"Başqası da deyə bilər ki, qızımı mini yupkada göndərəcəm" Azər Həsrət


Digərləri 17 Fev 2026 16:40:00 71 0

"Başqası da deyə bilər ki, qızımı mini yupkada göndərəcəm"  Azər Həsrət

"Məktəblərdə baş verən hər bir hadisə cəmiyyətin ciddi şəkildə diqqətini cəlb edir. Bu da təbiidir. Çünki Azərbaycan cəmiyyəti savadlıdır. Ümumiyyətlə, bizim dövlətimiz və xalqımız həqiqətən də müasir dövrlə ayaqlaşmaq üçün əlindən gələni edir. Yəni insanlarımız çalışır ki, maariflənsinlər, təhsil alsınlar, dünya xalqları ilə ayaqlaşa bilsinlər və bu baxımdan, əlbəttə ki, təhsillə bağlı məsələlərə diqqət vermək anlaşılandır".

Son.az  xəbər verir ki, bu sözləri media eksperti Azər Həsrət deyib.

O qeyd edib ki, bəzən məktəblərdən şəkillər, videolar paylaşılır və həmin görüntülərdə insanın diqqətini cəlb edən əsas məqam uşaqların dini formada geyindirilməsidir:

"Biz əlbəttə kimsənin dininə, məzhəbinə qarışmırıq. Mən dəfələrlə demişəm ki, heç kimin başqa birisinin dini seçiminə qarışmaq ixtiyarı yoxdur. Amma bir məsələ də var ki, Azərbaycan dünyəvi dövlətdir, məktəblər də bu dünyəvi dövlətin dünyəvi məktəbləridir. Bu isə o deməkdir ki, həmin məktəblərdə dünyəvi qaydalar üstün olmalıdır".

Ekspertin sözlərinə görə, bəzi adamlar iddia edir ki, dini seçimləri var və məktəbdə də o cür davranmaq haqqı var. A.Həsrət bunu doğru hesab etmir. Əlavə edib ki, məktəblinin məktəbli forması olmalıdır. Əgər hər kəs istədiyi kimi geyinib məktəbə getsə, onda cəmiyyətdə birlik, bərabərlik və həmrəylik duyğuları aşılana bilməz:

"Əgər biz kiminsə dini baş örtüyü ilə məktəbə getmə haqqını tanıyırıqsa, başqası da deyə bilər ki, "mən də qızımı mini yupkada göndərəcəm. Bu da mənim hüququmdur". Bu zaman nə deyəcəksiniz? Əgər biz kiminsə dini baş örtüsü ilə məkətəbə getmək haqqını tanımaq məcburiyyətindəyiksə, başqasının da mini yupka ilə məktəbə getmək hüququnu tanımaq məcburiyyətində olmalıyıq. Seçim azaddırsa hamı üçün eyni olmalıdır. Amma söhbət məktəbdən, nizam-intizamdan və vahid təhsil sistemindən gedirsə, geyim məsələsində ciddi olmalıyıq. Məktəbə məktəbli forması ilə gedilməlidir. Qız və ya oğlan fərq etmir. Etik hədləri aşmayan,müvafiq standartlara uyğun geyim forası elan edilib. Hamımız da görmüşük. Qızlar üçün də, oğlanlar üçün də çox əxlaqlı, ədəbli geyimdir. Niyə insanlar uşaqlarını bu formada məktəbə göndərməsin? Vacıbdir ki, adını dini geyim qoyaraq, farslardan, ərəblərdən mənimsədiyiniz geyimdə göndərəsiniz?".

Azərbaycanda bəzilərinin dini geyim adı altında ərəb və fars geyimlərini geyindiklərini müşahidə etdiyini söyləyib. Onun sözlərinə görə, bu geyimlər Azərbaycanın milli kimliyinə və mentalitetinə uyğun deyil:

"Quran kitabının harasında dini geyimin təfsiri verilib? Yaxud onun necə olmasının standartı müəyyənləşdirilib? Bizim məktəbli forması yetərincə ədəblidir".

A.Həsrət hesab edir ki, müəllimlər üçün də vahid forma tətbiq edilməlidir. Bəzi məktəblərdə bunun olduğunu da diqqətə çatdırıb:

"Amma bəzi məktəblərdə üz-gözündən fanatizm yağan qadınlar görürük ki, din adı altında geyiniblər. Həmin geyimlərin İslam dini ilə əlaqəsi yoxdur. Baxırsınız ki, farslar, ərəblər kimi geyinib".

Ekspert vurğulayıb ki, həm şagirdlər, həm müəllimlərlə bağlı qərar qəbul edilməlidir:

"Din məsələsi ümumiyyətlə seçimdir. Uşaqlara zorla hansısa dini yanaşmanı yeritmək olmaz. Məktəb isə dövlətin qanun və qaydalarına uyğun fəaliyyət göstərməlidir. Buna görə də hesab edirəm ki, məktəblərdə vahid forma tətbiqi vacibdir və qaydalar daha dəqiq şəkildə tənzimlənməlidir".

Onun fikrincə, dini geyimdə olan uşaqlar məktəbərə qəbul edilməməlidir:

"Mən uşaqları məktəbə buraxmayın deyə çağırış etmirim. Onsuz da dindar ailələrin bir hissəsi qızlarını məktəbə buraxmır. 5-ci sinifdən başlarını bağlayıb,məktəbə qoymurlar ki, başqa oğlanlarla oxumasın. Naməhrəmdir. 21-ci əsrdə belə cahil insanlar hələ də qalmaqdadır. Dövlət bu məsələlər əl qoymalıdır. Şəxsən tanıdığım adamlar var ki, uşağın başını bağlayıb məktəbə göndərib. Uşaq da yazıq-yazıq adama baxır ki, "Məni xilas edin". Niyə dünyəvi dövlətdə 3-5 adam dini qaydaları diktə edə bilir? Dövlətin daha sərt tədbirlər görməsi lazımdı. Biz müasir dünyəvi Azərbvaycanı ona görə qurmamışıq ki, kimlərsə, gəlib öz cahil ideyalarını din adı altında sırıyıb cəmiyyəti pozsunlar. İranın din adı altında getdiyi yolu hamımız görürük. Əfqanıstan da həmçinin. Biz Azərbaycanın həmin dövlətlərdən biri olmasını istəmirik. Dövlət sərt qaydalar tətbiq etməlidir ki, heç kim bir-birindən fərqlənməsin. Ədəb-əxlaq çərçivəsində müəllim və şagirdlər vahid formada olmalıdır".

Mina Mikayılova Son.az

Pakistanda terror: 11 hərbçi həlak oldu like
  • 17 Fev 16:17  
Dünya Pakistanda terror: 11 hərbçi həlak oldu

Pakistanın Xayber-Paxtunxva əyalətində terror aktı törədilib.

arrow Ətraflı
Qızını cinsi zorakılıqla hədələyən ata həbs olundu like
  • 17 Fev 16:10  
Digərləri Qızını cinsi zorakılıqla hədələyən ata həbs olundu

Bakıda həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq edən şəxs məsu

arrow Ətraflı
16 günə 47 nəfər dəm qazından boğulub  ARAŞDIRMA like
  • 17 Fev 16:02  
Digərləri 16 günə 47 nəfər dəm qazından boğulub ARAŞDIRMA

Fevralın ilk 16 günü ərzində demək olar ki, hər gün dəm qazından zəh�

arrow Ətraflı
Usta avtomobili təmir edərkən üzərinə düşdü  ÖLDÜ like
  • 17 Fev 16:01  
Digərləri Usta avtomobili təmir edərkən üzərinə düşdü ÖLDÜ

Xızıda avtomobil ustası faciəli şəkildə ölüb.

arrow Ətraflı
“Avtobusu boş dayanacaqda saxlamırıq”  AYNA məsələyə aydınlıq gətirdi like
  • 17 Fev 15:47  
Digərləri “Avtobusu boş dayanacaqda saxlamırıq” AYNA məsələyə aydınlıq gətirdi

Son günlər 91 nömrəli avtobusda olan elan sərnişinlərin diqqətindən qa�

arrow Ətraflı
Səidə Haqverdiyeva həbs oluna bilər like
  • 17 Fev 15:42  
Digərləri Səidə Haqverdiyeva həbs oluna bilər

Azərbaycan Dövlət Kukla Teatırının sabiq quruluşçu rejissoru Səidə Haq

arrow Ətraflı
Kür çayında 1 nəfər boğuldu like
  • 17 Fev 15:36  
Digərləri Kür çayında 1 nəfər boğuldu

Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər

arrow Ətraflı
DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar like
  • 17 Fev 15:30  
Digərləri DP təqaüdçülərimiz Kembric Universiteti Azərbaycan Cəmiyyətinin əsasını qoyublar

Kembric Universiteti Azərbaycan Cəmiyyəti (CUAS) artıq rəsmi fəaliyyətə

arrow Ətraflı
“Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi like
  • 17 Fev 15:24  
Şou-biznes “Kızıcık Şerbeti”nin aktrisası BMT elçisi seçildi

Türkiyəli aktrisa Özge Özacar Birləşmiş Millətlər Təşkilatının İnk

arrow Ətraflı
Milli Məclisin növbəti iclasında bu mövzular müzakirə ediləcək like
  • 17 Fev 15:18  
Digərləri Milli Məclisin növbəti iclasında bu mövzular müzakirə ediləcək

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.

arrow Ətraflı
Kommunal ödənişlərdə DƏYİŞİKLİK  Hər ay 1 manat... like
  • 17 Fev 15:04  
Digərləri Kommunal ödənişlərdə DƏYİŞİKLİK Hər ay 1 manat...

"Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında" Qanuna edilən d

arrow Ətraflı
"Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR" like
  • 17 Fev 15:00  
Şou-biznes "Buna görə mənə maşın, ev HƏDİYYƏ EDİBLƏR"

Müğənni Sevda Kazımovanın "Öz aramızda" verilişində səslənd

arrow Ətraflı
1 milyona yaxın pul kimə ÇATDI?  Vasif Talıbov və oğlu ilə bağlı şok İFADƏ like
  • 17 Fev 14:53  
Digərləri 1 milyona yaxın pul kimə ÇATDI? Vasif Talıbov və oğlu ilə bağlı şok İFADƏ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nax

arrow Ətraflı
"İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək? like
  • 17 Fev 14:50  
Digərləri "İdrak" liseyində güllələnən müəllimə müalicədən sonra harada işləyəcək?

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən və

arrow Ətraflı
Adəm də saxlanıldı... like
  • 17 Fev 14:45  
Şou-biznes Adəm də saxlanıldı...

Kaan Tangöze, Murat Dalkılıç və İsmayıl Hacıoğlundan sonra məşhurlar�

arrow Ətraflı