Ötən ay bu məhsullar bahalaşıb
Digərləri 11 Fev 2026 11:22:00 79 0
2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi 2025-ci ilin yanvar ayına nisbətən 105,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.
Bu xəbəri də oxu: Burdan dönən hamı cərimələnir
Dövlət Statistika Komitəsindən (DSK) Son.az-a verilən məlumata görə, 2026-cı ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz təşkil edib.
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, balıq və balıq məhsullarının, südün, qatığın, pendirin, şorun, kəsmiyin, yumurtanın, naringinin, bananın, almanın, armudun, xurmanın, kivinin, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, badımcanın, sarımsağın, kartofun, şokolad məmulatlarının, arağın, konyakın, şərabın, siqaretin, ucuzlaşma isə yumru düyünün, portağalın, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, tomat pastasının qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,3 faiz təşkil edib. Yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma parçaların, divar kağızının, plastik pəncərənin, laminat parketin, sementin, masa və oturacaq mebellərinin, xalçanın, istilik sistemi üçün istilik qurğusunun, kiçik elektrik cihazlarının, "Aİ-92" markalı avtomobil benzininin, dizelin, mühərrik yağının, mobil telefonların, qəzetlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, soyuducuların, kondisionerlərin, planşet kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) müğənni Canananın xəstəlikl�
Rusiya Hərbi Hava Qüvvələri Krım, Tatarıstan, Belqorod vilayətləri və X
Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məm
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeş
2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalı�
Dünyada özəl xəfiyyə (private investigator) fəaliyyəti real praktikadır
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanda rəsmi
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən mü�
Son illər smartfonlardan istifadə gündəlik həyatın ayrılmaz hissəsinə �
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər
2026-cı ilin fevral ayının ilk ongünlüyündə The Washington Post redaksiya
Bir çox insan dünyasını dəyişərkən həkimlərin onların öldüyünü e
Astroloqların fikrincə, 2026-cı ilin fevral ayı bir çox insan üçün dön�
Aktrisa Sonaxanım Əliyeva mərhum Xalq artisti Nəsibə Zeynalovaya aid səhn�
