Səhiyyə Nazirliyindən xəbərdarlıq: "İlk dəfə" sizi necə dəyişir?
Digərləri 04 Fev 2026 17:30:00 67 0
"Narkotik maddələrin orqanizmə təsiri onların qrupundan və dozasından asılıdır".
Son.az xəbər verir ki, bunu canlı yayım zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Baş direktoru Fəzail Sadıqov deyib.
Onun sözlərinə görə, ən geniş yayılmış narkotik olan opioidlər, onların sintetik və yarısintetik formalarının qəbulu zamanı mərkəzi sinir sisteminə təsiri zamanı eyforiya, rahatlıq, sakitlik hissi, sedasiya, yuxululuq, diqqət və reaksiyaların zəifləməsi, nitqin biraz ləngiməsi, bəbəklərin daralması, tənəffüsün ləngiməsi və yavaşıması, bradikardiya, təyziqin azalması, ürəkbulanma, qusma, ağızda quruluq, qəbizlik olur:
"Doza artdıqca tənəffüsün daralması və koma riskini artır. Digər geniş yayılmış narkotik maddə olan kannabinoidlərin qəbulu zamanı rahatlama, eyforiya, diqqət, yaddaş, reaksiyaların azalması, gülmə tutmaları, səbrsizlik, sevinc, bəzən panika, paranoid düşüncələr, işığa həssaslıq, gözlərin qızarması, taxikardiya, təyziqin düşməsi, iştahın artması, bəzən ürəkbulanma, tərləmə, hərəkətlərin ləngiməsi və.s müşahidə olunur. Yüksək doza panik atak, psixotik əlamətləri ilə özünü göstərir".
Baş direktor bildirib ki, psixostimulyatorların qəbulu (məsələn, amfetamin, metamfetamin, kokain və s.) zamanı enerji və oyanıqlığın artması, eyforiya, özünə inamın artması, yuxusuzluq, diqqətin artması, həyəcan, bəzən aqressiv hallar müşahidə edilir:
"Doza yüksək olanda panika, paranoid düşüncələr, hallüsinasiyalar, bəbəklərin genişlənməsi, taxikardiya, təyziqin yüksəlməsi, hərarətin yüksəlməsi, bir yerdə dayana bilməmək, diş qıcaması, iştahanın azalması, çəkinin itməsi baş verir. Şəxsin narkotik maddənin qəbul edib-etməməsinin müəyyən etmənin sadə üsulu, narkotestlər vasitəsilə sidikdə müəyyən olunmasıdır".
Mina Mikayılova Son.az
"Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər. Biz
Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında Molla Cə
"28 May" metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirə
Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəbl�
Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqq
Pedofiliya, insan alveri və digər ağır cinayətlərdə ittiham olunaraq həb
Arabesk musiqisinin məşhur simalarından biri, ötən il vəfat edən mərhum�
Bu il rezidentura imtahanları elektron formada olacaq.
Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yük
"Böyükşor gölündən fevralın 2-də götürülmüş su nümunələrini
Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əsas iştirakçıları
