Bill Qeytsdən Epştein etirafı: "Onunla vaxt keçirmək böyük bir səhv idi"
Dünya 05 Fev 2026 00:37:00 49 0
Bill Qeyts verdiyi son müsahibəsində Ceffri Epştein ilə görüşdüyünü təsdiqləyib, lakin bu münasibətlərin yalnız xeyriyyəçilik və qlobal sağlamlıq layihələri çərçivəsində olduğunu müdafiə edib. O, keçmişdə atdığı bu addıma görə peşman olduğunu dilə gətirib.
Bu xəbəri də oxu: Yaponiyada güclü qar səbəbindən 35 nəfər ölüb
Son.az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, o, Epştein ilə 2011-ci ildə tanış olub. Milyarder bu tanışlığın səbəbini Epşteinin ətrafında çox sayda zəngin insanın olması və qlobal sağlamlıq layihələri üçün böyük ianələr toplaya biləcəyi vədi ilə əlaqələndirib. Qeyts təxminən üç il ərzində bir neçə şam yeməyində iştirak etdiyini bildirib.
Qeyts Epşteinin pedofiliya və qanunsuz işlərlə tanınan özəl adasına heç vaxt getmədiyini vurğulayıb. Onun vasitəsilə hər hansı bir qadınla tanış olmadığını deyib.
Epşteinin e-poçt hesabında Qeytsin qadınlarla görüş təşkil etməsinə dair tapılan layihə (draft) mesajların tamamilə yalan olduğunu və Epştein tərəfindən uydurulduğunu iddia edib.
Qeytsin həyat yoldaşı Melinda French Qeyts bildirib ki, Epştein və çevrəsindəki insanların hərəkətlərinə görə cəmiyyət qarşısında o deyil, birbaşa bu işdə adı keçənlər cavab verməlidir. Bu açıqlama Bill Qeytsin üzərindəki ictimai təzyiqi daha da artırıb.
Milyarder iş adamı Epşteinin əsl siması ortaya çıxdıqca onu tanıdığına peşman olanların sayının çox olduğunu qeyd edib: "Onunla vaxt keçirmək böyük bir səhv idi. Onu tanıdığına görə peşman olan tək mən deyiləm". Lalə Qüdrətova Son.az
Asena, "İbo Show" proqramında İbrahim Tatlıseslə 25 illik küslü
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Mətbuat konfransı zamanı jurnalistlərdən birinin "İranda Ali Rəhbər
Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində "Kia
Dünən gecədən Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti
Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin zabiti İqbal Səf�
Göygöldə meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbl�
Azərbaycan qanunvericiliyinə görə müəllimlərin də daxil olduğu bütün
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 saylı şəhər polik
Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endiril
Abonement konsertlər silsiləsi çərçivəsində Kamera və Orqan Musiqisi Zal
Astroloqların fikrincə, bəzi bürclər paylaşmağı həyat tərzinə çeviri
Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qar�
