İİV/QİÇS barədə əhalinin məlumatlılığı artırılır – Erkən diaqnostika həyatı xilas edir


Digərləri 09 Fev 2026 11:13:54 229 0

İİV/QİÇS barədə əhalinin məlumatlılığı artırılır – Erkən diaqnostika həyatı xilas edir

İlk İİV hallarının ölkəmizdə qeydə alındığı tarixdən bu günə qədər infeksiyanın yayılma sürəti regionda ən aşağı səviyyələrdən biri olaraq qalır. Müasir antiretrovirus müalicə proqramları, erkən diaqnostika, PrEP/PEP kimi qabaqlayıcı tədbirlər və geniş maarifləndirmə işləri sayəsində minlərlə insan nəzarət altında saxlanılır və yoluxma riski minimuma endirilir.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva İİV-in nə olduğu, əsas yoluxma yolları, qorunma üsulları, anadan uşağa ötürülmənin qarşısının alınması, tibbi təhlükəsizlik və stiqmanın aradan qaldırılması kimi vacib məsələlərə aydınlıq gətirib.

- Günel xanım, ilk olaraq oxucularımız üçün məlumat verərdiz ki, İİV/QİÇS nədir və yoluxmanın əsas mənbələri hansılardır?

- İnsan İmmunçatışmazlığı Virusu (İİV) - İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. İİV viruslarının yoluxması nəticəsində yaranan kliniki vəziyyət uzunmüddətli gedişə və ilkin mərhələlərdə heç bir kliniki simptomatika müşahidə olunmaya bilər.

Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) - İİV-infeksiyasının terminal mərhələsini təşkil edir. Bu mərhələdə immun sisteminin əsas hüceyrələri olan CD4-limfositlərin səviyyəsi kəskin şəkildə azalır. Nəticədə, orqanizmdə çoxsaylı opportunistik infeksiyalar vərəm, pnevmoniyalar, göbələk mənşəli xəstəliklər və s.) və qeyri-infeksion patologiyalar (bədxassəli şişlər, mərkəzi sinir sisteminin zədələnməsi və s.) meydana çıxır.

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə törədilən xəstəliyin əsas mənbəyi, xəstəliyin istənilən mərhələsində virusla yaşayan insandır. Yoluxduruculuq xüsusilə virusun orqanizmdə yüksək konsentrasiyada olduğu dövrlərdə - yəni infeksiyanın erkən (ilkin klinik əlamətlərin göründüyü) və gecikmiş mərhələlərində daha yüksək olur. İİV insan orqanizmində müxtəlif immun və qeyri-immun hüceyrələrdə lokalizasiya olunur. Virus bu hüceyrələrə daxil olduqdan sonra onların genetik materialına inteqrasiya edərək latent (gizli) vəziyyətdə uzun müddət fəaliyyət göstərə bilər. Bu mərhələdə yoluxmuş şəxslərdə klinik əlamətlər müşahidə olunmaya bilər, lakin onlar virusun aktiv daşıyıcısı olaraq başqalarını yoluxdurma potensialına sahib olurlar. Bu xüsusiyyət, İİV-in yayılmasının qarşısının alınmasında profilaktik tədbirlərin və müntəzəm skrininq proqramlarının əhəmiyyətini bir daha vurğulayır. Məhz bu səbəbdən İİV/QİÇS-lə mübarizənin əsas məqsədlərindən biri - yoluxmanın qarşısının alınması, erkən diaqnostika və profilaktik tədbirlərin genişləndirilməsidir. Erkən aşkarlama və müalicəyə cəlb olunma həm şəxsin sağlamlığını qoruyur, həm də cəmiyyət daxilində infeksiyanın yayılma riskini azaldır.

- Azərbaycanda İİV/QİÇS-in epidemioloji vəziyyətini necə dəyərləndirərdiniz?

- İlk öncə qeyd etmək istərdim ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır. Onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır. Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.

Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir.

- İİV-infeksiyasından qorunmaq üçün hansı profilaktik tədbirlər daha vacibdir?

- Profilaktika həm fərdi, həm də ictimai səhiyyə baxımından olduqca mühümdür. Əsas istiqamətlərdən biri təhlükəsiz davranışların təşviqidir. Qoruyucu vasitələrdən, düzgün və davamlı istifadə, riskli davranışlardan çəkinmək və sağlam həyat tərzinə riayət İİV-dən qorunmanın ən effektiv üsullarındandır.

Gənclər və yeniyetmələr arasında maarifləndirmə proqramlarının gücləndirilməsi, onlar arsında İİV/QİÇS barədə məlumatlılığın artırılması İİV-ə yoluxma riskinin azaldılmasında mühüm rol oynayır. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən hər təhsil ili ərzində Bakı və regionlarda təşkil olunmaqla, 100-dən artıq orta, orta ixtisas və ali təhsil müəssisələrində müəllim-şagird heyəti üçün təlimlər təşkil olunur, maarifləndirici buklet, çap vəsaitləri paylanılır. Həmçinin gənclər arasında keçirilən tədbirlərdə müayinə aksiyaları da təşkil olunur.

- Tibbi prosedurlar zamanı yoluxmanın qarşısı necə alınır?

- İİV-in parenteral yolla yoluxmasını nəzərə alaraq, xüsusilə tibbi prosedur və manipulyasiyalar zamanı bir dəfəlik və steril tibbi avadanlıqlardan istifadə tövsiyə olunur.

Tibb müəssisələrində qan, cərrahiyyə, ginekoloji, stomatoloji və s. tibbi müdaxilələr zamanı tibb işçilərinin universal ehtiyat tədbirlərinə riayət etməsi mütləqdir. Bu məqsədlə, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri arasında silsilə təlimlər keçirilir. Həmçinin, RQMM tərəfindən "Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları" çap olunaraq, tibb işçiləri arasında paylanılıb.

Həmçinin, gözəllik salonları, tatuaj və pirsinq xidmətləri göstərən məkanlarda gigiyena normalarına ciddi şəkildə əməl olunması İİV-in ötürülməsinin qarşısını almağa yönəlmiş profilaktik tədbirlərdən hesab olunur.

- İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması üçün hansı tədbirlər görülür?

- İİV-ə yoluxma yollarından biri də anadan uşağa ötürülmə yolu olduğu üçün, hamilə qadınların İİV-ə müayinə olunmaları mütləqdir. İİV-pozitiv qadınlar dərhal antiretrovirus müalicəyə cəlb olunmalı, müalicəyə yüksək sadiqlik göstərməlidirlər. Həmçinin doğuş zamanı keysəriyyə əməliyyatına üstünlük verilməsi tövsiyə olunur. Anadan uşağa ötürülmənin profilaktikasına həmçinin yenidoğulmuşların profilaktikası da daxildir. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə mərkəzin pediatrı tərəfindən yenidoğulmuşa 28 günlük profilaktika təyin olunur və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən təmin olunur. Artıq uzun illərdir ölkədə uğurlu şəkildə anadan uşağa ötürülmənin profilaktikası həyata keçirilir.

- Könüllü müayinə və məsləhət xidmətləri necə təşkil olunur?

- İİV-ə qarşı həyata keçirilən profilaktik tədbirlər yalnız risk qrupları arasında deyil, həmçinin ümumi əhali arasında da İİV-lə bağlı məlumatlılığın yüksəlməsinə, İİV-ə testləşmənin əhatə dairəsinin genişlənməsinə, İİV-ə yoluxmuş şəxslərin erkən mərhələdə aşkarlanmasına və müalicə proqramına cəlb olunmasına xidmət edir. İİV-ə görə müayinələr üçün müntəzəm yoxlanışlar, xüsusilə risk qruplarında olan şəxslər üçün tövsiyə olunur. Risk qrupları arasında İİV-ə testləşmənin əlçatanlığının artırılması məqsədilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən stasionar və mobil könüllü müayinə məntəqələrində İİV-ə testləşmələr həyata keçirilir.

- PrEP və PEP proqramları barədə nə deyə bilərsiniz?

- İİV-ə yoluxmanın qarşısını alınması məqsədilə ölkədə PrEP (Təmasdan öncə profilaktika) və PEP (Təmasdan sonra Profilaktika) proqramları icra olunur.

PrEP (Təmasdan öncə profilaktika) - İİV-ə yoluxma riski yüksək olan, lakin virusla yoluxmamış şəxslər üçün nəzərdə tutulmuş qabaqlayıcı profilaktik yanaşmadır. Bu yanaşma, yoluxma riski daşıyan əhali qruplarında tətbiq edilməklə həm fərdi sağlamlığın qorunmasına, həm də virusun yayılmasının məhdudlaşdırılmasına töhfə verir.

PEP (Təmasdan Sonra Profilaktika) - İİV-lə təmasdan sonra virusun orqanizmdə inkişafının qarşısını alınması məqsədilə tətbiq olunan təcili tibbi profilaktik tədbirdir. Bu yanaşma, virusla mümkün təmasdan sonra 72 saat ərzində başlanmalı və 28 gün ərzində davam etdirilməlidir.

Bu tədbirlərin kompleks şəkildə tətbiqi İİV infeksiyasının yayılma sürətini azaltmaqla yanaşı, İİV-lə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına da töhfə verir. Profilaktika sahəsində milli strategiyaların gücləndirilməsi və beynəlxalq təcrübədən yararlanma müasir səhiyyə siyasətinin vacib istiqamətlərindəndir.

- Maarifləndirmə və ictimai məlumatlandırma sahəsində hansı işlər görülür?

- İİV/QİÇS-lə mübarizənin əsas istiqaməti əhalinin İİV infeksiyası, yoluxma yolları və qorunma tədbirləri barədə biliklərinin artırılması üçün maariflənməsidir. Bu istiqamət xüsusilə Səhiyyə Nazirliyi RQMM-in İİV/QİÇS-lə mübarizədə əsas fəaliyyət sahəsini təşkil edir. Səhiyyə Nazirliyi RQMM-in təlim komandası tərəfindən ümumi əhali, şagird və tələbə heyəti arasında, həmçinin risk qrupları və tibb işçiləri arasında silsilə təlimlər keçirilir, müayinə aksiyaları təşkil olunur, əhali arasında maarifləndirici bukletlər paylanılır. Həmçinin, media və sosial platformalar vasitəsilə davamlı maarifləndirmə işi aparılır. Stiqma və diskriminasiyanın aradan qaldırılması da profilaktikanın mühüm hissəsidir. Bu məqsədlə Mərkəzin psixoloqları tərəfindən həm qeydiyyatda olan pasiyentlər və onların ailə üzvləri, həm də ümumi əhali arasında davamlı maarifləndirici işlər aparılır, psixoloji konsultasiyalar icra olunur.

Saxta xaricdə iş və təhsil elanlarına aldanma  DİNdən XƏBƏRDARLIQ like
  • 09 Fev 11:06  
Digərləri Saxta xaricdə iş və təhsil elanlarına aldanma DİNdən XƏBƏRDARLIQ

Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi... İlk

arrow Ətraflı
Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi like
  • 09 Fev 11:02  
Digərləri Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi

Nazirlər Kabineti "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaları

arrow Ətraflı
Mobil telefon gətirənlərə VACİB XƏBƏR  RƏSMİ like
  • 09 Fev 10:55  
Digərləri Mobil telefon gətirənlərə VACİB XƏBƏR RƏSMİ

"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri �

arrow Ətraflı
4 gün partlayış səsləri gələcək like
  • 09 Fev 10:51  
Digərləri 4 gün partlayış səsləri gələcək

Pirəkəşkül və Ağdərədə yararsız sursatlar məhv ediləcək.

arrow Ətraflı
19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın vəziyyəti necədir? like
  • 09 Fev 10:44  
Digərləri 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın vəziyyəti necədir?

04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəz

arrow Ətraflı
İcra başçısının bacısı vəzifəsindən azad olundu like
  • 09 Fev 10:38  
Digərləri İcra başçısının bacısı vəzifəsindən azad olundu

Bakıda 54 saylı məktəbin direktoru işdən çıxarılıb.   

arrow Ətraflı
Bitcoin almaq istəyənlərin NƏZƏRİNƏ   2,61% bahalaşdı like
  • 09 Fev 10:26  
Digərləri Bitcoin almaq istəyənlərin NƏZƏRİNƏ 2,61% bahalaşdı

Dünya bazarında bitkoin kriptovalyutası yenidən bahalaşıb.

arrow Ətraflı
Güllələnən müəllimədən XƏBƏR VAR like
  • 09 Fev 10:22  
Digərləri Güllələnən müəllimədən XƏBƏR VAR

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərra

arrow Ətraflı
Qızılı alaq, yoxsa sataq?  Ekspertlərin məsləhəti like
  • 09 Fev 10:20  
Digərləri Qızılı alaq, yoxsa sataq? Ekspertlərin məsləhəti

Son günlər qızıl ucuzlaşandan sonra yenidən bahalaşıb. Bu vəziyyət hə

arrow Ətraflı
Azərbaycanda ad günündə 8 nəfər zəhərləndi like
  • 09 Fev 10:17  
Digərləri Azərbaycanda ad günündə 8 nəfər zəhərləndi

Quba rayonunda 8 nəfərin qidadan zəhərlənmə hadisəsi ilə bağlı araş

arrow Ətraflı
5 saat işıq OLMAYACAQ like
  • 09 Fev 10:10  
Digərləri 5 saat işıq OLMAYACAQ

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ)daxil olan bəzi

arrow Ətraflı
Oğurladığı bank kartı ilə alışveriş etdi, tutuldu like
  • 09 Fev 10:05  
Digərləri Oğurladığı bank kartı ilə alışveriş etdi, tutuldu

Xətai rayonunda sərnişin avtobusunda bir nəfərin içərisində qızıl-zin�

arrow Ətraflı
Valideynlər bunu etməsələr, məsuliyyət daşıyacaqlar like
  • 09 Fev 10:02  
Digərləri Valideynlər bunu etməsələr, məsuliyyət daşıyacaqlar

Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən "İdr

arrow Ətraflı
Epşteyn işinə görə istefa verdi like
  • 09 Fev 09:57  
Dünya Epşteyn işinə görə istefa verdi

Britaniya Baş nazirinin aparat rəhbəri Morqan MakSvini Ceffri Epşteynlə ə

arrow Ətraflı