"Heç nə. Bir az uşaqlarda narahatlıq olub" Liseyin direktorundan qəribə AÇIQLAMA


Digərləri 06 Fev 2026 14:44:00 73 0

"Heç nə. Bir az uşaqlarda narahatlıq olub"  Liseyin direktorundan qəribə AÇIQLAMA

Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin şagirdi müəllimi güllələyib. Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Bu saata qədər üç dövlət qurumu hadisə ilə bağlı rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq faktı təsdiqləyib, şagirdin saxlanıldığını, cinayət işinin başlandığını açıqlayıb.

Kliniki Tibbi Mərkəz isə xəsarət alan müəllimin durumu barədə məlumat yayıb: "Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".

Bütün bunlara baxmayaraq, "İdrak" liseyinin təsisçisi, professor Mönsüm Alışov hadisəni təkzib etmək niyyətinə düşüb.

"Yeni Sabah" onunla müsahibəni təqdim edir:

- Hadisə ilə bağlı hansı məlumatlarınız var? İnsident necə baş verib? 

- Panika yayıblar ki, liseyə silahlı hücum olub. Vallah, hamısı yalandır. Tədris olduğu yerdən davam edir. Valideynlər arasında bir az narahatlıq var. Polislər gəlmişdi. Onlar da bilməyiblər. Allaha and olsun, heç bir silahlı hücum olmayıb. Panikadır. Hər şey yaxşıdır, Allaha şükür.

- Bəs baş verən nədir? Bu gün sizin liseydə hansısa hadisə olub?

- Heç nə. Bir az uşaqlarda narahatlıq olub. Uşaq xəstə kimidir. Əslində xəstə deyil, yeniyetməlik dövrü ilə əlaqəlidir. Heç bir narahatlıq yoxdur.

- Bir az açıq danışa bilərsiniz? Deyirsiniz ki, yeniyetməlik çağıdır, uşaqda narahatlıq olub. Buradan davam etsək, sonra nə baş verib?

- Bu barədə heç bir şey lazım deyil. Əslində belə bir şey yoxdur. Xahiş edirəm ki, siz də bu dezinformasiyanı təkzib edəsiniz.

- Axı Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəsmi açıqlamaları var. Hər iki qurumdan bildirilib ki, belə hadisə olub.

- Başqa bir şeydir. Yüngül hadisədir. Xəsarət də yoxdur.

- Hadisə olan otaqda kamera var?

- Hər şey var. Elə bir hadisə olmayıb. Narahatlıq olmasın. Əsas məsələ odur ki, panika yayırlar ki, silahlı hücum olub. Belə şeylər yoxdur, olmayıb. Otaqlarda tədris gedir.

- Sizin liseyin neçə şagirdi var?

- Burada 400-500-ə qədər şagird təhsil alır.

- Hadisəni törədən şagirdin valideynlərini tanıyırsınız?

- Mən bütün valideynlərlə tanışam. Elə bir ciddi məsələ yoxdur. Sizdən xahişim odur ki, bu hadisəni şişirtməyin. Araşdırma gedir. Konkret cavabı dövlət qurumları verəcək.

- Yaralanan müəllimin son durumu necədir? Əməliyyat olunub?

- Heç bir problem yoxdur.

- Əməliyyat olunub?

- Xeyr.

- Xəsarət hansı nahiyəsindəndir?

- Xəsarəti bilmirəm, görməmişəm. Elə bir ciddi xəsarət də yoxdur.

- Xəsarət alan müəllimin fəaliyyətindən razısınız?

- Əlbəttə. Uşaqlarda da elə bir problem olmayıb.

- Müəllimin yanına, xəstəxanaya getmisiniz?

- Xəstəxanada deyil. Yoxlanıb, gəlib.


Xəbərə aid video

10 konsert, yarım milyard gəlir  Tarkanın qazancı gündəm oldu like
  • 06 Fev 14:34  
Şou-biznes 10 konsert, yarım milyard gəlir Tarkanın qazancı gündəm oldu

Türkiyənin məşhur müğənnisi Tarkanın İstanbulda verdiyi 10 konsertlik s

arrow Ətraflı
Brilliant Dadaşovaya qarşı oğurluq edildi like
  • 06 Fev 14:27  
Şou-biznes Brilliant Dadaşovaya qarşı oğurluq edildi

Xalq artisti Brilliant Dadaşovanın Aisellə oxuduğu "Ayrı düşdük&quo

arrow Ətraflı
Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ like
  • 06 Fev 14:22  
Digərləri Sürücülərə XƏBƏRDARLIQ: 100 manat CƏRİMƏ OLUNACAQSIZ

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, sərnişin da�

arrow Ətraflı
Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü like
  • 06 Fev 14:20  
Şou-biznes Röyanı görüb tanımayan Elgizin reaksiyası güldürdü

Məclisdə Röyanı görən Elgizin reaksiyası izləyiciləri güldürüb.

arrow Ətraflı
İcra Hakimiyyətində struktur islahatları: Məsul şəxslər vəzifəsini itirdi like
  • 06 Fev 14:07  
Digərləri İcra Hakimiyyətində struktur islahatları: Məsul şəxslər vəzifəsini itirdi

Ağdaş Rayon İcra Hakimiyyətində struktur islahatları və yeni kadr təyina

arrow Ətraflı
Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi like
  • 06 Fev 13:50  
Digərləri Qara Qarayevin əbədi yaşar xatirəsinə həsr olunmuş konsert proqramı keçirildi

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Qara Qarayevin əbədi yaşar xatirəs

arrow Ətraflı
"İdrak"da bu məşhurların övladları da təhsil alıblar: like
  • 06 Fev 13:45  
Şou-biznes "İdrak"da bu məşhurların övladları da təhsil alıblar:

Bu gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş

arrow Ətraflı
Türkiyədə iki MOSSAD üzvü həbs edildi like
  • 06 Fev 13:28  
Digərləri Türkiyədə iki MOSSAD üzvü həbs edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mo

arrow Ətraflı
Həmin liseydə Əməkdar artistin övladı da olub like
  • 06 Fev 13:25  
Şou-biznes Həmin liseydə Əməkdar artistin övladı da olub

Bakıda İdrak liseyində baş verən insident zamanı Əməkdar artist Aqşin A

arrow Ətraflı
Əhaliyə 19,7 milyon manat ƏDV ödənildi like
  • 06 Fev 13:15  
Digərləri Əhaliyə 19,7 milyon manat ƏDV ödənildi

"ƏDV geri al" layihəsi çərçivəsində 19,7 milyon manata yaxın v

arrow Ətraflı
Epşteynin ölüm gecəsinə aid yeni detal  Bu VİDEO hər şeyi dəyişə bilər like
  • 06 Fev 12:54  
Dünya Epşteynin ölüm gecəsinə aid yeni detal Bu VİDEO hər şeyi dəyişə bilər

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbək

arrow Ətraflı
İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş like
  • 06 Fev 12:49  
Kriminal İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş

Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi gülləl

arrow Ətraflı