DSXdə yeni təyinat: Vüsal Sultanov diviziya komandiri oldu


Digərləri 02 Fev 2026 17:37:00 74 0

DSXdə yeni təyinat: Vüsal Sultanov diviziya komandiri oldu

Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.

Bu xəbəri də oxu: Qar yağacaq

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.

O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.

O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.

Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.

2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.

İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Bundan başqa, müxtəlif vaxtlarda "Hərbi xidmətlərə görə", "İgidliyə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.


Xəbərə aid fotolar

Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi like
  • 02 Fev 17:26  
Şou-biznes Məleykə Əsədovanın qızı xəstəxanaya yerləşdirildi

Xalq artisti Məleykə Əsədova sosial şəbəkə paylaşımı ilə diqqət ç�

arrow Ətraflı
"Kim yalan deyirsə, Allah bəlasını versin" like
  • 02 Fev 17:22  
Şou-biznes "Kim yalan deyirsə, Allah bəlasını versin"

Müğənni Arzu Mələk canlı efirdə verdiyi sərt açıqlamalarla gündəmə

arrow Ətraflı
Qonşu ölkədə zəlzələ oldu like
  • 02 Fev 17:16  
Dünya Qonşu ölkədə zəlzələ oldu

İranda yenidən zəlzələ olub.

arrow Ətraflı
Bu şəxslər 2500 manatadək cərimə ediləcək like
  • 02 Fev 16:58  
Digərləri Bu şəxslər 2500 manatadək cərimə ediləcək

Azərbaycanda emal edilməmiş almazların idxal və ixracı ilə bağlı yeni c

arrow Ətraflı
Tanınmış türk aktyor vəfat etdi like
  • 02 Fev 16:50  
Şou-biznes Tanınmış türk aktyor vəfat etdi

Türk kinosunun unudulmaz adlarından biri olan Necdet Kökeş 82 yaşında vəf

arrow Ətraflı
"Vəfa əri tərəfindən çox DÖYÜLÜB" like
  • 02 Fev 16:45  
Şou-biznes "Vəfa əri tərəfindən çox DÖYÜLÜB"

Aparıcı Nigar Fərhad "Sualdan qaçma!" adlı YouTube layihəsində

arrow Ətraflı
Atası infarkt oldu, Aysunun reaksiyası müzakirə yaratdı like
  • 02 Fev 16:41  
Şou-biznes Atası infarkt oldu, Aysunun reaksiyası müzakirə yaratdı

Müğənni Aysun İsmayılovanın doğma atası ilə bağlı üzücü xəbər ya

arrow Ətraflı
Ombudsman gənclərə müraciət etdi like
  • 02 Fev 16:38  
Digərləri Ombudsman gənclərə müraciət etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliye

arrow Ətraflı
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib like
  • 02 Fev 16:26  
Siyasət Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləş

arrow Ətraflı
Generala ərə gedən qız digər generalın bacısı qızıdır like
  • 02 Fev 15:27  
Digərləri Generala ərə gedən qız digər generalın bacısı qızıdır

Azərbaycanda 67 yaşlı general-mayor Nazim Əliyevin özündən 35 yaş kiçik

arrow Ətraflı
Gəlin qayınanasının hamiləlik xəbəri ilə TƏƏCCÜBLƏNDİRDİ like
  • 02 Fev 14:15  
Digərləri Gəlin qayınanasının hamiləlik xəbəri ilə TƏƏCCÜBLƏNDİRDİ

Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda geniş müzakirə

arrow Ətraflı