Doqquzuncu sinfi bitirən şagirdlər 11ci sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər Rəsmi
Digərləri 11 Fev 2026 19:31:00 80 0
"Hər il kurikulumun hansı meyarlarından istifadə olunacağına, hansılarının tətbiq edilməyəcəyinə dair Elm və Təhsil Nazirliyi ilə daimi müzakirələr aparılır. Çünki biz, xüsusilə buraxılış imtahanlarının nəticələrini hər zaman təhlil edirik və həmin nəticələr əsasında növbəti ilin qəbul proqramını formalaşdırırıq. Qəbul proqramı isə əvvəlcədən elan olunur".
Bu xəbəri də oxu: Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Son.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O, bildirib ki, qəbul proqramı orta məktəb proqramına əsaslanır: "Qəbul proqramında orta məktəbdə tədris olunan mövzuların sayı azala bilər, amma çox ola bilməz. Yalnız bir dəfə qəbul proqramında dəyişiklik olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Qələbə qazandıq və bununla əlaqədar həmin faktlar tarix fənninə əlavə edildi. Hesab edirəm ki, heç kim buna etiraz edə bilməz. Çünki tarix dəyişdi və bu hadisəni hamımız birlikdə yaşadıq".
DİM sədri qeyd edib ki, dərsliklərin məzmununun yenilənməsi, yeni kurikulumun yazılması və meyarların müəyyənləşdirilməsi daimi gedən prosesdir: "Biz bu prosesi diqqətlə izləyirik. İmtahana hansı mövzuların daxil ediləcəyini Elm və Təhsil Nazirliyi ilə müzakirə edirik və bu, birgə qərar əsasında müəyyən olunur".
Məleykə Abbaszadə ingilis dili fənninin buraxılış imtahanlarında tətbiqinə də toxunub: "İngilis dili üzrə buraxılış imtahanı bütün şagirdlər üçün keçirilir. Bir il əvvəl IX siniflər üçün yeni imtahan modelini tətbiq etdik. Bu model üzrə IX sinfi bitirən şagirdlər XI sinifdə də buraxılış imtahanını yeni formatda verəcəklər. Hazırda həmin şagirdlər X sinifdə oxuyurlar və 2027-ci ildə esse yazmaq üçün yeni modelə uyğun şəkildə hazırlaşırlar". Son.az
Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.
Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxanla fotosunu paylaşı
11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasın
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.
Azərbaycanda internetin sürəti 200 meqabit olacaq. Son.az xəbər verir k
Hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, s
Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-
Altıncı "FantazEU" Mədəni İrs Festivalı çərçivəsində Avropa
Müğənni Sabina Selcan şəxsi həyatı ilə bağlı təsirli açıqlamalar ve
Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji T
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu
Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir -
İstifadəçilər bu dəfə də iPhone 17-də çat problemindən şikayətlənir
Əməkdar artist Ruhəngiz Musəvi "Öz aramızda" verilişində müas
