçi fəaliyyəti və televiziya aparıcısı kimi tanınan Hacı Nuran
Sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən v
Bakı metrosunda maraqlı və yaddaqalan anlar yaşanıb.
Küçədə banan satan bir səyyar satıcının anası ilə bağlı səsləndird
Müğənni Nadir Qafarzadə izləyicini xəyanət barədə sualına cavabı ilə
3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaq
İranın cənubunda yerləşən Minab şəhərində ibtidai qızlar məktəbinə
Xalq artisti Röya Ayxan bu dəfə qardaşı, istedadlı musiqiçi İsmayıl Zad
