"Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun" — Məşhur seysmoloq
Digərləri 27 Fev 2026 17:24:00 171 0
Azərbaycanda ard-arda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Daha sonra Şamaxıda ikinci zəlzələ qeydə alınıb. Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.
Son.az xəbər verir ki, seysmoloq Prof. Dr. Naci Görür Demokrat.az-a açıqlamasında deyib ki, hər hansı bir şeyi dəqiq söyləmək, proqnoz vermək mümkün deyil: "Xüsusilə zaman baxımından bunu bilmək mümkün deyil. Bu, tektonik lövhələrin hərəkətləri ilə əlaqəli hadisədir. Bizdə bəzən 5 min, 10 min, 20 min zəlzələ baş verir. 4 baldan kiçik zəlzələlərin sayı bəzən on minləri, minləri keçir. Ona baxıb "burada zəlzələ çox olur, sonra böyük zəlzələ olacaq" demək mümkün deyil. Bunun üçün geofiziki araşdırmalar aparmaq lazımdır. Məsələn, hansı fayın keçdiyini araşdırmaq, sürtünmə olan yerdə yığılan gərginliyi ölçmək və qiymətləndirmək lazımdır. Sadə dillə desək, elmi araşdırma olmadan "üç gün sonra zəlzələ olacaq, beş gün sonra olacaq-olmacaq" kimi fikirlər doğru deyil. Bu, elmi baxımdan əsaslı deyil. Bəzi kiçik zəlzələlər də olur və çox sayda baş verə bilər. Daha böyük zəlzələdən sonra artçı zəlzələlər də baş verə bilər. Bəzən isə kiçik zəlzələlər böyük zəlzələdən əvvəl baş verə bilər. Amma onlara baxaraq böyük zəlzələnin gələcəyini proqnozlaşdırmaq çətin olur. Buna baxaraq konkret bir zaman söyləmək mümkün deyil. Ona görə də, böyük zəlzələ ola da bilər, olmaya da bilər. Allah köməyiniz olsun".
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Efiopiyanın Baş naz
"Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı altı
Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən
Xəbər verdiyimiz kimi, Meksikada hərbi əməliyyat zamanı öldürüldüyü b
Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və b
Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqs�
Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ö
Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin Arb-dəki "Elgizlə izl
""Rəngarəng" verilişi bağlanmayıb. İnşallah bazar ertəsi
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya v
Aktrisa Sonaxanım Əliyeva "Öz Aramızda" verilişində şəxsi həy
Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyan
