Mərkəzi Bank uçot dərəcəsini endirdi
Digərləri 04 Fev 2026 10:05:00 61 0
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Bu xəbəri də oxu: Fitch: Azərbaycan, Ermənistan və Gürcüstanda bank göstəriciləri tarixi səviyyədən yüksək olaraq qalır
Son.az xəbər verir ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
Faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6.9 mlrd. ABŞ dollarını üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank başlıca olaraq əsas açıq bazar əməliyyatı olan 1 həftəlik depozit hərracları ilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimallaşdırıb. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Dekabrda uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib. 2025-ci ilin iyul və dekabr aylarında iki mərhələdə uçot dərəcəsinin toplam olaraq 0.5 faiz bəndi endirilməsi maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlərin azalması ilə müşayiət olunub. Belə ki, son yarım ildə Mərkəzi Bankın notlarının və dövlət qiymətli kağızlarının gəlirliliyində, eləcə də manatla cəlb edilən yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb.
Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti
Türkiyəli aktyor Haldun Dormenin vəfatından cəmi bir həftə sonra ailəsin
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına da
Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərin
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştir
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliy
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar ol
Mütəxəssislər bildirir ki, evdə istilik itkisinin böyük bir hissəsi dö�
Smartfon asılılığından, sonsuz bildirişlərdən və sosial medianın gərg
Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sa�
Araşdırmalar göstərir ki, oyandıqdan dərhal sonra içilən qəhvə bədən
