Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində qiyabi həbs qərarı verildi


Digərləri 12 Fev 2026 13:15:00 205 0

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində qiyabi həbs qərarı verildi

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Son.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Belə ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihama əsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilmiş və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın həmtəsisçiləri və rəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.

Onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən "Demokratik Qüvvələrin Milli Şurası" (Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40 manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir./Trend

Son.az 

Ramiz Mehdiyevin səs yazısı yayıldı like
  • 12 Fev 13:12  
Digərləri Ramiz Mehdiyevin səs yazısı yayıldı

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kə

arrow Ətraflı
Mahir Səfərliyə BMTdə rəhbər vəzifə VERİLDİ like
  • 12 Fev 13:06  
Digərləri Mahir Səfərliyə BMTdə rəhbər vəzifə VERİLDİ

Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mə

arrow Ətraflı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı like
  • 12 Fev 12:53  
Digərləri DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

Dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı ar

arrow Ətraflı
ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb like
  • 12 Fev 12:52  
Siyasət ICESCOnun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əli

arrow Ətraflı
Fevralın 13də 18 dərəcə isti olacaq  PROQNOZ like
  • 12 Fev 12:50  
Digərləri Fevralın 13də 18 dərəcə isti olacaq PROQNOZ

Fevralın 13-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ like
  • 12 Fev 12:46  
Şou-biznes Seda Sayanın əri Tarkanı görüb özünü İTİRDİ

Məşhur müğənni Seda Sayan Tarkanla bir araya gəldikləri anları sosial ş

arrow Ətraflı
Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz  Yunus Oğuz  yazır like
  • 12 Fev 12:38  
Digərləri Qazan ölüb, doğacaq – İqtisadi və sosial gerçəkliklərimiz Yunus Oğuz yazır

Elə bilməyin ki, "Dədə Qorqud"un  Qazan xanından yazacam. Hərç

arrow Ətraflı
İran səmasında ABŞ təyyarələri göründü like
  • 12 Fev 12:36  
Dünya İran səmasında ABŞ təyyarələri göründü

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dro

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ oldu like
  • 12 Fev 12:22  
Digərləri Qonşu ölkədə zəlzələ oldu

İranın Buşəhr əyalətinin Əsəluye bölgəsində 4.4 bal gücündə zəlz�

arrow Ətraflı
Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş like
  • 12 Fev 12:18  
Digərləri Dünən meyiti tapılan şəxs “Toyota Bakı Mərkəzi”nin baş direktoru imiş

Dünən Bakı şəhər Sabunçu rayonu Nardaran qəsəbəsindəki bağ evində d

arrow Ətraflı
2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram" like
  • 12 Fev 12:15  
Kriminal 2 nəfəri öldürüb, birini ağır yaralayan kənd icra nümayəndəsi: "QÜRUR duyuram"

Türkiyənin Niğdə şəhərində maddi ziyanla nəticələnən yol-nəqliyyat

arrow Ətraflı
"Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ like
  • 12 Fev 12:09  
Digərləri "Qoca" ləqəbli polkovnik vəzifəsindən azad EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin

arrow Ətraflı
Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır" like
  • 12 Fev 12:00  
Digərləri Kamaləddin Qafarov: "Azərbaycanın beynəlxalq sistemdə strateji rolu artır"

"2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş yüksək səviyyəli

arrow Ətraflı