Onlar ixtisara düşəndə 2 800 manat alacaqlar


Digərləri 14 Fev 2026 12:34:00 81 0

Onlar ixtisara düşəndə 2 800 manat alacaqlar

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

Son.az-ın məlumatına görə, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında xatırladıb ki, bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələr həyata keçirilməlidir.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əməkhaqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Ekspert 1 100 manat əməkhaqqı alan işçiyə bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama aparıb:

"Misal üçün deyək ki, Kamran adlı şəxs "ABC" MMC-də 10.03.2023-cü il tarixindən baş mühəndis vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100 manat əməkhaqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən iki dəfə istifadə edib. "ABC" MMC-nin fəaliyyətinə xitam verildiyi üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il tarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır. İstehsalat təqviminə əsasən, 2026-cı ilin fevral ayında 21 iş günü var. Kamran fevral ayında 7 iş günü çalışıb və son iş günü 10 fevral tarixidir.

1 100 : 21 = 52,4 manat;

52,4 × 7 = 366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə istifadə etməyib. O, 10.03.2023 - 10.03.2025-ci il tarixlərini əhatə edən iki iş ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. "ABC" MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30 təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində 11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü 2,5 gün (30 / 12 = 2,5) edir. 11 ay üçün isə 27,5 gün (11 × 2,5 = 27,5) edir.

Orta aylıq əməkhaqqının 1 100 manat olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:

(1 100 : 30,4) × 27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay - dekabr və yanvar ayları üzrə Kamranın gəliri 2 200 manat (1100 × 2) olub. Həmin aylarda iş günlərinin sayı 40 gün olub. Nəticədə bir günlük əməkhaqqı 55 manat (2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əməkhaqqının məbləği 1 104,4 manat (55 × 20,08) olacaq. Kamranın iş stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında müavinət - 1 546,2 manat (1 104,4 × 1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar gəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əməkhaqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən azad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7 manat işlənmiş iş günləri üçün əməkhaqqından və 995,1 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan cəmi 156,2 manat (DSMF (122,2) + işsizlik sığortası (6,8) + icbari tibbi sığorta (27,2) = 156,2) tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə olacaq:

334,9 manat (işlənmiş günlər üçün əməkhaqqı) + 884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 1 546,2 manat (işdənçıxarma müavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1 100 manat əməkhaqqı alan bir şəxsin müəssisənin fəaliyyəti dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona 2 765,8 manat ödəməlidir".

Azərbaycanda ata və 5 övladı dəm qazından zəhərləndi like
  • 14 Fev 12:26  
Digərləri Azərbaycanda ata və 5 övladı dəm qazından zəhərləndi

Naxçıvanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.

arrow Ətraflı
İstirahət günü də isti olacaq like
  • 14 Fev 12:22  
Digərləri İstirahət günü də isti olacaq

Fevralın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
“Sevgililər Günü” qızılzinət bazarına necə təsir edib? like
  • 14 Fev 12:14  
Digərləri “Sevgililər Günü” qızılzinət bazarına necə təsir edib?

Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələba

arrow Ətraflı
Trampdan Venesuela ilə bağlı mühüm açıqlama like
  • 14 Fev 12:12  
Dünya Trampdan Venesuela ilə bağlı mühüm açıqlama

ABŞ prezidenti Donald Tramp ABŞ ilə Venesuela arasındakı münasibətləri y

arrow Ətraflı
Oqtay Kamil ağlayaraq efirdən GETDİ like
  • 14 Fev 11:57  
Şou-biznes Oqtay Kamil ağlayaraq efirdən GETDİ

"Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb.

arrow Ətraflı
Boşanan Ülviyyə ilə Murad BİR ARADA like
  • 14 Fev 11:27  
Şou-biznes Boşanan Ülviyyə ilə Murad BİR ARADA

Aktyor Murad İsmayıl iki il əvvəl boşandığı aktrisa Ülviyyə Xəlilbə

arrow Ətraflı
Cümə məscidinin axundunun oğlu zəncirvari qəza törətdi like
  • 14 Fev 11:08  
Digərləri Cümə məscidinin axundunun oğlu zəncirvari qəza törətdi

Ağcabədi şəhərində üç minik avtomobilinin toqquşması nəticəsində z�

arrow Ətraflı
Tramp: Bu, İranda baş verə biləcək ən yaxşı şey olardı like
  • 14 Fev 11:02  
Dünya Tramp: Bu, İranda baş verə biləcək ən yaxşı şey olardı

ABŞ prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin ABŞ üçün �

arrow Ətraflı
Brilliant Dadaşovanın əri İŞDƏN ÇIXARILDI  Yeni TƏYİNAT like
  • 14 Fev 11:00  
Şou-biznes Brilliant Dadaşovanın əri İŞDƏN ÇIXARILDI Yeni TƏYİNAT

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəni

arrow Ətraflı
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ like
  • 14 Fev 10:54  
Digərləri Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhə

arrow Ətraflı
Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi like
  • 14 Fev 10:44  
Digərləri Həftənin bu günləri şadlıq saraylarında toy etmək qadağan edildi

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirəl�

arrow Ətraflı
Hər evdə istifadə olunur, 2 ədədi xərçəngə yol açırmış... like
  • 14 Fev 10:37  
Digərləri Hər evdə istifadə olunur, 2 ədədi xərçəngə yol açırmış...

Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanını

arrow Ətraflı
"Efirdə özümə yalançı dollardan gül dəstəsi göndərmişəm" like
  • 14 Fev 10:31  
Şou-biznes "Efirdə özümə yalançı dollardan gül dəstəsi göndərmişəm"

Müğənni Mehriban Qənbərova maraqlı etirafı ilə gündəmə gəlib.

arrow Ətraflı
"Cüzdanda bu fotolar olsa, pul heç vaxt bitmir like
  • 14 Fev 10:19  
Digərləri "Cüzdanda bu fotolar olsa, pul heç vaxt bitmir

"Maliyyə vəziyyətini yaxşılaşdırmaq və pulun bərəkətini artırma

arrow Ətraflı
Hakimin öldüyü hadisəyə görə bu cəzanı aldı like
  • 14 Fev 10:08  
Kriminal Hakimin öldüyü hadisəyə görə bu cəzanı aldı

Ötən ilin yanvarında Qax rayonunun Qaxbaş kəndində rayon məhkəməsinin h

arrow Ətraflı