Məşhur cərrahı öldürən həyat yoldaşı barəsində QƏRAR
Digərləri 10 Fev 2026 15:12:00 83 0
Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu xəbəri də oxu: Nənə və nəvə dəm qazından öldü
Son.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökmün cəza hissəsi dəyişdirilmədən saxlanılıb. Lakin, Türkan Gündüzünün nümayəndəsinin verdiyi mülki iddia qismən təmin edilib və Muhammet Gündüzün zərərçəkənin ailəsinə 15 min 700 manat ödəməsinə qərar verilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində ölüb.
Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərind
Aparıcı və aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova ilə
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza
Kiçik ədliyyə müşaviri Ülvi Etibar oğlu Ələkbərli Gəncə şəhər İc
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə �
Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnsti
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilər
Avropa İttifaqına üzv ölkələrin ümumi hərbi büdcəsi 10 il ərzində il
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"da media mat
Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Ko
Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşəcək.
Mütəxəssislər mədə xərçənginin yaranma riskini artıran əsas amilləri
