Daşkənddə AzərbaycanÖzbəkistan mədəni əməkdaşlığı müzakirə olunub
Digərləri 20 Fev 2026 17:52:00 57 0
Ötən il "Özbəkistanın Mədəniyyət Səfiri" medalı ilə təltif edilən Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistanın Mədəniyyət Nazirliyinin dəvəti ilə Özbəkistanın Daşkənd şəhərində səfərdə olublar.
Bu xəbəri də oxu: Agentliyin iki qurumu yenidən təşkil olunaraq QSC statusu aldı FƏRMAN
Səfər çərçivəsində Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.
Həmçinin Mədəniyyət Səfirləri Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi, Özbək Milli Makom Sənəti Mərkəzi, Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Özbəkistan Dövlət Konservatoriyasının rəhbərliyi ilə görüşlərlərində qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Səfər zamanı həmçinin cari ildə BMM ilə Özbəkistanın muğam və sənət mərkəzləri arasında incəsənət xadimlərinin görüşləri, musiqiçilərin təcrübələrini bölüşmə məqsədilə birgə konsertlərin və ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnst
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə yeni rəi
19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab
Bahalı hədiyyələr edir - Maşını ‘Range Rover’dir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində "M�
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Medianın İnkişaf
Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tab
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları il
Fevralın 17-də, CineMastercard kinoteatrında təşəbbüsü və təşkilatç�
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar
Azərbaycanda dövlət idarəetməsinin optimallaşdırılması çərçivəsind�
Müğənni Pərviz Bülbülənin metrodan paylaşdığı video sosial şəbəkə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasın
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublik
