Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək


Digərləri 13 Fev 2026 12:35:00 81 0

Bu xəstələr artıq özəl klinikalarda xidmət ala biləcək

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayinə və müalicəsi həyata keçiriləcək.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və "Lisenziyalar və icazələr haqqında" Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

"Özəl tibb fəaliyyəti haqqında" Qanuna əsasən, özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş, yəni bilavasitə xəstələrlə bağlanmış müqavilələr, üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr, icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir.

Özəl tibb fəaliyyəti subyektlərinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata keçirilir.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) 500 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

"Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi yuxarıda qeyd edilən müddəalara uyğun olaraq həyata keçiriləcək.

Dəyişikliyin əsaslandırması

Bildirilib ki, hazırda "Onkoloji yardım haqqında" Qanunun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

"Sevgililər günü" 20 dərəcə isti olacaq  PROQNOZ like
  • 13 Fev 12:29  
Digərləri "Sevgililər günü" 20 dərəcə isti olacaq PROQNOZ

Fevralın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bu avtomobillər rüsumlardan azad EDİLDİ like
  • 13 Fev 12:23  
Digərləri Bu avtomobillər rüsumlardan azad EDİLDİ

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumun

arrow Ətraflı
Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR like
  • 13 Fev 12:21  
Digərləri Minimum əməkhaqqı ilə bağlı YENİ QƏRAR

Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olm

arrow Ətraflı
Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır” like
  • 13 Fev 12:20  
Siyasət Kamaləddin Qafarov: “Rəqəmsallaşma ölkənin inkişaf modelinin əsas dayağıdır”

"Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii resursla

arrow Ətraflı
Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..." like
  • 13 Fev 12:00  
Şou-biznes Rəşid Mahmudova "od püskürdü": "Sən, nə kişisən ki..."

Əməkdar artist Elza Seyidcahanın müğənni bacısı Rasimə Seyidcahan "

arrow Ətraflı
Ersoydan Epşteyn iddialarına cavab like
  • 13 Fev 11:55  
Şou-biznes Ersoydan Epşteyn iddialarına cavab

Müğənni Muazzez Ersoyun keçmiş müsahibəsində "sehrli hovuz" if

arrow Ətraflı
Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır  Nazirlik məhkəmələrə müraciət edib like
  • 13 Fev 11:30  
Digərləri Bələdiyyələrin qanunsuz satdığı torpaqlar geri alınır Nazirlik məhkəmələrə müraciət edib

Milli Məclisdə qəbul edilən qərara görə, bələdiyyələrin torpaq satı

arrow Ətraflı
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər like
  • 13 Fev 11:25  
Siyasət Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər

13-14 fevral 2026cı il tarixlərində Ermənistanda "Sülh Körpüsü"

arrow Ətraflı
Azərbaycanda polkovnik vəfat ETDİ like
  • 13 Fev 10:55  
Digərləri Azərbaycanda polkovnik vəfat ETDİ

Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirz�

arrow Ətraflı
Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı like
  • 13 Fev 10:25  
Dünya Luvrda bilet fırıldağı ifşa olundu: muzey əməkdaşları saxlanıldı

Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giri

arrow Ətraflı
“Azeri Light”ın qiyməti 3%dən çox düşdü like
  • 13 Fev 09:58  
Digərləri “Azeri Light”ın qiyməti 3%dən çox düşdü

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı

arrow Ətraflı
Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ like
  • 13 Fev 09:51  
Digərləri Bu şəxslərin pensiyasına 300% miqdarında əlavə EDİLDİ

Azərbaycan qanunvericiliyində hərbi qulluqçuların xidmət illərinə görə

arrow Ətraflı
Bu üsulla 14 dəfə cekpot uddu like
  • 13 Fev 09:50  
Digərləri Bu üsulla 14 dəfə cekpot uddu

14 dəfə cekpot udan riyaziyyatçı yenidən gündəmə gəlib. Söhbət Stefan

arrow Ətraflı
DYP sürücülərə müraciət etdi like
  • 13 Fev 09:25  
Digərləri DYP sürücülərə müraciət etdi

Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının t

arrow Ətraflı
Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK like
  • 13 Fev 09:16  
Digərləri Azərbaycanda bu ailələrə pulsuz üçotaqlı ev VERİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət

arrow Ətraflı