Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edildi SƏBƏB


Digərləri 06 Fev 2026 12:25:00 69 0

Səfər Mehdiyevin keçmiş köməkçisi həbs edildi  SƏBƏB

Dövlət Gömrük Komitəsinin müxtəlif yüksək vəzifələrdə çalışmış təqaüddə olan polkovniki Həbib Bağırlı həbs edilib. 

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Həbib Bağırlı barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi protokol tərtib olunub və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, Həbib Bağırlının Bakıda fəaliyyət göstərən ASC-lərin birinə 423.489,69 manat borcu yaranıb. 2024-cü ildə Nərimanov rayon Məhkəməsi onun borcu ödəməsi barədə qətnamə çıxarıb. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, Həbib Bağırlı borcundan cəmi 99 min manata yaxın ödəniş edib və 325.033 manat ödənilməmiş borc qalıb. 

Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bağırlı Həbib Zahid oğlu barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilib. O, məhkəmədə bildirib ki, gömrük orqanlarında müxtəlif vəzifələrdə işləyib və pensiyaya çıxıb.

Qeyd edib ki, hazırda aliment ödəyir, təqaüdünün 60 faizi alimentə yönəlir. Bu səbəbdən onun təqaüdünə yönəlmə dayandırılıb. İcra sənədi üzrə zamin olub, bağ evini girov qoyub, ev satılıb və borcun ödənilməsinə yönəldilib. Həbib Bağırlı barəsində inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edib. 

Məhkəmə isə təqaüddə olan polkovnikin xahişini nəzərə almayıb, onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində 15 gün müddətində həbs qərarı verib. 

Qeyd edək ki, Həbib Bağırlı 2018-2022-ci illərdə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin köməkçisi olub. 2022-ci ildə Səfər Mehdiyev vəzifəsindən azad olunduqdan sonra o da işdən çıxarılıb və təqaüdə göndərilib. Həmin ildən 2024-cü ilə kimi "Səba" Açıq Səhmdar Cəmiyyətində təftiş və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb. Ehtimal edilir ki, Həbib Bağırlı ASC-də çalışdığı müddətdə sözügedən şirkətə 423.489,69 manat ziyan vurub. 

Səfər Mehdiyev

Xatırladaq ki, Həbib Bağırlı Dövlət Gömrük Komitəsində çalışdığı müddətdə "Dövlət qulluğunda fərqlənməyə görə" və digər mükafatlara layiq görülüb. 

Son.az  

Banklara və dövlət sektorlarına gizli hücum: Remcos fişinqi ifşa edildi like
  • 06 Fev 12:18  
Digərləri Banklara və dövlət sektorlarına gizli hücum: Remcos fişinqi ifşa edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik

arrow Ətraflı
Səidə Bəkirqızı indi də psixoloqla QALMAQALDA: "Kişi qızısansa, jurnalist diplomunu göstər!" like
  • 06 Fev 12:15  
Digərləri Səidə Bəkirqızı indi də psixoloqla QALMAQALDA: "Kişi qızısansa, jurnalist diplomunu göstər!"

Psixoloq Səfəq Qədərli TikTok hesabında etdiyi paylaşım ilə diqqət mər

arrow Ətraflı
53 min insanın öldüyü "əsrin fəlakəti"ndən 3 il ötür... like
  • 06 Fev 12:12  
Digərləri 53 min insanın öldüyü "əsrin fəlakəti"ndən 3 il ötür...

Türkiyədə əsrin fəlakəti kimi tarixə düşən Kahramanmaraş mərkəzli 7

arrow Ətraflı
"İdrak" liseyində şagird müəllimini niyə güllələyib?  Hadisənin gizli səbəbi like
  • 06 Fev 12:00  
Digərləri "İdrak" liseyində şagird müəllimini niyə güllələyib? Hadisənin gizli səbəbi

"İdrak" liseyində şagirdin müəllimi güllələməsi cəmiyyətdə

arrow Ətraflı
Bakıda yarım kiloqramlıq körpə doğuldu like
  • 06 Fev 11:28  
Digərləri Bakıda yarım kiloqramlıq körpə doğuldu

Bakıda hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyay

arrow Ətraflı
İdrak liseyinin önündən GÖRÜNTÜLƏR like
  • 06 Fev 11:23  
Digərləri İdrak liseyinin önündən GÖRÜNTÜLƏR

Bakıda yerləşən "İdrak" liseyində şagird müəllimi güllələy

arrow Ətraflı
Güllələnən müəllimin vəziyyəti orta ağırdır  KTMdən AÇIQLAMA like
  • 06 Fev 11:16  
Digərləri Güllələnən müəllimin vəziyyəti orta ağırdır KTMdən AÇIQLAMA

06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Tə

arrow Ətraflı
İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı  YENİLƏNİB like
  • 06 Fev 11:14  
Digərləri İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı YENİLƏNİB

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bi

arrow Ətraflı
İdrak liseyi kimindir?  FOTO like
  • 06 Fev 11:10  
Digərləri İdrak liseyi kimindir? FOTO

Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyi

arrow Ətraflı
“Fatihin ayılmamağı daha yaxşı oldu” like
  • 06 Fev 10:55  
Şou-biznes “Fatihin ayılmamağı daha yaxşı oldu”

Türkiyəli müğənni Yonca Evcimik qalmaqallı açıqlaması ilə diqqət çə

arrow Ətraflı
DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA like
  • 06 Fev 10:49  
Digərləri DİNdən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl &q

arrow Ətraflı
Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib  Direktordan AÇIQLAMA like
  • 06 Fev 10:43  
Digərləri Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib Direktordan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident

arrow Ətraflı
"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim" like
  • 06 Fev 10:30  
Şou-biznes "2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"

Müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı